Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

XII-XIII əsrlərdə Naxçıvan vilayətinin şimalında Eldəniz hökmdarlarının xanımlarına məxsus mülklər yerləşirdi. Dəbil istiqamətində gedən yollar üzərində yerləşə

Məvazixatun nahiyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Məvazixatun nahiyəsi

XII-XIII əsrlərdə Naxçıvan vilayətinin şimalında Eldəniz hökmdarlarının xanımlarına məxsus mülklər yerləşirdi. Dəbil istiqamətində gedən yollar üzərində yerləşən bu mülklər sonrakı dövrlərdə xüsusilə XVI-XVII əsrlərdə elə “Xatın mülkləri” kimi xatırlanmış və “Məvaziyi-xatın” adlandırılmışdır .

Məvazixatun nahiyəsi
Məvazixatun nahiyəsi
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan
Salınma tarixi XII - XVIII əsrlər
Milli tərkibi Azərbaycan türkləri

Eldənizlər dövründə bu mülklərdə çoxlu karvansaralar tikilmiş və onların bəzilərinin qalıqları günümüzə qədər qalmışdır. Bu fakt isə bizə əski Oğuz-Səlcuq adətlərini xatırladır . F.Sümər “Oğuzlar” kitabında yazır ki, karvansaralar, xəstəxanalar və körpülər kimi dini səciyyə daşımayan çoxlu əsərlər tikdirənlər arasında Səlcuq xanədanına mənsub xatınların olması da maraqlıdır. Hətta İranda karvansaraların əsasən və ya daha çox Səlcuq sultanlarının qızları tərəfindən inşa edildiyi sanılırdı .

A.Bağırovun irəli sürdüyü ehtimala görə nahiyənin adı 1225-1229-cu illərdə Naxçıvanın hakimi olmuş Qızıl Arslanın arvadı Xatına məxsus kəndləri əhatə edən ərazinin adı ilə bağlı yaranmışdır .

Sözün birinci hissəsindəki “Məvazi” - “mevzi” sözü əski Osmanlı türkcəsindən “mövqe”, “mənzil”, “yer” kimi tərcümə edilir. “Xatın” isə Eldənizlərdə saraya xanımlarını ifadə etmək üçün işlədilmişdir. Məvaziyi-Xatın nahiyəsi şimaldan və qərbdən Dərələyəz, şərqdən Dərəşahbuz, cənubdan Mülki-Arslanlı nahiyələri ilə həmsərhəd olmuşdur. Hesablamalara görə XVI əsrdə bu nahiyənin ərazisi, təqribən, 243 kvadratkilometrə bərabər olmuşdur .

Osmanlı idarəçiliyi (1587-1603) dövründə Naxçıvan sancağının tərkibinə daxil olmuş nahiyə 8 kənd, 2 məzrəədən ibarət olmuşdur. Livis, Sultanbəy, Ağxaç, Oğbin, Gürədiz, Degin, İtqıran, Almalı (Dərələyəz) kəndləri, Aydaş, Qızılca məzrəələri bu nahiyənin tərkib hissələri idi XVIII əsrin 20-ci illərində Naxçıvan sancağına tabe olan daha bir nahiyə olan Məvaziyi-Xatın nahiyəsinin ərazisi 181 km2 idi. Bu nahiyəyə daxil olan kəndlər XX əsrin 20-ci illərin sonlarına qədər Naxçıvan MSSR-in tərkibində olsa da, 1929-cu ildə beynəlxalq Moskva və Qars müqavilələrinin ziddinə olaraq Ermənistana verilmişdir . Bu nahiyə cənubdan Dərəşahbuz nahiyəsi, qərbdən və şimaldan Dərələyəz nahiyəsi, şərqdən və şimali-şərqdən Sisiyan nahiyəsi ilə həmsərhəd idi. Nahiyənin tərkibinə 9 kənd – Livis, İtqıran, Degin, Oğbin, Sas, Almalı, Kürədiz, Ağxaç və Soltanbəy kəndləri daxil idi. XVIII əsrin ortalarından etibarən isə nahiyəyə aid olan ərazilər Naxçıvan mahalının tərkibinə daxil edilmişdir.

1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri” nahiyəyə bu kəndlər daxil idi.

  • Livis (?) kəndi
  • Sultanbəy kəndi
  • Ağxaç kəndi
  • Oğbin kəndi
  • Gürədiz kəndi
  • Dekin kəndi
  • Aydaş məzrə`əsi
  • İtqıran kəndi.
  • Almalıq kəndi
  • Qızılca məzrə`əsi

1728 ci ildə nahiyəyə bu kəndlər daxil idi.

  • Degin kəndi. Gəlir: 300 ağça
  • Oğbin kəndi. Gəlir: 3.910 ağça
  • Gürədiz kəndi. Gəlir: 4.755 ağça
  • Ağxaç kəndi. Gəlir: 6.170 ağça

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, məvazixatun nahiyəsi sözünün mənası, məvazixatun nahiyəsi haqqında məlumat. məvazixatun nahiyəsi nədir? məvazixatun nahiyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Breşiya

  • Mart 03, 2026

    Gizli Mərkəz

  • Fevral 27, 2026

    Cəhrə

  • Fevral 27, 2026

    Sierra Leone

  • Fevral 27, 2026

    Şeyxülislam

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst