Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Balıkəsir ili — Türkiyənin Mərmərə və Egey bölgələrində il. İldə on doqquz ilçə var. 2008-ci il əhali sayına görə 1, 1 milyon şəxslə Türkiyənin ən sıx 17-ci ili

Balıkəsir ili

  • Ana Səhifə
  • Vikipediya
  • Balıkəsir ili

Balıkəsir ili — Türkiyənin Mərmərə və Egey bölgələrində il. İldə on doqquz ilçə var. 2008-ci il əhali sayına görə 1, 1 milyon şəxslə Türkiyənin ən sıx 17-ci ilidir. Sahəsi 14,5 min km²-dir. İnzibati mərkəzi Balıkəsir şəhəridir. Qərbi, cənub-şərqi və şərqi dağlıqdır (Kaz d.– 1774 m).

Balıkəsir ili
Balıkesir ili

40° şm. e. 28° ş. u.HGYO


Ölkə
  •  Türkiyə
İnzibati mərkəz Balıkəsir
Tarixi və coğrafiyası
Sahəsi
  • 14.442 km²
  • 14.583 km² (2014)
Hündürlük
120 m
Əhalisi
Əhalisi
  • 1.175.324 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu TR-10
Telefon kodu 266
Poçt indeksi 10000–10999
Avtomobil nömrəsi 10
Rəsmi sayt
Balıkəsir ili xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Məlumat

İlin bir qismi Mərmərə regionunda, bir qismi Egey regionundadır. Balıkəsirin həm Mərmərə dənizinə, həm də Egey dənizinə sahili var. Ərazisinin səthi çay dərləri ilə kəskin parçalanmışdır. Balıkəsir Ağ dəniz iqliminin təsiri altındadır; yayı quraq və isti, qışı soyuq və qarlı keçir. Yağıntının illik miqdarı 500–1000 mm. Çayları: Gönən, Qocaavşar və s. Böyük gölü Masyasdır. İqtisadiyyatını mədən sənayesi, zeytun istehsalı (Türkiyə üzrə 45%), heyvandarlıq (qoyun, keçi, kəl) təşkil edir. Turizm inkişaf etmişdir. Faydalı qazıntıları: bor duzu, dəmir, qurğuşun, sink, manqan, daşduz, volfram, molibden, liqnit, mərmər.

Tarixdə ümumiyyətlə Misya və Qarasi adlarıyla bilinən Balıkəsir bölgəsi, zamanla Roma, Bizans, Anadolu Səlcuqlu, Qarasi Bəyliyi və Osmanlı suverenliyində qalmışdır. İlin əsas dolanışıq qaynağı əkinçilik və heyvandarlıq olub bamya, börülce, qovun, zeytun, zeytun yağı, pendir kimi zirai məhsulları ilə ayrıca daha çox yerli turizmdə qarşıya çıxan sahil qəsəbələriylə məşhurdur.

Bu gün ildə bir çox ilk və orta dərəcəli məktəb var. Balıkəsir ilindəki ən köhnə təhsil müəssisələri olan mədrəsələr Fateh Sultan Məhəmməd dövründə qurulmuşdur. Medrəsələrin sayı zamanla artmış, bunun yanında məktəblər də qurulmuşdur. Ildəki Balıkəsir Universiteti isə 11 iyul 1992-ci il tarix və 21281 saylı Rəsmi Gazete-də nəşr olunan 3837 saylı Qanun gereğince qurulmuş və 1 yanvar 1993-cü ildə hüquqi statusunu qazanmışdır.

Mədəniyyət

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Balıkəsir ili haqqında məlumat. Balıkəsir ili nədir? Balıkəsir ili nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Asterid

  • Fevral 17, 2026

    De-fakto

  • Fevral 24, 2026

    Nijni Novqorod

  • Fevral 27, 2026

    Memfis (Misir)

  • Fevral 27, 2026

    Rio Mau

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst