Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

XII Georgi (10 noyabr 1746, Telavi – 28 dekabr 1800, Tiflis) — cəmi 2 il (12 yanvar, 1798 - 28 dekabr, 1800) hökmdarlıq etmiş Kartli-Kaxetiyanın son kralı .

XII Georgi

  • Ana Səhifə
  • Vikipediya
  • XII Georgi

XII Georgi (10 noyabr 1746, Telavi – 28 dekabr 1800, Tiflis) — cəmi 2 il (12 yanvar, 1798 - 28 dekabr, 1800) hökmdarlıq etmiş Kartli-Kaxetiyanın son kralı .

XII/XIII Georgi
გიორგი XII
Kartli-Kaxeti kralı XII Georgi
Kartli-Kaxeti kralı XII Georgi
Kartli-Kaxetiya kralı
1798 – 1800
ƏvvəlkiII İrakli
SonrakıRusiya işğalı
Şəxsi məlumatlar
Doğum tarixi 10 noyabr 1746(1746-11-10)
Doğum yeri
  • Telavi, Gürcüstan
Vəfat tarixi 28 dekabr 1800(1800-12-28) (54 yaşında)
Vəfat yeri
  • Tiflis, Kartli-Kaxetiya krallığı
Dəfn yeri
  • Svetitskoveli kafedralı
Fəaliyyəti monarx, rəhbər
Atası II İrakli
Anası Anna Abaşidze
Uşaqları
  • XII David,
  • Baqrat Baqrationi
Ailəsi Baqrationi
Dini Gürcü Ortodoks Kilsəsi

Təltifləri "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni "Müqəddəs Aleksandr Nevski" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Gəncliyi

10.11.1746də Telavidə II İrakli və Anna Abaşidzenin ilk övladı olaraq dünyaya gəlmişdi. Böyük qardaşı Vaxtanq Baqartioniın 1756-cı ildə ölümündən sonra vəliəhd elan olunmuşdu. 1766-cı ildə Lori mahalı və Pəmbək mahalının idarəsi ona tapşırıldı. Qardaşı Levon Baqrationi ilə birlikdə 1777-ci ildə üsyan edan Ksani eristavlığını ələ keçirmişdi.

Hakimiyyəti

Atasının ölümündən sonra 12 yanvar 1798-ci ildə çar elan olmuş, I Pavel tərəfindən 22 fevral 1799-cu ildə təsdiq edilmiş, 5 dekabr 1799-cu ildə isə tac qoymuşdu. Atasından fərqli olaraq o çox sevilən və hörmət edilən biri deyildi. Qardaşı Aleksandr Baqrationi onun taxtına iddia edirdi və Dağıstana qaçmışdı. İran şahı Fətəlinin təhdidlərindən çəkinən çar Rusiya ilə daha da yaxınlaşmış və taxtdan əl çəkmək fikrində idi. Onsuz da xəstə olan çarın yerinə kimin gələcəyi haqda indidən əyanlar müzakirə edir biri oğlu Davidi, digəri isə İulonu dəstəkləyirdi. 1799-cu ildə I Paveldən kömək istəyən çar Pyotr Kovalenski başçılığında gələn bölüyü xoş qarşılamışdı. Çar 28 dekabr 1800-cü ildə vəfat etdi. Rusiyanın yeni çarı olan I Aleksandr isə David Baqrationinin çarlığını tanımadı və Şərqi Gürcüstanı işğal etdi.

Ailəsi

XII Georgi əvvəlcə Kotevan Andronikaşvili ilə sonra isə Mariam Çistişvili ilə evlənmişdi. Oğulları:

  • David Baqrationi
  • İoan Baqrationi
  • Luarsab Baqrationi
  • Baqrat Baqrationi
  • Solomon Baqrationi
  • Teymuraz Baqrationi
  • Mişel, Cibrail, Elizbar, İosif, Spiridon Baqrationilər
  • Okropir Baqrationi
  • Svimeon və İrakli Baqrationilər

Qızları:

  • Varvara (1769—1801)
  • Sofio (1771—1840)
  • Nino (1772—1847)
  • Salome
  • Ripsime (1776—1847)
  • Qayana (1780—1820)
  • Tamar (1788—1850)
  • Anna (1789—1796)
  • Anna (1800—1850)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, XII Georgi haqqında məlumat. XII Georgi nədir? XII Georgi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Selikli qişa

  • Fevral 25, 2026

    Aləmşah bəyim

  • Fevral 24, 2026

    Sulavesi

  • Fevral 12, 2026

    Lissabon

  • Fevral 25, 2026

    Basil Qeysəriyyəli

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst