Əhməd əş-Şuqeyri (ərəb. أحمد أسعد الشقيري), (1 yanvar 1908 – 25 fevral 1980, Amman) — O, Fələstinli siyasətçi və Fələstin Azadlıq Təşkilatının ilk prezidenti və onun yaradıcısıdır. O, həmçinin Fələstin Azadlıq Ordusu, Fələstin Araşdırma Mərkəzi və Fələstin Milli Fondu ilə əməkdaşlıq edib. Onun atası Əsəd əş-Şuqeyri şəriət hakimi və dördüncü Osmanlı ordusunun nümayəndələr şurasının üzvü və müftisi olmuşdur.
| Əhməd əş-Şuqeyri | |
|---|---|
| ərəb. أحمد الشقيري | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 yanvar 1908 |
| Vəfat tarixi | 25 fevral 1980 (72 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | siyasətçi, diplomat |
| Dini | İslam |
| ahmad-alshukairy.org | |
Həyatı
Əhməd əş-Şuqeyri ərəb millətçi hərəkatı ilə əlaqələrinin gücləndiyi Beyrut Amerika Universitetinə daxil olur və əl-Ürvətul-Vüsqa klubunun fəal üzvü olur. Lakin sözügedən universitet onu gələn il Fransanın Livanda olmasına etiraz olaraq universitetdə böyük nümayişə rəhbərlik etdiyinə görə çıxartdı. Fransa hakimiyyəti 1927-ci ildə onu Livandan qovmaq qərarına gəldi. Əhməd əl-Şəqiri Qüdsdəki Hüquq İnstitutuna qayıtdı və eyni zamanda “Şərq güzgüsü” (مرآة الشرق) qəzetinin redaktoru vəzifəsində çalışıb.
Həmçinin bax
- Fələstin Azadlıq Təşkilatı
- Fələstin Dövləti
- Altıgünlük müharibə
- Yasir Ərəfat
- Mahmud Abbas
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əhməd əş-şuqeyri sözünün mənası, əhməd əş-şuqeyri haqqında məlumat. əhməd əş-şuqeyri nədir? əhməd əş-şuqeyri nə deməkdir?
