Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abolisiya feminizmi (ing. Abolition feminism; Ləğvetmə Feminizmi) — həbsxana-sənaye kompleksinin ləğvini tələb edən feminizm qolu. Termin Ancela Devis, Sina Den

Abolisiya feminizmi

  • Ana Səhifə
  • Vikipediya
  • Abolisiya feminizmi

Abolisiya feminizmi (ing. Abolition feminism; Ləğvetmə Feminizmi) — həbsxana-sənaye kompleksinin ləğvini tələb edən feminizm qolu. Termin Ancela Devis, Sina Dent, Erika Meyners və Bet Riçi tərəfindən yazılmış "Abolition. Feminism. Now." kitabında işlədilib. Abolisionist feminist düşüncə sahibləri həbsxanaların ləğvi ideyasını dəstəkləyir və anti-irqçi, anti-kapitalist və zorakılıq əleyhinə feminizmi mənimsəyirlər. Abolisiya Feminizmi həbsxana yönümlü feminizmə (karseral feminizm) qarşıdır. Abolisionist feministlər gender əsaslı zorakılığa qarşı həbsxana cəzası kimi həll yollarını rədd edərək, transformativ və bərpaedici ədalət modellərini təklif edirlər.

Yazıçı və aktivist Ancela Devis "abolitionist feminizm" terminini işlətməyə kömək etmişdir.

Mündəricat

Terminologiya

Abolisiya Feminizmi "dialektika, münasibətlilik və bir növ müdaxilə kimi" təsvir edilir: "abolisionist nəzəriyyələr və təcrübələr feminist olduqda daha güclü olur və eyni zamanda abolisionist olan feminizm müasir dövr üçün ən əhatəli və inandırıcı feminizm formasıdır." Həbsxana və polis sisteminin ləğvinə nail olmaq üçün abolisionist feministlər irqçilik, gender zorakılığı, seksual zorakılıq və heteropatriarxiya kimi kəsişən basqı strukturlarının aradan qaldırılmasını vacib hesab edirlər. Bu alternativ baxış çox vaxt "abolisiya demokratiyası" adlandırılır və militarizasiya və həbs cəzalarının yerinə bərpaedici təcrübələrdən istifadəni nəzərdə tutur.

Abolisionist feministlər cinayəti təbii hadisə kimi deyil, sosial konstruksiya olunmuş bir anlayış kimi görürlər. Onların fikrincə, feminizm və abolisiya bir-birini tamamlamalıdır ki, həbsxana sisteminə daha dərin tənqidi yanaşmaq mümkün olsun. Abolisionist feministlər üçün zorakılıq fərdi problem və fərdi həll yolları ilə izah edilə bilməz. Bunun əvəzinə, zorakılıq həbs sistemindən kənar struktur islahatları ilə həll edilməlidir. Feminist perspektiv gender əsaslı zorakılıq məsələlərinin abolisionist hərəkat çərçivəsində aktuallaşmasına imkan yaradır.

Abolisiya feminizmi və karseral feminizm arasındakı fərq

Abolisionist feministlər karseral feminizm adlanan yanaşmanı tənqid edirlər. Karseral feminizm gender əsaslı zorakılığa qarşı mübarizədə cinayət qanunlarının sərtləşdirilməsini və həbs cəzalarının artırılmasını dəstəkləyir. Ancaq abolisiya feministləri hesab edirlər ki, bu yanaşma uzunmüddətli həll yolu deyil, əksinə, daha çox problem yaradır. Məsələn, məişət zorakılığı ilə mübarizə adı altında sərt qanunların tətbiqi bəzi hallarda məhz qara və ya yoxsul qadınların da həbs olunmasına gətirib çıxarır. Abolisiya feminizmi transformativ və bərpaedici ədalət yanaşmasını dəstəkləyir. Yəni, cəmiyyət zorakılığa qarşı həll yollarını həbs cəzaları ilə deyil, icmaların və fərdlərin yenidən inteqrasiyası və şəfa tapması üçün alternativ yollarla tapmalıdır. Buraya məsləhətləşmələr, icma əsaslı müdaxilə proqramları və zorakılığın kök səbəblərini aradan qaldırmağa yönəlmiş təşəbbüslər daxildir. Bu feminizm növü, xüsusilə qaradərili və yerli qadınların üzləşdiyi gender əsaslı zorakılığın təkcə gender deyil, həm də irqçilik və sinfi ayrı-seçkiliklə əlaqəli olduğunu vurğulayır.

Həmçinin bax

  • Fərq feminizmi

Ədəbiyyat

  • Davis, Angela; Dent, Gina; Meiners, Erica; Richie, Beth. (2020) Abolition. Feminism. Now. Chicago, IL: Haymarket Books. ISBN 978-1-642592-58-0
  • Bierria, Alisa; Caruthers, Jakeya; Lober, Brooke, eds. (2022) Abolition Feminisms Vol.1: Organizing, Survival, and Transformative Practice. Chicago, IL: Haymarket Books. ISBN 978-1642596946
  • Bierria, Alisa; Caruthers, Jakeya; Lober, Brooke, eds. (2022) Abolition Feminisms Vol. 2: Feminist Ruptures against the Carceral State. Chicago, IL: Haymarket Books. ISBN 978-1642598452

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, abolisiya feminizmi sözünün mənası, abolisiya feminizmi haqqında məlumat. abolisiya feminizmi nədir? abolisiya feminizmi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Corctaun (Malayziya)

  • Mart 06, 2026

    Şimali Kareliya

  • Fevral 23, 2026

    Ordovik dövrü

  • Fevral 27, 2026

    Con Byufort

  • Mart 01, 2026

    Tuva dili

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst