Telavi (gürc. თელავი, azərb. Qaracalar) — Alazan vadisində (Gürcüstan) şəhər, Telavi bələdiyyəsinin mərkəzi, Kaxetiya diyarının paytaxtı.
| Telavi | |||||
|---|---|---|---|---|---|
| თელავი | |||||
| |||||
| |||||
| 41°55′01″ şm. e. 45°28′35″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Əsası qoyulub | 893 | ||||
| Mərkəzin hündürlüyü | 722 m | ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Digər | |||||
| telavi.gov.ge | |||||
![]() Telavi | |||||
Əhalisi — 19 629 nəfər (2014).
Şəhər Sivi-Qombor dağ silsiləsinin şimal yamacında, dəniz səviyyəsindən 490 metr hündürlükdə, Tbilisidən 70 km. aralıda yerləşir.
Tarixi
Telavinin adı b.e. I əsrinə aid mənbələrdə çəkilir. Şəhər Yaxın Şərqdən Avropaya aparan karvan yolunun üzərində vacib ticarət mərkəzi olmuşdur. XI əsrdə və XVII əsrdən XVIII əsrə qədər Kaxetiya çarlığının paytaxtı olmuşdur.
Görməli yerləri
- VIII—XVIII əsrlərə aid qala;
- 800 yaşlı çinar ağacı;
- Telavi Dram Teatrı;
Ətrafında:
- Şuamta monastırlar kompleksi (V—XVI əsrlər);
- İkaltoy akademiyasının xarabalıqları (XI—XII əsrlər) (rəvayətə görə Şota Rustavelli burada oxumuşdur)
Tanınmış adamları
Doğulanlar
- Henrix Malyan (1925—1988) — rejissor, SSRİ xalq artisti (1982)
- Kaxi Asatiani (1947—2002) — gürcü əsilli sovet futbolçusu, məşqçi.
Maraqlı faktlar
- Telavi Georgi Daneliyanın məşhur "Mimino" filmində hadisələrin cərəyan etdiyi yerlərdən biridir.
- İosif Stalinin atası Telavidə vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Telavi haqqında məlumat. Telavi nədir? Telavi nə deməkdir?

