Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1741-ci ildə imperatriçə Mariya Tereziyanın sərəncamı ilə Hofburq sarayı yaxınlığındakı Mixaelerplatsda, ballar keçirilən evdə əsası qoyulmuş, "Saray nəzdində k

Burqteater

  • Ana Səhifə
  • Vikipediya
  • Burqteater

Burqteater — Vyanada teatr.

Burqteater

Mündəricat

Tarixi

1741-ci ildə imperatriçə Mariya Tereziyanın sərəncamı ilə Hofburq sarayı yaxınlığındakı Mixaelerplatsda, ballar keçirilən evdə əsası qoyulmuş, "Saray nəzdində kral teatrı", yaxud "Burqteater" adını almışdır. 1740-cı illərdə burada italyan və fransız artistləri opera və balet tamaşaları göstərirdilər. 1751-ci ildən Avstriya truppalarının çıxışları başlanmışdı.

İmperator II İosifin dekreti ilə 1776-cı ildə saray teatrı statusunu və "Alman milli teatrı" adını almış, 1794–1918-ci illərdə "Burq yanındakı İmperator və Kral saray teatrı" adlanmışdır, 1918-ci ildən indiki adını daşıyır. "Burqteater" 1888-ci ildən yeni binada (memarlar Q. Zemper və K. Hazenauer, rəssamlar Q. Klimt, E. Klimt və b.) fəaliyyət göstərir; bina 1945-ci ildə bombardmandan zərər çəkmiş və 1955-ci ildə tam bərpa olunmuşdur.

18-ci əsrdən başlayaraq teatrın repertuarı, əsasən, alman və fransız klassiklərinin əsərləri, U. Şekspirin, İntibah dövrü ispan dramaturqlarının pyesləri, antik dramaturgiya əsasında formalaşmışdır. 19-cu əsrdə F. Qrilparserin, A. Şnitslerin, H. fon Hofmanstalın əsərləri, həmçinin Vyana komediyaları və "xalq pyesləri" tamaşaya qoyulurdu.

Təsviri

20-ci əsrdə repertuara daxil olan H. İbsenin və G. Hauptman, L. N. Tolstoy, A. P. Çexov, F. Verfel və b.-nın yeni səhnə həlli tələb edən pyesləri "Burqteater"-i akademizm prinsiplərindən uzaqlaşdırdı. 1920–40-cı illərdə teatrda ekspres sionistlərdən rejissor A. Heyne, rəssamlar A. Roller, R. Heylinq, O. Ştrnad çalışmışlar. 1950–60-cı illərdə Stanislavski sisteminin davamçısı, opera islahatçısı V. Felzenşteyn "Burqteater"-in səhnəsində özünün ən yaxşı dram tamaşalarını yaratmışdır.

1970-ci illərdə burada C. Streler və J. L. Barro tamaşalar hazırlamışlar. Lakin teatrın əsas bədii dəyərini onun aktyor ansamblı təşkil edirdi;müxtəlif illərdə R. Aslan, E. Balzer, H. Bleybtroy, K. M. Brandauer, P. Vesseli, Ş. Volter, Y. Kayns, Y. Lampe, E. Ort, Q. Foss, M. Heltau, P. A. Hörbiger, L. Şvarts və b. bu ansamblda çalışmışlar.

1986–99-cu illərdə teatra alternativ, sosial-tənqidi cərəyanın nümayəndəsi olan alman rejissoru K. Paymann rəhbərlik etmişdir. O, aktual ictimai problemlərə və müasir repertuara xüsusi diqqət yetirirdi. 1999-cu ildən truppaya K. Baxler rəhbərlik edir. Teatrda A. Bret, L. Bondi, K. M. Qrüber, P. Sadek və b. aparıcı rejissorlar çalışır.

Həmçinin bax

  • Vyana

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, burqteater sözünün mənası, burqteater haqqında məlumat. burqteater nədir? burqteater nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gigiyena

  • Fevral 25, 2026

    Braunşveyq

  • Mart 01, 2026

    Systema Naturae

  • Fevral 23, 2026

    Xristologiya

  • Mart 01, 2026

    S:Qariə surəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst