Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gürcü-abxaz münaqişəsi - faktiki olaraq müstəqil, qismən tanınmış respublika olan Abxaziyadakı gürcülər və abxazlar arasındakı etnik qarşıdurmanı əhatə edir. Ge

Gürcü-abxaz münaqişəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Gürcü-abxaz münaqişəsi

Gürcü-abxaz münaqişəsi - faktiki olaraq müstəqil, qismən tanınmış respublika olan Abxaziyadakı gürcülər və abxazlar arasındakı etnik qarşıdurmanı əhatə edir. Geniş mənada isə, gürcü-abxaz münaqişəsini Sovet İttifaqının 1991-ci ildə dağılması ilə 20-ci əsrin sonlarında şiddətlənmiş, Qafqaz bölgəsindəki geosiyasi qarşıdurmanın bir hissəsi kimi görmək olar.

Gürcü-abxaz münaqişəsi
Tarix 10 noyabr 1989 - davam edir
Yeri Gürcüstan (Abxaziya bölgə)
Səbəbi etnik qarşıdurma, ərazi iddiası
Münaqişə tərəfləri

Abxaziya
Qafqaz Dağ Xalqlarının Konfederasiyası
Rusiya Rusiya

Gürcüstan Gürcüstan
Gürcüstan SSR

Komandan(lar)

Vladislav Ardzinba
Sergey Baqapş
Aleksandır Ankvab
Raul Xacimba
Vladimir Arşba
Sultan Sosnaliyev
Viaçeşlav Eşba
Mirab Kişmariya

Givi Qumbaridze
Zviad Qamsaxurdiya
Eduard Şevardnadze
Mixail Saakaşvili
Georgi Marqvelaşvili
Salome Zurabişvili

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Bu münaqişə postsovet məkanının ən qanlı münaqişələrindən biri kimi bu gün də həll olunmamış qalır. Gürcüstan hökuməti bir neçə dəfə Abxaziyaya əsaslı muxtariyyət təklif etmişdir. Ancaq həm Abxaz hökuməti, həm də Abxaziyadakı müxalifət Gürcüstanla hər cür birləşmədən imtina edir. Abxazlar öz müstəqilliklərini Gürcüstandakı azadlıq müharibəsinin nəticəsi kimi qiymətləndirir, gürcülər isə inanırlar ki, tarixən Abxaziya həmişə Gürcüstanın bir hissəsini təşkil etmişdir. Gürcülər müharibədən əvvəl, 1989-cu ildəki 45.7% çoxluq ilə Abxaziyada ən böyük etnik qrup sayılsalar da, 2014-cü ilə qədər Gürcüstanın müstəqil qalmağını istəyən gürcülərin böyük əksəriyyəti Abxaziyanı tərk etdi. Bir çoxları Eduard Şevardnadze hökumətini (1992-2003-cü illərdə) nəticəsi olmayan hərbi əməliyyatlara başlamaqda, müharibə və müharibədən sonrakı diplomatiyanın düzgün idarə etməməkdə ittiham edirlər. Müharibə dövründə abxaz seperatçılar 250.000-ə qədər etnik gürcünün qovulmasına və 4000-dən 15000-ə qədər adamın öldürülməsinə səbəb olan etnik təmizləmə kampaniyasını həyata keçirmişdilər. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Lissabon, Budapeşt və İstanbul konvensiyaları BMT Baş Məclisinin GA / 10708 qətnaməsində də qeyd edilmiş gürcülərin etnik təmizlənməsini rəsmi olaraq tanımışdı. BMT Təhlükəsizlik Şurasıatəşkə müraciət etdiyi bir sıra qətnamələr qəbul etmişdir.

    Mündəricat

    Hadisələrin gedişatı

    Sovet dövrü

    Həm Abxaziya, həm də Gürcüstan XIX əsrdə Rusiya İmperiyasının tərkibinə qatıldılar və 1917-ci il Rusiya inqilablarına qədər onun bir hissəsi olaraq qaldılar. Gürcüstan əvvəlcə Zaqafqaziya Demokratik Federativ Respublikasına qoşulub, sonradan Gürcüstan Demokratik Respublikası (GDR) olaraq müstəqilliyini əldə etdiyi müddətdə, 1918-ci ildə Abxaziya DRG-yə qoşulmadan əvvəl bir qrup bolşevik tərəfindən idarə olunmağa başlanmışdı. Bununla belə, Abxaziyanın Gürcüstan içindəki statusu heç vaxt dəqiqləşməmişdi. 1921-ci ildə Qızıl Ordu Abxaziya və Gürcüstana hücum edərək, onları Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasına daxil etdi. Əvvəlcə müstəqil Sovet respublikası kimi Abxaziya SSR (Abxaziya Sovet Sosialist Respublikası) yaradıldı. Respublika müqavilə ilə Gürcüstan Sovet Sosialist Respublikası ilə birləşsə də, 1931-ci ildə Gürcüstan SSR-in tərkibində muxtar respublikaya çevrildi.

    Sovet dövründə abxazlar yarım müstəqil statuslarının bərpa edilməsini tələb etdilər. Bunu dəstəkləyən nümayişlər 1931-ci ildə Abxaziya SSR-nin ləğv edilməsindən dərhal sonra baş tutdu və 1957, 1967, 1978 və 1989-cu illərdə yenidən təkrarlandı. 1978-ci ildə abxaz ziyalılarından 130 nümayəndə Sovet rəhbərliyinə Abxaziyanın gürcüləşdirilməsiylə bağlı etiraz məktubu yazdılar.

    Abxaziyada müharibə

    Abxaziyada yeni münaqişə 1992-ci ilin avqustunda başlayıb 13 ay davam edən müharibəylə alovlandı. Müharibə Gürcüstan hökumət qüvvələri və Abxaziyada yaşayan etnik gürcülərdən ibarət milis qüvvələri ilə Abxaziyada yaşayan, Rusiya dəstəkli etnik abxaz, erməni və ruslardan ibarət milis dəstələri arasında gedirdi. Separatçılara Şimali Qafqaz və kazak silahlıları və (qeyri-rəsmi olaraq) Qudautada yerləşən rus qüvvələri tərəfindən dəstək verildi. Münaqişə Soçidə hərbi əməliyyatların dayandırılması barədə razılıqla nəticələndi, lakin bu çox uzun müddət davam etmədi.

    Müharibənin yenidən başlaması

    1998-ci ilin aprel-may aylarında Qali rayonunda bir neçə yüz abxaz qüvvəsi separatçı parlament seçkilərini dəstəkləmək üçün gürcülərin məskunlaşdığı kəndlərə girəndə münaqişə yenidən qızışdı. Müxalifətin tənqidlərinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Abxaziyaya qoşun yeritməkdən imtina etdi. Mayın 20-də atəşkəs barədə danışıqlar aparıldı. Hücumlar hər iki tərəfdən yüzlərlə insan itkisi və əlavə 20 min gürcünün Abxaziyadan qovulması ilə nəticələndi.

    2001-ci ilin sentyabr ayında Kodori dərəsində 400-ə yaxın çeçen döyüşçüsü və 80 gürcü partizan son dərəcə mübahisəli şəraitdə ortaya çıxdı. Çeçen-gürcü qoşunları Suxumiyə qədər irəlilədilər, lakin nəhayət Abxaz və Qudauta dəstəkli rus sülhməramlıları tərəfindən dəf edildilər.

    Saakaşvili dövrü

    Gürcüstan prezidenti Mixail Saakaşvilinin yeni hökuməti güc tətbiq etməyəcəyinə və problemi yalnız diplomatiya və siyasi danışıqlar yolu ilə həll edəcəyinə söz verdi.

    Abxaziyanın şərqində yerləşən Kodori dərəsi

    Müstəqil Dövlətlər Birliyi (MDB) sammitində separatçılarla hər hansı bir əlaqənin istisna edilməsi qərara alındı; Abxaziya ilə Rusiya arasındakı transsərhəd iqtisadi əməkdaşlığı və nəqliyyatı geniş miqyasda böyüyürdü, lakin Rusiya bütün bunların dövlətdən daha çox, özəl biznes məsələsi olduğunu iddia edirdi. Gürcüstan, həmçinin, Rusiyanın bölgədəki (Abxaziya) əhaliyə limitsiz rus pasportlarını və seperatçı sayıla biləcək qüvvələrə maddi dəstək verməsini qınayırdı.

    2006-cı ilin may ayında Gürcüstan hökuməti və abxaz separatçılarının Koordinasiya Şurası 2001-ci ildən bəri ilk dəfə toplandı. 2006-cı ilin iyul ayının sonlarında Kodori böhranı baş verdi, nəticədə Kodoridə Abxaziya de-yure Hökuməti quruldu. Müharibədən sonra ilk dəfə bu hökumət Abxaziyada yerləşir və Malxaz Akişbaya, Temur Mjaviya və Ada Marşaniya tərəfindən idarə olunurdu.

    Hal-hazırda, Abxaziya tərəfi bu qarşıdurmada dəymiş ziyana görə Gürcüstan hökumətindən ABŞ valyutası ilə 13 milyard dollar kompensasiya tələb edir. Gürcüstan tərəfi dəymiş ziyanı və tələbi qəbul etmir. 15 may 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasıbütün qaçqınların ("etnik təmizləmə" qurbanları daxil olmaqla) Abxaziyaya qayıtmaq və mülkiyyət hüquqlarını tanıyan qətnamə qəbul etdi. Qətnamədə müharibədən əvvəlki demoqrafik tərkibi dəyişdirmək cəhdlərindən "təəssüf" hissi keçirildiyi və "bütün qaçqın və məcburi köçkünlərin evlərinə tez bir zamanda könüllü qayıtmasını təmin etmək üçün bir cədvəlin sürətli inkişafı"nın tələbi bildirildi.

    9 iyul 2012-ci ildə ATƏT Parlament Assambleyası Monakoda illik iclasında Gürcüstanın ərazi bütövlüyünü vurğulayan və separatçı Abxaziya və Cənubi Osetiyanı "işğal olunmuş ərazilər" adlandıran bir qətnamə qəbul etdi. Qətnamə "Rusiya Federasiyası Hökumətini və Parlamentini, habelə Abxaziya, Gürcüstan və Cənubi Osetiya, Gürcüstanın faktiki hakimiyyət orqanlarını Avropa Birliyinin Monitorinq Missiyasının işğal olunmuş ərazilərə maneəsiz girməsinə icazə verməyə çağırır." ATƏT Parlament Assambleyası vurğulayır ki, "Gürcüstanın işğal olunmuş ərazilərindəki məcburi köçkünlərin humanitar vəziyyətindən və yaşadıqları yerlərə qayıtmaq hüququnun rədd edilməsindən narahatdır".

    Avqust 2008

    10 Avqust 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi Abxaziyaya yayıldı, burada separatçı üsyançılar və Rusiya hava qüvvələri gürcü qüvvələrinə genişmiqyaslı hücumlar etdi. Abxaziyanın Moskva tərəfdarı separatçı prezidenti Sergey Baqapş abxaz qoşunlarının gürcü qoşunlarının hələ də nəzarət etdikləri Kodori dərəsindən çıxartmaq üçün böyük bir "hərbi əməliyyat" başlatdıqlarını söylədi. Bu hücum nəticəsində gürcü qoşunları tamamilə Abxaziyadan qovuldu.

    26 Avqust 2008-ci ildə Rusiya Federasiyası həm Cənubi Osetiya, həm də Abxaziyanı müstəqil dövlət olaraq rəsmi olaraq tanıdı.

    Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanımasına cavab olaraq, Gürcüstan hökuməti ölkənin Rusiya ilə bütün diplomatik əlaqələrini kəsdiyini və Müstəqil Dövlətlər Birliyini tərk etdiyini açıqladı.

    Müharibədən sonra

    Müharibədən sonra Gürcüstan və Abxaziya arasında münasibətlər gərgin olaraq qaldı. Gürcüstan Abxaziyaya dəniz mühasirəsi tətbiq etməklə Abxaziyanın təcridini artırmaq üçün hərəkətə keçdi. Gürcüstan Prezidenti Mixail Saakaşvili 2009-cu ilin noyabrında Kiyevdə (Ukrayna) Gürcüstan səfirliyinin yeni binasının açılış mərasimində Cənubi Osetiya və Abxaziya sakinlərinin də binanın imkanlarından istifadə edə biləcəyini bildirmişdi: "Sizi, əziz dostlarımızı əmin etmək istəyirəm ki, bu da sizin evinizdir və burada daima dəstək və anlayış tapacaqsınız ".

    Həmçinin bax

    • Gürcü-osetin münaqişəsi
    • Abxaziyada gürcülərə qarşı etnik təmizləmə
    • Suxumi qırğını

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gürcü-abxaz münaqişəsi sözünün mənası, gürcü-abxaz münaqişəsi haqqında məlumat. gürcü-abxaz münaqişəsi nədir? gürcü-abxaz münaqişəsi nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 06, 2026

      Faust (faciə)

    • Fevral 27, 2026

      Filoloq

    • Fevral 27, 2026

      Qırğız xaqanlığı

    • Fevral 25, 2026

      Zülqədəroğulları bəyliyi

    • Mart 01, 2026

      Türk əlifbası

    Trend Mahnılar
    • Mart 02, 2026

      Şəbnəm Tovuzlu - Sən Də Gəl

    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Mart 04, 2026

      Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst