Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Təhmasib Aliyə Mehdi qızı (13 mart 1947, Bakı – 31 iyul 2022, Bakı) — Azərbaycanın Əməkdar müəllimi.

Aliyə Təhmasib

  • Ana Səhifə
  • Vikipediya
  • Aliyə Təhmasib

Təhmasib Aliyə Mehdi qızı (13 mart 1947, Bakı – 31 iyul 2022, Bakı) — Azərbaycanın Əməkdar müəllimi.

Aliyə Təhmasib
Aliyə Mehdi qızı Təhmasib
Şəxsi məlumatlar
Doğum tarixi 13 mart 1947(1947-03-13)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 31 iyul 2022(2022-07-31) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Yeni Azərbaycan Partiyası
Fəaliyyəti siyasətçi
Təltifləri "Xalqlar dostluğu" ordeni
Azərbaycan SSR əməkdar müəllimi — 1981

Həyatı

Aliyə Təhmasib 1947-ci il martın 13-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1954-cü ildə hazırda Hüseyn Cavidin adını daşıyan 132 nömrəli məktəbin I sinfinə gedib və 1965-ci ildə həmin təhsil ocağını "əla" qiymətlərlə bitirib.

1966–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alıb. 1967-ci ildə 132 nömrəli məktəbdə əmək fəaliyyətinə qədəm qoyan Aliyə xanım burada kitabxanaçı, pioner baş dəstə rəhbəri işləyib və 1970-ci ildən həmin təhsil ocağında bir müəllim kimi Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başlayıb. Yaxşı işinə, qabaqcıl pedaqoji fəaliyyətinə görə 1985-ci ildə bu tədris müəssisəsinə direktor təyin edilib. Aliyə Təhmasib 1985, 1989-cu illərdə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynayıb, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərib.

1989 və 1990-cı illərin məlum hadisələri ilə əlaqədar respublika Qadınlar Şurasının sədr müavini kimi Moskvada SSRİ Qadınlar Cəmiyyətinin geniş yığıncağında erməni qəsbkarlarının Azərbaycanda törətdikləri vəhşiliklər barədə məruzə edib, Ali Sovetin sessiyalarında cəsarətlə öz mövqeyini bildirib. 1992-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən təhsil işçilərinin həmkarlar təşkilatının qurultayında Xocalı faciəsini törədən erməni vəhşiliklərini müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin diqqətinə çatdırıb, fotoşəkillər, sənədlər nümayiş etdirib.

1995-ci ildə İzmirdə keçirilən türk xalqlarının Dostluq, Qardaşlıq qurultayının nümayəndəsi olub. O, həmçinin Azərbaycan müəllimlərinin və Azərbaycan qadınlarının qurultaylarına nümayəndə seçilib.

2010-cu il 15 sentyabr. 132–134 nömrəli təhsil kompleksinin Heydər Əliyev muzeyində. Uzun illər 132 nömrəli məktəbə ləyaqətlə rəhbərlik edən Aliyə Təhmasib yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlara da layiq görülüb.

2007-ci ilin mart ayında Aliyə müəllim təhsilimizin inkişafındakı böyük xidmətlərinə görə və ömrünün 60, əmək fəaliyyətinin 40 ili tamam olması münasibətilə Prezidentin fəxri təqaüdünə layiq görülüb.

Aliyə Təhmasib Respublika Təhsil Şurasının üzvüdür. Səbail rayonu YAP Qadınlar Məclisinin fəal üzvü kimi ictimai iş aparır.

2010-cu il sentyabrın 15-də uzun müddətli təmirə dayanmış 132 saylı məktəbin aşılışından bir neçə gün sonra fəxri təqaüdə yola salınmışdır.

Aliyə Təhmasib dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aliyə təhmasib sözünün mənası, aliyə təhmasib haqqında məlumat. aliyə təhmasib nədir? aliyə təhmasib nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Alleqoriya

  • Fevral 27, 2026

    İfrazat sistemi

  • Mart 06, 2026

    Mansur (Uçalı)

  • Fevral 25, 2026

    Zəngəzur dağları

  • Fevral 25, 2026

    Cüzeppe Verdi

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst