Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsrəddin Qarayev 1926-cı ildə Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olmuşdur. Nəsrəddin Qarayev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Univ

Nəsrəddin Qarayev

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsrəddin Qarayev
Bu məqalə Nəsrəddin Qarayev haqqındadır. Digər mənalar üçün Nəsrəddin səhifəsinə baxın.

Nəsrəddin Qarayev (1926 – 1982) — şərqşünas alim, filologiya elmləri namizədi.

Nəsrəddin Qarayev
Nəsrəddin Qarayev
Doğum tarixi 1926
Vəfat tarixi 1982 (55–56 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri namizədi
Təhsili ali

Mündəricat

Həyatı

Nəsrəddin Qarayev 1926-cı ildə Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olmuşdur. Nəsrəddin Qarayev Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini bitirmiş, ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif vəzifələrdə işləmişdir.

Nəsrəddin Qarayev 1960-1966 illərdə Respublika Əlyazmalar Fondunda (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), 1966-1972 illərdə Nizami adına Ədəbiyyat İnstitutunda (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu)işləmişdir. O, 1972-ci ildən ömrünün sonuna kimi yenidən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışmışdır. Nəsrəddin Qarayev 1971-ci ildə "XIX əsr Azərbaycan ədəbi məclisləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Nəsrəddin Qarayev 1982-ci ildə vəfat etmişdir.

Elmi fəaliyyəti

Nəsrəddin Qarayevin elmi fəaliyyətinin əsas hissəsi XIX əsr ədəbi məclislərinin və onların fəal üzvlərinin tədqiqinə həsr olunmuşdur. XIX əsrdə Azərbaycanda təşkil olunmuş ədəbi məclislərinin fəaliyyətini ilk dəfə sistemli şəkildə Nəsrəddin Qarayev tədqiq etmişdir.

O, ilk dəfə Mirzə Həsən Qarabağinin yaradıcılığını kitab halında 1973-cü ildə nəşr etdirmişdir. "Seçilmiş əsərləri" adlı bu kitaba Mirzə Həsən Qarabağinin qəzəlləri, rübailəri, mənzum məktubları, təmsilləri, nəsihətnaməsi daxil edilmişdir.

Nəsrəddin Qarayevin vəfatından sonra çap edilmiş "XIX əsr Azərbaycan ədəbi məclisləri" adlı monoqrafiyası qiymətli tədqiqat əsəridir. Bu kitab müəllifin namizədlik dissertasiyası əsasında nəşrə hazırlanmışdır. Monoqrafiyada XIX əsrdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərmiş "Divani-hikmət", "Gülüstan", "Əncümənüs-şüara", "Fövcül-füsəha", "Beytüs-səfa", "Məclisi-üns", "Məclisi-fəramuşan", "Məcməüs-şüara" kimi ədəbi məclislərin fəaliyyəti təhlil olunmuş, bu məclislərin iştirakçılarının həyat və fəaliyyəti öyrənilmişdir.

O, Mir Möhsün Nəvvabın "Təzkireyi Nəvvab" əsərinin farsca hissələrini tərcümə etmiş, türkcə mətnlərinin transliterasiyasını həyata keçirmiş və həmin əsəri tərtib edərək nəşrə hazırlamışdır. N.Qarayevin çapa hazırladığı Nəvvab təzkirəsinin əlyazma və makina çapı variantları hazırda AMEA Əlyazmalar İnstitutunun elmi arxivində saxlanılır.

Kitab və məqalələri

  • Qarayev, Nəsrəddin. Vüsalə Musalı (redaktor). XIX əsr Azərbaycan ədəbi məclisləri (az.). Bakı. 2010.
  • Qarabaği, Mirzə Həsən Yüzbaşov. Nəsrəddin Qarayev (redaktor). Seçilmiş əsərləri. Bakı: Şuşa nəşriyyatı. 2000. 184.
  • Qarayev, Nəsrəddin. Poetik məclislər (az.). Bakı. 1987.
  • Qarabaği Yüzbaşov, Mirzə Həsən. Nəsrəddin Qarayev (redaktor). Seçilmiş əsərləri (az.). Bakı. 2000.
  • Qarayev, Nəsrəddin. Vüsalə Musalı (redaktor). XIX əsr Azərbaycan ədəbi məclisləri (az.) (2). Bakı. 2012.
  • Qarayev, Nəsrəddin. "C.Cabbarlının naməlum bir məqaləsi". Bakı qəzeti. 23 aprel 1965.
  • Qarayev, Nəsrəddin. "Xurşidbanu Natəvan haqqında yeni məlumat. Natəvanın Nəvvaba qeyri-mətbu mənzum məktubu". Azərbaycan (8). 1962: 218–219.
  • Qarayev, Nəsrəddin. "Məhəmmədəli bəy Məxfi". Şuşa qəzeti. 26 sentyabr 1967.
  • Qarayev, Nəsrəddin. "Məşədi Əyyub Baki". Şuşa qəzeti. 26 sentyabr 1967.
  • Qarayev, Nəsrəddin. "Mirzə İsa Xəyali". Elm və həyat. 1973.
  • Qarayev, Nəsrəddin. "Molla ağa Bixud". Elm və həyat (7). 1969: 24–25.
  • Qarayev, Nəsrəddin. "Molla Cümənin yeni əlyazmaları". Azərbaycan gəncləri. 20 yanvar 1961.
  • Qarayev, Nəsrəddin. "Molla Mahmud Zui və onun divanı". Əlyazmalar xəzinəsində. Bakı. 5. 1979: 39–44.
  • Qarayev, Nəsrəddin. "Saleh Şirvani". Keçmişimizdən gələn səslər. Bakı (2). 1982: 90–118.
  • Qarayev, Nəsrəddin. "Şair-pedaqoq (Həsənəli xan Qaradağı haqqında)". Şuşa. 23 dekabr 1971.
  • Qarayev, Nəsrəddin. "Şairə Məşədixanım Leyla". Azərbaycan qadını (8). 1962.
  • Qarayev, Nəsrəddin. ""Təzkireyi-Ziyai" və "Təzkireyi-Nəvvab" haqqında bəzi qeydlər". Əlyazmalar xəzinəsində. Bakı. 4. 1976: 78–87.
  • Qarayev, Nəsrəddin. "Əbdülxalıq Cənnətinin əlyazmaları haqqında". Respublika Əlyazmaları Fondunun Əsərləri. Bakı. 2. 1963: 131–138.
  • Qarayev, Nəsrəddin. "Həsən Qarabaği". Şuşa. 8, 12 iyul 1967.
  • Qarayev, Nəsrəddin. "Xalq təbabətinə aid maraqlı bir əlyazması". Azərbaycan tibb jurnalı (3). 1967.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, nəsrəddin qarayev sözünün mənası, nəsrəddin qarayev haqqında məlumat. nəsrəddin qarayev nədir? nəsrəddin qarayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Nəsranilik

  • Mart 01, 2026

    3G

  • Fevral 27, 2026

    VIII Eduard

  • Fevral 25, 2026

    Şəmsəddin Eldəniz

  • Fevral 27, 2026

    Yəmən tarixi

Trend Mahnılar
  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst