Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əb

Məclisi-üns

  • Ana Səhifə
  • Vikipediya
  • Məclisi-üns

“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı.

Məclisi-üns
Yaranma tarixi 1864

1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı. Məclis 2022-ci ildə bərpa edilmşdir.

İştirakçıları

Məclisin fəal iştirakçıları:

  1. Xurşidbanu Natəvan
  2. Mirzə Sadıq Piran (1811-1892) "Məclisi-üns"" şairləri özlərinə təxəllüs seçərkən onun qarşısında and içərmişlər
  3. Mirzə Rəhim Fəna
  4. Hacı Abbas Agah
  5. Mirzə Ələsgər Növrəs (1836-1911)
  6. Məmo bəy Məmai (1834-1902) tacir (Görkəmli ədib Ə.Haqverdiyevin dayısı)
  7. İs­mayıl bəy Daruğə (1842-1891)
  8. Məşədi Nəsir Lövhi
  9. Baxış bəy Səbur


Məclisin digər iştirakçıları:

  1. Məhəmmədəli bəy Məxfi (1821-1892)
  2. Məşədi Mahmud bəy Vəzirov (1836-1902), tacir
  3. Mirzə Həsən Yüzbaşov-Qarabaği (1824-1904) tacir
  4. Mehdiqulu xan Vəfa (1856-1900 Natəvanın birinci ərindən (Xasay xan Usmiyevdən) olan oğlu
  5. Mir Həsən Ağa Mir (1869-1902) Natəvanın ikinci ərindən (Seyid Hüseyndən) olan oğlu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məclisi-üns haqqında məlumat. Məclisi-üns nədir? Məclisi-üns nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Folivora

  • Fevral 27, 2026

    Lulia

  • Fevral 27, 2026

    ChemSpider

  • Fevral 27, 2026

    Totalitar

  • Fevral 27, 2026

    Fatma Muxtarova

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst