Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Systema Naturae (Latınca) — İsveçli botanik, zooloq və həkim Karl Linneyin (1707–1778) ən vacib əsərlərindən biridir və bu əsərdə Linney taksonomiyası təklif ed

Systema Naturae

  • Ana Səhifə
  • Vikipediya
  • Systema Naturae

Systema Naturae (Latınca) — İsveçli botanik, zooloq və həkim Karl Linneyin (1707–1778) ən vacib əsərlərindən biridir və bu əsərdə Linney taksonomiyası təklif edilir. Bu gün binominal nomenklatura olaraq bilinən bu sistem, həqiqətdə Linneydən 200 il əvvəl Qaspard və Yohann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə də, Linney bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası”

Təbiət sistemi
Müəllif Karl Linney
Orijinalın dili latın dili
Ölkə
  •  İsveç
Orijinalın nəşr ili 1735
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Karl Linneyin Systema Naturæ adlı əsərinin 1758-ci ildə çap edilmiş olan versiyasının üz qabığı

Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur. Linney 1766-1768-ci illər arasında özünün sonuncu daha da inkişaf etdirilmiş XII nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Yohann Fridrix Qmelin tərəfindən 1788-1793-cü illər arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən XX əsrin əvvəllərindən etibarən eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir. Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 26 oktyabr 1954-cü ildə qəbul edilmiş 296-cı qanunu ilə Systema Naturae seriyasının XIII nəşri olaraq qəbul edilmişdir.

Biblioqrafiya

Latın dilində
  • Linné, Carl von. Murray, Johann Andreas (redaktor). Systema vegetabilium (13th edition of Systema Naturae) (2 vols.). Göttingen: Typis et impensis Jo. Christ. Dieterich. 1774. İstifadə tarixi: 24 fevral 2015.
    • Linné, Carl von. Systema vegetabilium (13th edition of Systema Naturae) [A System of Vegetables 2 vols.]. Lichfield: Lichfield Botanical Society. 1785 [1774]. İstifadə tarixi: 24 fevral 2015.
İngilis dilinə tərcümə edilmiş
  • A General System of Nature Arxiv surəti 17 yanvar 2025 tarixindən Wayback Machine saytında translated by William Turton. Lackington, Allen, and Company, January 1806 (free, registration required)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Systema Naturae haqqında məlumat. Systema Naturae nədir? Systema Naturae nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qərvənd (Füzuli)

  • Fevral 27, 2026

    Pəmbək (çay)

  • Mart 01, 2026

    Cinlilər tayfası

  • Fevral 27, 2026

    Behbahan şəhristanı

  • Fevral 27, 2026

    Exo (nimfa)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst