Giorgi Marqvelaşvili (gürc. გიორგი მარგველაშვილი; 4 sentyabr 1969, Tbilisi) — Gürcüstanın 4-cü Prezidenti (17 noyabr 2013-cü ildən). 2012-ci ildən Bidzina İvanişvili hökumətində təmsil olunub.
| Giorgi Marqvelaşvili | |
|---|---|
| gürc. გიორგი მარგველაშვილი | |
| |
| 17 noyabr 2013 – 16 dekabr 2018 | |
| Əvvəlki | Mixeil Saakaşvili |
| Sonrakı | Salome Zurabişvili |
| 25 oktyabr 2012 – 18 iyul 2013 | |
| Əvvəlki | Xatiya Dekanoidze |
| Sonrakı | Tamar Sanikidze[d] |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 4 sentyabr 1969 (56 yaş) |
| Doğum yeri | |
| Partiya | |
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, filosof |
| Həyat yoldaşı | |
| Dini | şərqi ortodoks xristianlıq |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi |
|
| | |
![]() | |
| president.gov.ge | |
Həyatı
Giorgi Marqvelaşvili 4 sentyabr 1969-cu ildə Tbilisi şəhərində anadan olub. O, 1992-ci ildə İvane Cavaxaşvili adına Tbilisi Dövlət Universitetinin Fəlsəfə fakültəsini bitirib. Fəlsəfə elmləri doktorudur. 1993–1994-cü illərdə Mərkəzi Avropa Universitetində Sosiologiya üzrə təhsilini davam etdirib. Marqvelaşvili 1995–2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Gürcüstan nümayəndəliyində işləyib.
Fəaliyyəti
1992–1995-ci illərdə Marqvelaşvili dağlıq turizm üzlə ixtisaslaşan turistik firmada bələdçi çalışıb, sonra iş yerini dəyişərək nəşriyyatda menecerin assisteni olub. 1994–1995-ci ildə Biznes gündəliklər kompaniyasında marketinq üzrə departament müdiri çalışıb. 1996–1997-ci illərdə Giorgi Marqvelaşvili Azad Tbilisi Universitetində fəlsəfə müəllimi kimi dərs deyib. 2000–2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunda işləyib ki, o cümlədən 2000–2006-cı illər və 2010–2012-ci illər arasında institutun rektoru olub.
Siyasi fəaliyyəti
2013-cü il fevralın 7-də Giorgi Marqvelaşvili Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin olunub. 2012-ci ilin oktyabrında Marqvelaşvili seçkilərdə qalib gələn Gürcü Arzusu koalisiyasının rəhbəri Bidzina İvanişvilinin yeni formalaşdırdığı hökumətdə təhsil naziri vəzifəsinə təyin olunur. Marqvelaşvili heç bir siyasi partiyanın üzvü deyil. 2013-cü il mayın 11-də hakim Gürcü Arzusu Partiyası qarşıdan gələn prezident seçkilərində Marqvelaşvilini öz namizədi görüdüyünü açıqladı. 16 iyul 2013-cü ildə o, könüllü olaraq təhsil naziri vəzifəsindən istefa verərək seçki kampaniyasına başladı. Bununla belə, baş nazirin müavini vəzifəsini icra etməkdə davam edir. 9 sentyabr 2013-cü ildə Marqvelaşvili rəsmən Gürcüstan prezidentliyinə namizəd kimi qeydə alındı. Giorgi Marqvelaşvili 2013-cü ilin oktyabrın 27-də keçirilən seçkilərdə qalib gəlib.
Şəxsi həyatı
Rəsmən evli deyil, bir qız övladı var. İngilis və rus dillərini bilir. Hobbisi hörgüdür.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Georgi Marqvelaşvili haqqında məlumat. Georgi Marqvelaşvili nədir? Georgi Marqvelaşvili nə deməkdir?

