Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı k

Basil Qeysəriyyəli

  • Ana Səhifə
  • Vikipediya
  • Basil Qeysəriyyəli

Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır.

Qeysəriyyəli Basil
yun. Βασίλειος Καισαρείας
Rütbə Qeysəriyyə arxiyepiskopu
Doğum tarixi 330
Doğum yeri Qeysəriyyə
Vəfat tarixi 379 (48–49 yaşında)
Vəfat yeri Qeysəriyyə
Qeyd edilir Roma-Katolik kilsəsi
Ortodoks kilsəsi
Xatirə günü Ortodoks kilsəsində 1 (14) yanvar və 30 yanvar (12 fevral);
Roma-Katolik kilsəsində — 2 yanvar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Xristianlığın yaranması
Patristika
Apologetika
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Latındilli apologetika:

Minusius Feliks  • Arnobius  • Laktansius  • Tertullian

Qnostiklərə qarşı olanlar:

İrineus Lionlu  • İppolit Romalı

İskəndəriyyə ilahiyyat məktəbi:

Klement  • Origen

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Rəsmi kilsə tərəfdarları:

Atanasius  • İoann Xrisostom  • Saxta Dionisius
Kappadokiyalı kilsə ataları:
Basil Qeysəriyyəli  • Qriqor Nazianzen  • Nissalı Qriqori

Xristoloji mübahisələr səbəbilə ayrılan təriqətlər:

Nestorianlıq  • Monofizitizm  •
Monofelitlik  • İkonomaxiya

'Ekumenik Kilsə Məclisləri'
Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian mistisizmi

Xristian rahibliyi  • İsihazm

Şərq və Qərb kilsələrinin aralanması
Xristian simvolikası

Mündəricat

Əsərləri

Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına, "Zəbur" kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır.

Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon magnum sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır.

Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.

Tanrı haqqında baxışları

Öz əsərlərində Basil bəzi hallarda antik fəlsəfəyə müraciət edir. Birinci növbədə bu cür müraciətlər, onun "Homiliae in hexaemeron" əsərindəki kosmoloji baxışlarına aiddir. Burada o Platonun "Timeus" (Timaeus) əsərindən istifadə etmişdir.

Basil hesab edirdi ki, üç sifəti bir olan Tanrı əbədidir, dəyişməzdir, dərk olunmazdır. Antik fəlsəfədə Tanrının materiya ilə birgə əbədi mövcudiyyəti ideyasını Basil rədd edir. Onun fikrincə, yaradılan hər şeyin həm mövcud olması (aktivliyi), həm də nəzərdə tutulan inkişafı (potensiyası) vardır. Deməli yaradılış, yunan fəlsəfəsində olduğu kimi, əvvəlcə materiyanın, sonra isə ondan müxtəlif formaların əmələ gəlib, yayılması istiqamətində getmişdir.

Yunanlar xristianlara etiraz edərək, "Tanrı yaradılışdan öncə nə edirdi?" sualına cavab verərək deyirdi ki, Müqəddəs kitabda deyilən "Başlanğıcda Tanrı yeri və göyü yaratdı…" ifadəsini zamanın daxilində yaradılış kimi başa düşmək olmaz. "Başlanqıcda…" sözü də zaman mənasında başa düşülməməlidir. Buna görə "Tanrı yaradılışdan qabaq nə ilə məşğul idi" sualını vermək düzgün deyil. Zaman da, başqa şeylər kimi, yaradılmışdır və yalnız bu dünyaya aiddir, Tanrıya yox. Deməli "Yaradılış" kitabının əvvəlində dünyanın birinci gün yaradılması ifadəsi, bir prinsip kimi başa düşülməlidir. Sonra yaradılışlar isə bu "günün" nəticəsi, davamıdır.

Daha sonra Bibliyada keçən "yaradılışın 6 günü" sözlərini də hərfi mənada başa düşmək olmaz. Bu yalnız simvolik, insan şüuruna uyğun bir ifadədir. Onun mahiyyəti isə dərk olunmazdır.

Basil, öz əsərində, insanın yaradılışına da xüsusi yer verir. O insanda Tanrı obrazının həkk olunması haqqında söhbət açır. İnsan hər bir şeyin mərkəzində yerləşdirilir, ən yüksək məxluqdur.

Basilun kosmologiyasında göylərin çoxluğu ideyası vardır. Birinci göy yeri əhatə edir. İkinci göydə ruhi varlıqlar yaşayır. Bu məlakələr və ölən möminlərin ruhlarıdır. İnsan mənəviyyatının mənbəyi məhz budur. İlk insan da məlakələrə bənzər varlıq idi, baxmayaraq ki, bədənə malik idi. Lakin onun günaha batması (qadağan olunmuş ağacın meyvəsini yeməsi), duyğular aləmindən yerə endirilməsinə səbəb oldu. Lakin, insanda Tanrının obrazı vardır. Tanrı ona əql verib. Buna görə də insan öz ruhunu bədənə bağlılıqdan, ehtiraslardan təmizləyərək (katarsis), itirilmiş İlahi bənzərliliyini özünə qaytarmalıdır. Üçüncü göy isə əqlin dərk etmədiyi İlahi bir məkandır. "Üç göy" ideyası neoplatonizmin Vahid-Əql-Ruh üçlüyünü və onlar arasında olan münasibətləri təkrarlayır.

"De Spiritu Sancto" adlanan kiçik risalədə, Basil Müqəddəs Ruhun Atadan və Oğuldan kiçik olmamasından söhbət açmışdır. Lakin onun birbaşa Tanrı olmasından danışmır. Bu inanc hələ onun dövründə formalaşmışdır və hətta Nikeya məclisinin qərarında öz əksini tapmamışdır. Üçlük (trinitarizm) formulası bundan sonra formalaşmışdır. Lakin Basil işarə edir ki, əgər Müqəddəs Ruh həyatverici başlanğıcdırsa, onda o Tanrıdan fərqli bir şey deyil. İsa da hər bir şeyi Ruhun vasitəsilə etmişdir. Beləliklə xristian üçlüyünün formalaşmasında Basil mühüm addım atmışdır.

Arianlığa qarşı

Arianlığın əleyhinə yazılmış "Eunomiuma qarşı" əsərində, Basil, Eunomium adında bir arianın fikirlərini təkzib edirdi. Eunomiumun fikrincə, bu dünyada Tanrının dərk edilməsi prosesi, onun yaratdığı məxluqat haqqında düşüncələrin əsasında, yaxud Onun təcəllilərinin vasitəsilə əldə etmək olar. Lakin bu bilgi simvolik xarakter daşıyır. Eunomiumun fikrincə, Tanrı haqqında bilavasitə bilik də əldə etmək mümkündür. Buna İlahi mahiyyəti olan əqlin təmizlənməsi və yüksəlməsi vasitəsilə nail olmaq olar. Bu halda, Tanrının heç kəs tərəfindən doğulmaması bəlli olur. İsa da ondan doğulmayıb, onun məxluqudur. Deməli o, Tanrı deyil.

Bu arian fikrinin əleyhinə çıxış edən Basil, Eunomiuma cavab verirdi ki, insan əqli, Tanrının əsl mahiyyətini heç bir vaxt dərk edə bilməz. Tanrı transsendental olaraq qalır. Dünyanı yaradanda isə o öz sözündən (İsa-Loqosdan) istifadə etmişdi. Buna görə, bu dünyada Tanrı haqqında yalnız simvolik deyil, həm də həqiqi biliklərə nail olmaq olar. İsanın doğulmuş Oğul olması isə, onun məxluq olması demək deyil. Oğul Atadan doğulmuşdur. Onun yoxdan yaranması iddiası yanlışdır. O əbədi olaraq doğulmuş Oğuldur.

Ədəbiyyat

Basilii Magni Opera, 1540
  • Aydın Əlizadə. (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 74-76. ISBN 5-87459-013-7. 22 avqust 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.
  • Rousseau, Phillip (1994). Basil of Caesarea. Berkeley: University of California Press.
  • Meredith, Anthony (1995). The Cappadocians. Crestwood, NY: St. Vladimir's Seminar Press.
  • Catholic Online: St. Basil the Great
  • American Catholic: St. Basil the Great 2007-12-23 at the Wayback Machine
  • Basil of Caesarea and His Influence on Monastic Mission 2012-02-20 at the Wayback Machine benedictines.org.uk
  • Порфирий (Попов Г. И.) Жизнь св. Василия Великого, архиеп. Кесарии Каппадокийския. — М., 1864.
  • Лебедева Е. А. Св. Василий Великий. (Очерк жизни и трудов его). — СПб., 1902. — 216 стр.
  • Святитель Василий Великий 2011-05-20 at the Wayback Machine // Мейендорф И. Введение в Святоотеческое богословие, часть 2, гл. 2.

Həm də bax

  • Kappadokiyalı kilsə ataları
  • Nissalı Qriqori

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Basil Qeysəriyyəli haqqında məlumat. Basil Qeysəriyyəli nədir? Basil Qeysəriyyəli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Kembric (Massaçusets)

  • Fevral 23, 2026

    Er

  • Fevral 11, 2026

    Mərkəzi Amerika

  • Fevral 18, 2026

    Kilsə

  • Fevral 13, 2026

    Konstitusiyalı monarxiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst