Voyacer 2 — kosmik gəmi.
| Voyacer 2 | |
|---|---|
| |
| Operator | |
| Buraxılma yeri | SLC-41[d] |
| Daşıyıcı raket | Titan IIIE[d] |
| Buraxılma tarixi | 20 avqust 1977 |
| COSPAR ID | 1977-076A |
| SCN | 10271 |
| Sayt | voyager.jpl.nasa.gov |
| Texniki göstəriciləri | |
| Kütləsi | 815 kq, 735 kq |
| Gücü | 420 Vt |
ABŞ-nin Voyacer proqramı çərçivəsində ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi tərəfindən kosmosa göndərilmiş insansız kosmik gəmidir. Yupiter, Saturn, Uranı ziyarət etmiş tək kosmik aparatdır. 8 sentyabr 2015-ci ildə Voyacer 2 yerdən 16,306 milyard km uzaqlıqda olub.
Dekabrın 10-da Amerika Geofizika İttifaqının Vaşinqtondakı toplantısında NASA, Voyager 2 kosmik aparatının Günəşin maqnitosferini tərk edərək ulduzlararası fəzaya daxil olduğunu elan etdi.
Ötən əsrin 70-ci illərinə aid sınaq, hazırda ulduzlar arasındakı az öyrənilən fəza hissələri haqqında təsəvvürləri qalaktik kosmik şüa selinin öyrənilməsi yolu ilə zənginləşdirə biləcək.
Onun əkizi Voyager 1 həmin sərhəddi 2012-ci ildə keçmişdi, lakin Voyager 2-nin keçidi daha maraqlıdır, çünki onun daşıdığı cihazlar ulduzlararası plazmanı ölçə bilir və bizə bu haqda ilk məlumat verə biləcək.
Xatırladaq ki, Voyager cütlüyü 1977-ci ildə Florida ştatının Cape Canaveral şəhərində iki həftəlik ara ilə (Voyager 2 – 20 Avqust, Voyager 1 – 5 Sentyabr) fəzaya buraxılıb.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Voyager 2 haqqında məlumat. Voyager 2 nədir? Voyager 2 nə deməkdir?
