Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müstəzad (ərəbcə: əlavə edilən, artırılan) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması.

Müstəzad

  • Ana Səhifə
  • Vikipediya
  • Müstəzad

Müstəzad (ərəbcə: əlavə edilən, artırılan) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması.

Mövzu və məzmunca qəzəl və qəsidəyə yaxındır və müxəmməs və müəşşərin köməyi ilə də yaradılır. Həcmi 20-40 misra arasındadır. Misraları əsasən sətiraşırı uzun və qısa olur.

Müstəzadi-müxəmməs, Müstəzadi-müsəddəs tərci, Müstəzadi-müəşşər, Müstəzad təsnis və s. formalarına da təsadüf edilir.

XIX-XX əsrlər poeziyasında müstəzadın lirik xarakteri nisbətən dəyişmiş, o, ictimai-satirik məzmun kəsb edir.

Mündəricat

Digər formaları

Müstəzadi-müxəmməs

Müstəzadi-müsəddəs tərci

Müstəzadi-müəşşər

Müstəzad təsnis

Təcnisin bir növü olan müstəzad təsnisdə (həm də ayaqlı təcnisdə) hər bəndin sonuna onunla qafiyələnən kiçik bir misra əlavə edilir. Məsələn: Aşıq Ələsgərin nümunə üçün aşağıdakı müstəzad təsnisinə baxaq.

"Bismillahirəhmanirəhim", - deyib
Girərəm meydana, gəl eyləyək bəhs.
Sən toxundun, mən də sana toxunnam,
Şəriətdə hala qisasa qisas!
Qoy ucalsın səs!

Bir xoş günü əvəz min aya billəm,
Boyun nəqqaş çəkib minaya, billəm.
Pirim dərsim verib, min aya billəm,
Bir sözünə min söz deyim dərsbədərs
Sən eylə həvəs.

Mən dərdliyəm, mən ağlasam, bu da ağlar,
Eşq odundan sinəmdə var bu dağlar.
Bir tərlanam, ovlağımdı bu dağlar,
Sənsən səgi-lağər, şikarın məkəs,
Hökmün kəsakəs.

Ovsunçusan, ovsun eylə hi mara,
Bənna olsan, tərki axtar, him ara,
Sənin disaz, bəhcən bənzər himara,
Aləmə bəllidi bu nitqü nəfs,
Vüsali-hədəs.

Aşiq gərək bu meydana bir qala,
Eşq ocağın bir əfəklə, bir qala.
Ələsgərdi Xeybər kimi bir qala,
Bacara bilməzsən, danışma əbəs,
Dur yerində pəs!

Ədəbiyyat

  • Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.133

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, müstəzad sözünün mənası, müstəzad haqqında məlumat. müstəzad nədir? müstəzad nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Lənkəran

  • Fevral 27, 2026

    Xaçmaz (şəhər)

  • Mart 06, 2026

    Hipokampus

  • Mart 07, 2026

    Böyükbəyli

  • Fevral 27, 2026

    Həkəri (çay)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst