Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu

HİV

  • Ana Səhifə
  • Vikipediya
  • HİV

İnsanın İmmunçatışmazlığı Virusu (İİV, ing. Human Immunodeficiency Virus, HIV) insanda infeksiyasının ən son mərhələsində Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS, ing AIDS, rusca СПИД) xəstəliyinə yol açabilən retrovirusdur.

İnfeksiya öz səthində CD4 reseptorlu immun hüceyrələrini məhv edir. Nəticədə insanın immun sistemi tükənir və QİÇS inkişaf edir. Orqanizm tezliklə müxtəlif infeksiyalara və bədxassəli şişlərə tab gətirə bilmir və sağlam insana xas olmayan opportünist xəstəliklər baş qaldırır.

Hal-hazırda antiretrovirus terapiyasının (ART-terapiya) əlçatan olduğuna görə, İİV-pozitiv insanların həyat keyfiyyəti və yaşama müddəti İİV-neqativ (infeksiyaya yoluxmamış) şəxslərdən fərqlənmir. Terapiya qəbul edərək, insan müəyyən edilməyən virus yükünə nail olur. Müəyyən edilməyən virus yükü olduqda, insan hətta qorunmasız cinsi əlaqə zamanı başqaları üçün yoluxucu deyil.

Antiretrovirus terapiyası qəbul edilmədiyi zaman, insan immuniteti zamanla zəifləyir. Simptomsuz keçən bu mərhələ latent adlanır və ortalama 6 aydan — 7 ilədək davam edir. Əgər şəxs özü antiretrovirus terapiyasının qəbulundan imtina edərsə, virus yükü qanda yenidən çoxalacaq, immun sistemi zəifləyəcəkdir, bu isə xəstəliyin həyat üçün təhlükəli olan ikinci mərhələsinin inkişafına səbəb olacaqdır.

İİV-infeksiyasının inkişaf sürəti bir çox məqamlardan asılıdır, məsələn: immun sisteminin statusundan, yaşdan (yaşlı insanlarda cavanlara nisbətən virusun daha sürətli inkişaf riski yüksəkdir), virusun ştamından, koinfeksiyalardan, qidalanmadan və s. Xəstəliyin daha sürətlə inkişaf etməsinə digər xəstəliklər, məsələn, vərəm də səbəb ola bilər.

Hələ ki, İİV-infeksiyası sağaldılması mümkün olmayan xroniki xəstəlik siyahısındadır, bu səbəbdən İİV-lə yaşayan insanların (İYİ) bütün həyatları boyu daimi tibbi yardıma ehtiyacları var.

Azərbaycanda 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək insanın immunçatışmazlığı virusu (İİV) infeksiyası ilə yaşayan 11 min 260 nəfər Respublika Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, HİV haqqında məlumat. HİV nədir? HİV nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Şahnabadçay

  • Fevral 25, 2026

    II Tiqran

  • Fevral 25, 2026

    Basarkeçər rayonu

  • Fevral 24, 2026

    Şengen müqaviləsi

  • Fevral 24, 2026

    V Karl

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst