Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən

Horner sindromu

  • Ana Səhifə
  • Vikipediya
  • Horner sindromu

Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom. Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır.

Horner sindromu
Sol tərəfli Horner sindromu
Sol tərəfli Horner sindromu
XBT-10 G90.2
XBT-10-KM G90.2
XBT-9 337.9
XBT-9-KM 337.09
OMIM 143000
DiseasesDB 6014
MedlinePlus 000708
eMedicine med/1029 oph/336
MeSH D006732
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əlamətlər

Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır:

  • ptoz - yuxarı göz qapağının simpatik innervasiyanın çatışmazlığından lat. musculus tarsalis superior – Müller ya torzal əzələnin iflici nəticəsində sallanması
  • Mioz - göz bəbəyinin daralması
  • Enoftalm- göz almasının çuxura düşməsi
  • Dishidroz(anhidroz) – üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması(azalması)

Əmələ gəlmə səbəbləri

Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji proseslərdən (Pankost — ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər.

Patogenezi

Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir.

  • Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) – hipotalamospinal yol da daxil mərkəzi zədələnmə
  • İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması
  • Üçüncü neyronun – postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz – göz bəbəyinin genəlməsi məhz bu sahənin – postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, horner sindromu sözünün mənası, horner sindromu haqqında məlumat. horner sindromu nədir? horner sindromu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Sumatra kərgədanı

  • Fevral 27, 2026

    Statinlər

  • Fevral 27, 2026

    Tort

  • Fevral 27, 2026

    Vida həcci

  • Fevral 24, 2026

    Qapı venası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst