Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hakan Fidan (17 iyul 1968, Ankara) — kürdəsilli Türkiyə hərbçisi, bürokrat, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri (2010–2023), Xarici İşlər Naziri (2023-cü il

Hakan Fidan

  • Ana Səhifə
  • Vikipediya
  • Hakan Fidan

Hakan Fidan (17 iyul 1968, Ankara) — kürdəsilli Türkiyə hərbçisi, bürokrat, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri (2010–2023), Xarici İşlər Naziri (2023-cü ildən).

Hakan Fidan
kürd. خاقان فیدان
türk. Hakan Fidan
Türkiyə Respublikasının Xarici İşlər Naziri
Vəzifədədir
3 iyun 2023-cü ildən
    ƏvvəlkiMövlud Çavuşoğlu
    Şəxsi məlumatlar
    Doğum tarixi 17 iyul 1968(1968-07-17) (57 yaş)
    Doğum yeri
    • Ankara, Ankara ili, Türkiyə
    Milliyyəti türk
    Partiya
    • Ədalət və İnkişaf Partiyası (2015)
    Təhsili
    • MEBS Məktəbi və Təhsil Mərkəzi[d],
    • Bilkent Universiteti
    Fəaliyyəti əsgər, dövlət rəsmisi, diplomat, kəşfiyyatçı
    Uşağı 3
    Hərbi xidmət
    Qoşun növü Türkiyə Quru Qoşunları
    Rütbəsi
    • unter-zabit[d]

    Təltifləri 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni
    İmzanın şəkli
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Həyatı və karyerası

    Ata tərəfdən vartolu kürddür, və kürd Həsənan tayfasının bir üzvü.

    1986-dan 2001-ə qədər Türkiyə Silahlı Qüvvələrində ehtiyat zabit olaraq çalışmışdır. Hərbçi peşəsini öz istəyiylə buraxan Fidan, ABŞ-nın Merilend Universitetindən İdarəetmə və Politologiya sahəsində bakalavr dərəcəsi almışdır. Bilkənt Universitetində "Xarici Siyasətdə Kəşfiyyatın Yeri" adlı tezisiylə magistr dərəcəsi almışdır. Eyni universitetdə 2006-da da "Məlumat Əsrində Diplomatiya: Müqavilələrin Təsdiqlənməsində İnformasiya Texnologiyalarının İstifadəsi" başlıqlı tezis ilə doktorluq müdafiə etdi. Viyanada Beynəlxalq Atom Enerjisi Təşkilatında, Cenevredə Birləşmiş Millətlər Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Research Centerdə akademik işlərini davam etdirdi. Hacəttəpə və Bilkənt universitetlərində elmi fəaliyyətlə məşğul olmuşdur. Almaniyadakı NATO Çevik Reaksiya Korpusunun Qərargahında da çalışan Fidan, 2001-dən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi və İqtisadi Məsləhətçi vəzifəsində çalışmışdır. 2003-də Baş nazirlik nəzdindəki Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) başçısı təyin edildi.

    14 noyabr 2007-də Baş nazirin məsləhətçisi vəzifəsinə gələn Hakan Fidan, 2008-ci il noyabr ayında Beynəlxalq Atom Enerjisi Təşkilatı İdarə heyəti üzvlüyünə təyin edildi. 8 mart 2008-də Beynəlxalq Əhməd Yəsəvi Universiteti qəyyumluq heyəti üzvü oldu və bu vəzifəsindən fevral 2011-də istefa etdi. 17 aprel 2009-da Milli İstihbarat Təşkilatı rəhbərinin köməkçisi vəzifəsinə gətirildi. Əmrə Tanerin vəzifə müddətinin bitməsinin ardından, 25 may 2010-cu il tarixində MİT rəhbəri vəzifəsinə təyin edildi.

    7 fevral 2012-ci il tarixində Baş prokuror Sədrəddin Sarıkaya tərəfindən, KCK əməliyyatı çərçivəsində şübhəli sifətiylə ifadəyə çağırıldı. Bunun üzərinə Dövlət Kəşfiyyat Xidmətləri və Milli İstihbarat Təşkilatı Qanununun 26. maddəsində dəyişiklik edilərək MİT mənsublarının və ya xüsusi bir vəzifə icra etmək üzrə Baş nazir tərəfindən vəzifələndirilən şəxslərin vəzifənin xüsusiyyətindən doğan və vəzifəsinin icrası əsnasında işlədikləri iddia edilən cinayətlər səbəbiylə haqqlarında istintaq aparılması baş nazirin icazəsinə bağlanmışdır. Xatırlanan dəyişiklik mediada "Hakan Fidan qurtarma təklifi" olaraq bilinmişdir.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hakan fidan sözünün mənası, hakan fidan haqqında məlumat. hakan fidan nədir? hakan fidan nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Frans Boas

    • Mart 06, 2026

      Sakişima

    • Mart 01, 2026

      Yonqar

    • Mart 06, 2026

      Əbdülhüseyn Əmini

    • Fevral 26, 2026

      Nübuvvət

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Mart 02, 2026

      Şəbnəm Tovuzlu - Sən Də Gəl

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst