Qızıldəmir, Qızıl Teymur — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd. Mənbədə Qızıl Tamur kimidir. 1590-cı ildən mə'lumdur. 1728-ci ilə aid mənbədə Qızıl Təmir kimidir.
| Kənd | |
| Qızıldəmir | |
|---|---|
| |
| 40°16′33″ şm. e. 44°17′50″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Karbi mahalı |
| Rayon | Əştərək rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.030 m |
| Saat qurşağı | UTC+4 |
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Qızıldəmir | |
Tarixi
Rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir. azərbaycandilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə və 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızıldəmir kəndi formasında qeyd edilmişdir.
Toponimi
Toponim qırmızı mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində "arx" mənasında işlənən təmir sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib (erməni dilinə kalka edilib) Voskevaz (Qızıldəmir) qoyulmuşdur. XIX əsrin sonlarına aid ədəbiyyatda Qızıl Teymur kimi göstərilmişdir. "Dəmir (Teymur) adlı şəxsə mənsub qırmızı rəngli yer" mə'nasındadır.
Əhalisi
Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828–30-cu illərdə kəndə İrandan ermənilər köçürülüb yerləşdirilmişdir. Sonralar azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1870-ci illərin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı qalmışdır. Onlar XX əsrin əvvəllərində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qızıldəmir sözünün mənası, qızıldəmir haqqında məlumat. qızıldəmir nədir? qızıldəmir nə deməkdir?

