Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz – 13 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərargah Rəis

Abbas Qarabaği

  • Ana Səhifə
  • Vikipediya
  • Abbas Qarabaği

Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz – 13 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərargah Rəisi, general.

Abbas Qarabaği
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi
4 yanvar 1979 – 12 fevral 1979
İranın daxili işlər naziri
27 avqust 1978 – 4 yanvar 1979
ƏvvəlkiƏsədulla Nəsr İsfahani[d]
SonrakıŞapur Bəxtiyar
Şəxsi məlumatlar
Doğum tarixi 1 noyabr 1918(1918-11-01)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 13 oktyabr 2000(2000-10-13) (81 yaşında)
Vəfat yeri
  • Paris
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Fəaliyyəti siyasətçi
Rütbəsi
  • general
Təltifləri "Fəxri legion" ordeninin böyük zabit dərəcəsi "Fəxri legion" ordeninin komandor dərəcəsi "Fəxri legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeninin cəngavər dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslən azərbaycanlı və qarabağlı olan Abbas Qarabağı İran İslam İnqilabındakı roluna görə məşhurdur.

Mündəricat

Həyatı

Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdur. Əslən Füzuli rayonunundandır. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdur. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdır. Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir.

Karyerası

Abbas Qarabağı 1938-ci ildə İran ordusunda xidmətə başlamışdır. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabağı 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət etmişdir. 1979-cu ilin yanvar ayının 7-də isə Məhəmməd Rza Şah Pəhləvi tərəfindən İran ordusunun Baş Qərargah Rəisi, yəni faktiki ordunun baş komandanı təyin edilmişdi.

İran İslam inqilabında rolu

4 yanvar 1979-cu ildə şah onu İran ordusunun baş qərargahının rəisi təyin etmişdi. Şahın İranda olduğu müddətdə o, Şahı müdafiə etmişdir. Şah İranı tərk etdikdən sonra isə mülki hakimiyyətdə olan və Şapur Bəxtiyarın rəhbərlik etdiyi hökuməti dəstəkləmişdir. Küçələrdə toqquşmaların şiddətlənməsindən sonra 1979-cu ilin fevral ayının 11-də 22 generalla keçirdiyi iclasda ordunun bitərəfliyini elan etmişdir. Ona bu işdə gizli polis olan SAVAK-ın komandanı və azərbaycanlı olan Nasir Müqəddəm də dəstək olmuşdur. Bu, faktiki olaraq İslam İnqilabının dəstkənlənməsi demək idi.

Mühacirəti

Abbas Qarabağinin məzarı.

Abbas Qarabaği şah devriləndən sonra 14 ay Tehranda gizlənmiş, sonra isə Fransaya mühacirət etmişdir.

Əsərləri

Abbas Qarabaği iki kitab nəşr etdirmişdir:

Haghayegh Darbareye Bohran-e Iran (İran böhranı haqqında faktlar), 1983,

Che Shod Ke Chonan Shod? (O niyə baş verdi ?), 1999

O, bu əsərlərində onun qərarı ilə ordunun bitərəfliyinin elan edilməsinin İran İslam inqilabının uğurla başa çatmasında əsas amil olduğunu bildirmişdir.

Əsərlərindən Şaha qarşı güclü loyallıq hissinin olduğu açıq-aşkar hiss edilir. O, əsərlərində hər şeyin günahkarı kimi Şahın hakimiyyəti altında sonuncu hökuməti formalaşdıran Şapur Bəxtiyarı göstərir. Abbas Qarabağinin bildirdiyinə görə, Şapur Bəxtiyarın hakimiyyəti zamanı orduda xaos yaranmışdı.

Mükafatları

Abbas Qarabaği İranın yüksək mükafatları və Fransanın şərəf legionu ilə təltif edilmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, abbas qarabaği sözünün mənası, abbas qarabaği haqqında məlumat. abbas qarabaği nədir? abbas qarabaği nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mərkəzi ostan

  • Fevral 27, 2026

    78 (ədəd)

  • Mart 01, 2026

    Fototropizm

  • Fevral 27, 2026

    Üşnü mahalı

  • Mart 06, 2026

    Şiaşkotan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst