Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dərələyəz nahiyəsİ —XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin tərkibinə daxil olan nahiyələrdə

Dərələyəz nahiyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Dərələyəz nahiyəsi

Dərələyəz nahiyəsİ —XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin tərkibinə daxil olan nahiyələrdən biri.

Qədim nahiyə
Dərələyəz nahiyəsi
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Azərbaycan bəylərbəyliyinin Naxçıvan ölkəsi (XVI-XVII əsrin əvvəlləri)
Ölkə  Azərbaycan
Vilayət Naxçıvan ölkəsi (Səfəvi)
Salınma tarixi XVI əsr
Banisi Səfəvi İmperiyası
Milli tərkibi Azərbaycan türkləri

Naxçıvanın tərkibində inzibati ərazi vahidi kimi bu dövrdən başlayaraq adı tez-tez mənbələrdə çəkilən Dərələyəz nahiyəsi şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdu. Bu sərhədlər daxilində hesablanan zaman məlum olur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan ölkəsinin Dərələyəz nahiyəsinin ərazisi, təqribən, 1607 kvadratkilometr olmuşdur.

Toponimin mənası

Bu dövrdən sonra mənbələrdə adı tez-tez çəkilən “Dərələyəz” və ya “Dərə-alagöz” toponimin mənası ilə bağlı məsələni aydınlaşdırmaqda fikrimizcə fayda vardır. K.N.Smirnov topladığı müxtəlif yerli materiallar və tarixi əsərlərə əsaslanmaqla toponimin mənasını izah edərkən onun “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığını qeyd etmiş və mənasının “ələyəz adlanan bitkinin bitdiyi dərə” mənasında olduğunu yazmışdır

Lakin ərazinin adını sadəcə bir bitkidən alması o qədər də inandırıcı fakt deyildir. AMEA-nın müxbir üzvü A.Bağırov sözün sadəcə iki komponentdən ibarət olduğunu qeyd etmiş, lakin “ələyəz” və yaxud “alagöz” kimi qeyd olunan ikinci komponent barədə məlumat verməmişdir. Professor H.Mirzəyev “Ələyəz” sözünün oğuzlarla bağlı etnonim olduğunu qeyd etmişdir . Tədqiqatçı İ.Bayramov da bu sözün alagöz türk tayfası ilə bağlı etnonim olduğu qənaətinə gəlmişdir. Alagöz tayfasının türkmənşəli tayfalardan biri olması barədə qeydlər türk tədqiqatçısı Necdet Sevinçin əsərlərində də qeyd edilmişdir. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin fikrincə də Dərələyəz sözünün tarixən bu ərazidə məskunlaşmış türk tayfalarından biri olan alagözlərlə bağlı olması ehtimalı daha güclüdür.

XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsialtında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri dəDərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatəedirdi

  • Gabud

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dərələyəz nahiyəsi haqqında məlumat. Dərələyəz nahiyəsi nədir? Dərələyəz nahiyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sinan Paşa

  • Fevral 25, 2026

    Saloniki

  • Fevral 27, 2026

    Adi durnabalığı

  • Fevral 27, 2026

    Dənizli ili

  • Fevral 27, 2026

    Əsgər Orucov

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst