Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vaaqn Norayr Dadryan (erm. Վահագն Տատրեան, ing. Vahakn Norair Dadrian; 26 may 1926, İstanbul – 2 avqust 2019) — erməni əsilli ABŞ sosiologiya professoru. O, Erm

Vaaqn Dadryan

  • Ana Səhifə
  • Vikipediya
  • Vaaqn Dadryan

Vaaqn Norayr Dadryan (erm. Վահագն Տատրեան, ing. Vahakn Norair Dadrian; 26 may 1926, İstanbul – 2 avqust 2019) — erməni əsilli ABŞ sosiologiya professoru. O, Erməni soyqırımı məsələsi üzrə ekspertdir.

Vaaqn Dadryan
Doğum tarixi 26 may 1926(1926-05-26)
Doğum yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Vəfat tarixi 2 avqust 2019(2019-08-02) (93 yaşında)
Elm sahələri tarix, sosiologiya
İş yerləri
  • Azad Berlin Universiteti
Təhsili
  • Çikaqo Universiteti (–1954),
  • Vyana Universiteti,
  • Sürix Universiteti,
  • Azad Berlin Universiteti
Üzvlüyü
  • Ermənistan Milli Elmlər Akademiyası (1998)
Mükafatları Movses Xorenli medalı (Ermənistan)
İmza

Mündəricat

Həyatı

Vaaqn Norayr Dadryan Erməni soyqırımı məsələsi üzrə ekspertdir. Onun əsərləri bir çox dillərə tərcümə olunmuşdur. Tomas de Vaal Dadryanın tədqiqatının siyasi gündəmdən irəli gəldiyini bildirir və qeyd edir ki, Dadryan 1964-cü ildə "The New York Times" qəzetinə yazdığı məktubda soruşur: "Ermənilərin Türkiyənin öz sakinlərini qırğından sonra mənimsədiyi öz ata-baba torpaqlarını geri almaq hüququ hansı əsaslarla rədd edilə bilər?" 1970-ci illərdə o, soyqırımın müqayisəli tədqiqatının yaradılmasında iştirak etmişdir.

Vaaqn Dadryan 2 avqust 2019-cu ildə, 93 yaşında vəfat etmişdir. Onun ölümündən sonra Ermənistan Prezidenti Armen Sarkisyan Dadryanın ailəsinə və yaxınlarına başsağlığı məktubu göndərmişdir.

Cinsi qısnama

Dadryan 1991-ci ildə cinsi qısnama iddiaları ilə əlaqədar Geneseo Dövlət Kollecindəki vəzifəsindən qovulmuşdur. Bu hadisə 24 aprel 1990-cı ildə Dadryan soyqırım məsələlərinə dair bir neçə beynəlxalq konfransda iştirak etdikdən sonra kollecə qayıdanda və 18 yaşlı tələbəsini təqib etməyə başlayanda baş vermişdir. Kollec rəhbərliyi 64 yaşlı professora könüllü olaraq istefa verməyi təklif etmiş, lakin Dadryan qərardan şikayət etmiş və uduzmuşdur. Arbitr Vittenberq öz qərarını verərkən qeyd etmişdir ki, Dadryan 1981-ci ildə dörd cinsi zorakılıq halına görə təqsirli bilinəndə onun artıq cinayəti var idi. Buna baxmayaraq, həmin vaxt "bunun bir daha təkrar olunmayacağına" ümid edərək onun müəllimliyə qayıtmağına icazə verilmişdi. 1981-ci il dinləmələrindən sonra 100 müəllim də daxil olmaqla 600-ə yaxın adam məktəb rəhbərlərindən "şagirdləri professor Dadryan tərəfindən gələcək təqiblərdən qorumaq" xahişi ilə petisiya imzalamışdır.

Əsərləri

Dadryanın kitabları və məqalələri 10-dan çox dilə tərcümə olunmuşdur:

  • Autopsie du Génocide Arménien. Trans. Marc & Mikaël Nichanian. Brussels: Éditions Complexe, 1995, 266p.
  • Haykakan Tsekhaspanut`iune Khorhtaranayin ev Patmagitakan Knnarkumnerov (The treatment of the Ottoman genocide by the Ottoman parliament and its historical analysis). Watertown, MA: Baikar, 1995, 147p.
  • Jenosid Ulusal ve Uluslararasi Hukuk Sorunu Olarak: 1915 Ermeni Olay ve Hukuki Sonuçlar [Genocide as a problem of national and international law: The World War I Armenian case and its contemporary legal ramifications]. Trans. Yavuz Alogan. Istanbul: Belge Uluslararas Yaynclk, 1995, 221p.
  • The History of the Armenian Genocide: Ethnic Conflict from the Balkans to Anatolia to the Caucasus. Providence, RI & Oxford: Berghahn Books, 1995, 452p.
  • German Responsibility in the Armenian Genocide: A Review of the Historical Evidence of German Complicity. Watertown, MA: Blue Crane Books, 1996, 304p.
  • Histoire du génocide arménien: Conflits nationaux des Balkans au Caucase. Traduit de l'anglais par Marc Nichanian. Paris: Stock, 1996, 694p.
  • The Key Elements in the Turkish Denial of the Armenian Genocide: A Case Study of Distortion and Falsification. Cambridge, MA and Toronto: Zoryan Institute, 1999, 84p.
  • Warrant for Genocide: Key Elements of Turko-Armenian Conflict. New Brunswick and London: Transaction Publishers, 1999, 214p.
  • Los elementos clave en el negacionismo Turco del Genocidio Armenia: un estudio de distorsión y falsificación. Translated by Eduardo A. Karsaclian. Buenos Aires: Fundación Armenia, 2002, 79p.
  • Historia Tis Armenikan Genoktonias [History of the Armenian Genocide]. Athens: Stokhastis, 2002, 685p.
  • Historia del Genocidio Armenio. Conflictos étnicos de los Balcanes a Anatolia y al Cáucaso. Translated by Eduardo A. Karsaclian. Buenos Aires: Imago Mundi, 2008, 434p.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, vaaqn dadryan sözünün mənası, vaaqn dadryan haqqında məlumat. vaaqn dadryan nədir? vaaqn dadryan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fədəkiyyə xütbəsi

  • Mart 01, 2026

    Kocaelispor

  • Mart 02, 2026

    Maralyan

  • Fevral 27, 2026

    Qarakənd faciəsi

  • Fevral 27, 2026

    Qaraçaqay xan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst