Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nita Ambani (ing. Nita Ambani, hind. नीता अंबानी; d. 1 noyabr 1963, Mumbay, Hindistan) — Hindistanlı xeyriyyəçi; dünyanın ən zəngin adamlarından biri olan Mukeş

Nita Ambani

  • Ana Səhifə
  • Vikipediya
  • Nita Ambani

Nita Ambani (ing. Nita Ambani, hind. नीता अंबानी; d. 1 noyabr 1963, Mumbay, Hindistan) — Hindistanlı xeyriyyəçi; dünyanın ən zəngin adamlarından biri olan Mukeş Ambaninin həyat yoldaşı.

Nita Ambani
ing. Nita Ambani
2012-ci il
2012-ci il
Doğum tarixi 1 noyabr 1963 (62 yaş)
Doğum yeri Mumbay, Hindistan
Vətəndaşlığı Hindistan Hindistan
Həyat yoldaşı Mukeş Ambani
Uşaqları İşa, Anant, Akaş
Milliyyəti hind
Təhsili
  • Mumbay Universiteti
Fəaliyyəti xeyriyyəçi
Üzvlüyü
  • Beynəlxalq Olimpiya Komitəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nita Ambani 1 noyabr 1963-cü ildə Hindistanın Mumbay şəhərində, orta sinif bir ailədə anadan olmuşdur. Onun atası Birlada baş icraçı idi.

Nita Mumbay Universitetində bakalavr təhsili almışdır.

O, həmişə Hind klassik rəqsinə maraq göstərmişdir və bu sahədə karyera qurmaq istəyirdi. Hazırda o, bir müəllim olaraq interyer dizayneri kimi ixtisas kursları keçirir.

Nita Ambani qaynatasının adını daşıyan Dxirubxay Ambani Beynəlxalq Məktəbinə rəhbərlik edir. Özünün yaratdığı həmin məktəb Mumbayda 2003-cü ildən fəaliyyət göstərir. Hazırda Mumbayın ən öncül məktəblərindən biridir və Hindistanda Beynəlxalq Bakalavr Proqramını təklif edən 37 məktəbdən biridir.

O, 18 iyun 2014-cü ildə "Reliance Industries Limited" şirkətinin İdarə Heyətinin direktoru vəzifəsinə təyin edilib.

İctimai fəaliyyəti

Xanım Ambani Dxirubxay Ambani Fonduna rəhbərlik edir. Hansı ki, bu fond yoxsul olan insanların təhsil və səhiyyə xidmətlərinin təşkili istiqamətində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır.

O, həmçinin Hindistanda HİV epidemiyasının qarşısının dayandırılmasına doğru yönəldilmiş Reliance Industries və UNAIDS ilə də sıx əməkdaşlıq edir.

Nita Ambani görmə qabiliyyəti zəif və ya tam məhdud olan insanlara dəstək məqsədilə də bir sıra unikal təşəbbüslər göstərmiş, layihələr həyata keçirmişdir. Belə layihələrdən biri çərçivəsində o, iki həftədə bir dəfə olmaqla Brayl əlifbası ilə qəzetin nəşrinə başlamışdır.

Ailəsi

Nita Ambani Hindistan milyonçusu Mukeş Ambani ilə evlidir. Onların bu nikahdan 3 uşaqları var: İşa, Anant və Akaş.

Ailəsi ilə birlikdə Mumbayda – Mukeş Ambaninin tikdirdiyi "Antilia" adlanan göydələndə yaşayır.

Maraqlı fakt

Həyat yoldaşı Mukeş Ambaninin dünyaya səs salan addımlarından biri ona etdiyi doğum günü hədiyyəsidir. Belə ki, Mukeş Nitaya 44-cü doğum günündə həmin vaxt dəyəri 60 milyon ABŞ dolları məbləğində olan "Airbus 319" təyyarəsini alıb.

Şəkilləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nita ambani sözünün mənası, nita ambani haqqında məlumat. nita ambani nədir? nita ambani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Axısqa

  • Fevral 27, 2026

    Dəricə

  • Fevral 27, 2026

    Antonim

  • Mart 06, 2026

    Petronas qüllələri

  • Fevral 14, 2026

    İsveç

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst