Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsrullah Nasehpur (fars. نصرالله ناصح‌پور‎; 24 fevral 1940, Ərdəbil – 18 iyun 2023) — İran azərbaycanlısı olan ustad rədif ifaçısı, bəstəkar, müğənni və musiqi

Nəsrullah Nasehpur

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsrullah Nasehpur

Nəsrullah Nasehpur (fars. نصرالله ناصح‌پور‎; 24 fevral 1940, Ərdəbil – 18 iyun 2023) — İran azərbaycanlısı olan ustad rədif ifaçısı, bəstəkar, müğənni və musiqişünas, İran Musiqi Mərkəzinin üzvü və Tehran İncəsənət Universitetinin professoru.

Nəsrullah Nasehpur
Ümumi məlumatlar
Doğum tarixi 24 fevral 1940(1940-02-24)
Doğum yeri
  • Ərdəbil, Mərkəz bəxşi[d], Ərdəbil şəhristanı, Ərdəbil ostanı, İran
Vəfat tarixi 18 iyun 2023(2023-06-18) (83 yaşında)
Musiqiçi məlumatları
Fəaliyyəti universitet müəllimi[d], bəstəkar, müğənni

Mündəricat

Həyatı

Nəsrullah Nasehpur 1940-cı ildə Ərdəbil şəhərində anadan olmuşdur. Onun atası Ağa Şükür qarmon ifaçısı, anası Hüriyə Xanım qaval ifaçısı olmuşdur. Beləliklə də Nəsrullah Nasehpur uşaqlıqdan Azərbaycan musiqisinin təsiri altında böyümüşdür.

O öz çıxışlarının birində deyib:

"Atamın yaxşı səsi var idi, gitara ifa edirdi və bəzi özəl dairələrdə mahnı oxudu. Əmim oğlunun da zil səsi var idi və Azərbaycan əyalətində məmur vəzifəsini icra edirdi ki, bu da mənim mahnı oxumağı sevməyimə səbəb oldu. Uşaqlıqdan musiqi ilə tanış idim və bu həvəs ailəmdə artıq formalaşmışdı. Əlbəttə ki, musiqi ilə yanaşı, təhsil valideynlərimin diqqət mərkəzində idi. Səfəvi Liseyində (ərdəbil şəhərində) oxuyub riyaziyyat üzrə diplom almışam. O illərdə məktəblərdə tədris olunan xarici dil fransız dili idi,ancaq mən mıəzun olandan sonra bu günə kimi o dil ingilis dili ilə əvəz olunub. Məzun olduqdan sonra, təxminən 19 yaşımda Tehrana getdim və təhsilimi davam etdirməyə qərar verdim. Buna görə də zabit kollecinə qəbul imtahanından keçdim və yeri gəlmişkən yüksək balla qəbul oldum. Amma, anamın etirazları üzündən bu kollecdə təhsilimi davam etdirməkdən imtina etdim. Bir müddət sonra İran və Hollandiya Ticarət Bankının imtahanında iştirak edə bildim və xoşbəxtlikdən qəbul olub, həmin Bankda işləməyə başladım".

Təhsili

Nəsrullah Nəsehpur Tehrana köçərək çox vaxt ənənəvi İran musiqisinin öyrənilməsi ilə məşğul olub, Mahmud Kərimi ilə tanışlıqdan sonra isə milli musiqi Konservatoriyasına daxil olub. Orada Əli Əkbər Xan Şahnazinin sinifindəki materiallar və şifahi söhbətlər zamanı tanışlıqlar ona Əmir Qasiminin sənət dərnəyində Səid Hörmizinin və Konservatoriyada iştirak edən digər müəllimlərlə bir araya gəlməyə imkan verdi.

Bu müddətdə o Tehranda vokal rədif üzrə Maestro Mahmud Kərimidən dərs almışdır. Həmçinin Maestro Əli Əkbər Xan Şahnazidən intrumental rədifin İran musiqisində yeri barədə Milli Musiqi İnistitutunda dərs almışdır.

Beləliklə o, İran musiqi sənəti barədə Süleyman Əmir Qasimidən və Maestro Səid Hörmizidən dərs almışdır.

O, Musiqinin Qorunması və Yayılması Mərkəzini yaratdıqdan sonra Nurali Bborumanddan təlimat, göstəriş və məsləhət aldı. Həm də musiqi və söz bilik dərslərindən, şeir və musiqinin birləşməsindən böyük fayda əldə etdi. Daha sonra o, üstün ənənəvi musiqini öyrənmək və balladalar və ritm öyrətmək üçün Abdullah Daami sinfinə qəbul edildi. Bundan əlavə, təxminən on il İncəsənət Universitetinin musiqi fakültəsində "vokal cavabı" öyrətdi.

Karyerası

Öz dövrünün tanınmış musiqiçilərindən xeyli məlumatlar öyrənən Nəsrullah Nasehpur Maestro Abdullah Davami ilə işləyib.

Yaradıcı musiqi istedadı və zəngin Azərbaycan musiqisini gözəl bilməsinə görə İranın ən məşhur musiqiçilərindən biri olmağı bacarıb, həmçinin, 50 il müddətində müəllimlik edən Nəsirullah Nasehpurun təxminən 4 min şagird yetişdirib. Bu şagirdlərdən bəziləri dünya və İran miqyasında məşhurlaşa bilib.

O, İranda ən böyük təşkilat olan İran Musiqi Cəmiyyətinin idarə heyəti üzvü olub, İran Musiqi Mərkəzinin üzvü olaraq da İranda musiqiçilərin hüquqlarının müdafiəsi və İran xalq musiqisinin təbliğ edilməsi üçün sosial işlərlə məşğul olub.

O, eyni zamanda, Tehran İncəsənət Universitetinin professoru olub. Onun İran musiqisinin keçmiş dövr nəzəriyyəsi barədə yazdığı kitab İran İncəsənət Nəşriyyatı Akademiyası tərəfindən nəşr edilib.

Məhəmməd Rza ilə birlikdə əla musiqi kurslarından sonra Lotfi Çavuşun Mədəniyyət və İncəsənət Mərkəzində Ali Şuranın üzvü kimi fəaliyyətini davam etdirdi. Bu qrupda musiqi müəllimləri və müşahidəçiləri ilə çalışdı.

Nəsrullah Nasehpur 21-ci Fəcr Beynəlxalq Musiqi Festivalında mükafat qazanıb.

Vəfatı

O, 18 iyun 2023-cü il tarixində 82 yaşında vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəsrullah nasehpur sözünün mənası, nəsrullah nasehpur haqqında məlumat. nəsrullah nasehpur nədir? nəsrullah nasehpur nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Voyager 2

  • Fevral 27, 2026

    Plzen diyarı

  • Fevral 27, 2026

    Pula

  • Fevral 28, 2026

    Rauf Cabarov

  • Fevral 27, 2026

    RWD

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst