Vasili Utkin (rus. Василий Уткин; 6 mart 1972, Balaşixa, Moskva vilayəti – 19 mart 2024, Moskva) — rusiyalı İdman jurnalisti, televiziya şərhçisi, televiziya və radio aparıcısı, şoumeni və aktyoru. Sports.ru portalının həmsahiblərindən biri. 1 sentyabr 2010-cu ildən 31 avqust 2015-ci ilədək "NTV-Plyus" idman kanallarının baş redaktoru.
| Vasili Utkin | |
|---|---|
| rus. Василий Вячеславович Уткин | |
| |
| Doğum tarixi | 6 mart 1972 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 19 mart 2024 (52 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | ağciyər arteriyasının tromboembolizmi |
| Fəaliyyəti | idman jurnalisti[d], şərhçi, aktyor, yazıçı, intellektual oyunlar iştirakçısı[d], televiziya aparıcısı, radioaparıcı[d], baş redaktor, YouTuber, televiziya prodüseri[d] |
| Fəaliyyət illəri | 17 mart 1989–2024 |
| Mükafatları | |
| vasiliyutkin.ru | |
2014-cü ildən 2015-ci ilədək "STS" telekanalında "Böyük sual" əyləncəli oyun şousunu aparıb. 1 noyabr 2015-ci ildən 5 fevral 2016-cı ilədək "Matç TV" telekanalının əməkdaşı olub. 3 mart 2016-cı ildən 13 may 2017-ci ilədək "Eurosport" telekanalının şərhçisi işləyib.
15 iyul 2016-cı ildə "Con Donn" pab şəbəkəsinin kreativ direktoru vəzifəsinə təyin edilib.
Bir sıra həmkarlarının, futbolçuların və medianın fikrincə, Utkin Rusiyada müasir idman jurnalistikasının dilini və imicini yaradıb, eyni zamanda dövrünün ən istedadlı və tanınan rusdilli futbol şərhçisi olub.
Artıq çəkidən və ürək-damar sistemindəki problemlərdən əziyyət çəkən Utkin, 19 mart 2024-cü il tarixində vəfat edib.
Biblioqrafiya
- Vasili Utkin. Futbol oynayın! İdman şərhçisinin qeydləri. — "Amfora", ISBN 978-5-367-00789-3; 2008. — 312 səh. — 5000 nüsxə.
- Vasili Utkin. Top ətrafında qarışıqlıq. İdman şərhçisinin qeydləri. — "Amfora", ISBN 978-5-367-00822-7; 2008. — 320 səh. — 5000 nüsxə.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vasili utkin sözünün mənası, vasili utkin haqqında məlumat. vasili utkin nədir? vasili utkin nə deməkdir?
