Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gizli Mərkəz (farsca:مرکز غیبی) — 1906-cı ilin oktyabrında Təbrizdə yaradılmış inqilabi təşkilat. Mərkəzi Təbriz şəhərində yerləşən və əsasən İran azərbaycanlıl

Gizli Mərkəz

  • Ana Səhifə
  • Vikipediya
  • Gizli Mərkəz

Gizli Mərkəz (farsca:مرکز غیبی) — 1906-cı ilin oktyabrında Təbrizdə yaradılmış inqilabi təşkilat. Mərkəzi Təbriz şəhərində yerləşən və əsasən İran azərbaycanlılarının cəmləşdiyi bu təşkilat İran məşrutə inqilabında mühüm rol oynamışdır. Gizli Mərkəz Sosial Demokrat Partiyası ilə yaxın əlaqələrə malik idi.

Gizli Mərkəz

Markaz-e ḡāybī
Sədri Əli Kərbəlayi
Lideri Əli Müsyo
Quruluş tarixi 1906 oktyabr
Dağılma tarixi 1910
İdeologiya İnqilabi-sosializm
İdeoloji spektr Solçuluq
Müttəfiqlər Sosial Demokrat Partiyası və ya digər adı ilə İctimaiyyun-Amiyyun
Mətbuat orqanı Gənce-ye Funun
Azad
Mücahid

Fəaliyyəti

Sosial Demokrat Partiyası və ya digər adı ilə İctimaiyyun-Amiyyun Təbrizdə gizli əlaqələrə malik idilər. Onların Bakıdan olan 3 üzvü - Məşədi İsmayıl, məşədi Məhəmmədəli xan və Hacı xan - 1906-cı ilin oktyabrında yerli tacirlərin yardımı ilə təşkilatın ilk qolunun əsasını qoyurlar. Bu əsası qoyulan qrupa əsasən Gizli Mərkəz deyə müraciət edilirmiş. Tiflisdəki hümmətçilərlə yaxın əlaqələrə malik olan Azərbaycanlı radikal tacir olan Əli Müsyo bu qrupun rəhbəri kimi fəaliyyət göstərirdi. Yaradılmasından demək olar ki, dərhal sonra Gizli Mərkəz özünün silahlı mücahid dəstələrini formalaşdırmağa başladı.

Bu mərkəzin yayın orqanı olan Mücahid Təbrizdə 1907-ci ilin sentyabrından yayımlanmağa başladı. Bu qəzet növbəti aylardan Rəştdə də yayımlandı və tədricən Gizli Mərkəz sayəsində İctimaiyyun-Amiyyunun təsiri bütün şimal vilayətlərinə yayıldı.

Gizli Mərkəz Təbrizdə inqilabı hərəkatın meydana çıxmasına böyük təsir göstərmiş, Əncümən-e Təbrizin əyalət şöbəsinin formalaşmasına yardım etmişdir. Bunun nəticəsidir ki, İctimaiyyun-Amiyyunun əsasən Əncümən-e Mücahidin deyə adlandırılan qolları (Cənubi) Azərbaycanda, Gilanda, Xorasanda, İsfahanda və Tehranda 1906-1908-ci illər boyunca təşkil edildi. Rəşt və Ənzəlidəki əncümənlərin radikal nümayəndələri yerli kəndliləri və kənd əncümənlərinin yaradılmasını dəstəkləyirdilər, lakin Rəşt əyalət əncüməni tərəfindən onlara qarşı çıxılırdı.

İctimaiyyun-Amiyyun Məşrutə inqilabı zamanı hadisələrin gedişatına böyük təsir göstərmişdir. Məhəmmədəli Mirzə Təbriz Əncüməninin böyüyən təsirindən qorxaraq onu 1906-cı ilin payızında qapatmağa çalışmışdı. Lakin ona əngəl olan mücahidlər olmuşdu. Gizli Mərkəz və könüllü mücahodlər Təbriz Əncüməninin inqilab tərəfdarı əməllərinə qarşı olan iki görkəmli din xadimi İmam-e Cüməni və Seyid Həsən Müctəhidi şəhərdən qovmuşdu. 1907-ci ilin aprelində mücahidlər Təbriz Əncüməni üzvlərinin araşdırmaq və izləmək səlahiyyəti qazandılar. Onlar həmçinin, Təbrozdə 1907-ci il bəstində də aktiv iştirak etdilər. 30 avqust 1908-ci ildə baş nazir Mirzə Əliəsgər xan Atabəy-e Əzəm Milli Məclisdən çıxarkən sui-qəsdlə öldürüldü, bunun ardınca mücahidlər məsuliyyətini öz üzərilərinə götürdülər. Mücahidlərin üzvü olan və bazarda pul dəyişdirən kimi çalışan Abbas Ağa sui-qəsdçi kimi tanındı. 1908-ci ilin yayından 1909-cu ilə qədər Təbrizdə hərbi mübarizə zamanı müqavimət hərəkatına rəhbərlik edən iki şəxs - Səttar xan və Bağır xan da - mücahid idilər. Onlara cənubi qafqazlı inqilabçılar, eyni zamanda da İctimaiyyun-Amiyyun geniş şəkildə yardım edirdi.

Hələ də səbəbləri tam bilinməməklə birlikdə, 1910-cu ilin fevralında İctimaiyyun-Amiyyun İran-e Nov qəzetində bəyanat yayaraq bütün İran boyunca olan təşkilatlarını, qollarını qapatdığını elan etdi. Səbəblər bilinməsə də, bəlli idi ki, İctimaiyyun-Amiyyun Tehrandakı yeni partiyalarla problemlər yaşamaqda idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gizli mərkəz sözünün mənası, gizli mərkəz haqqında məlumat. gizli mərkəz nədir? gizli mərkəz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azər Bülbül

  • Mart 01, 2026

    Yeni Suraxanı

  • Fevral 27, 2026

    Tac-Mahal

  • Fevral 27, 2026

    Məhəmməd Füzuli

  • Fevral 27, 2026

    Talin rayonu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst