Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir.

Qəsidə

  • Ana Səhifə
  • Vikipediya
  • Qəsidə

Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir.

Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur.

Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə. ..Ya da “Məzhər” qəzetinin sahibi Kamil Əfəndi kimi gərək canişin həzrətlərinə birinci nömrəmizdə qəsidə oxuyaq ki, hökumət yanında hörmətimiz olsun. C.Məmmədquluzadə.

Qəsidənin qafiyə quruluşu qəzəldəki kimidir. Amma qəzəldən fərqli olaraq, qəsidə ən azı 15 beytdən, yəni 30 misradan ibarət olur. Qəsidə təntənəli, təmtaraqlı üslubda yazılır. Qəsidə, bir qayda olaraq, ictimai mətləbləri ifadə edir. Mövzu və məzmununa görə qəsidənin minacat, nət, mədhiyyə, fəxriyyə, mərsiyə, həcv kimi növləri vardır.

Mündəricat

Minacat

Minacatda Tanrının, Nətdə isə Peyğəmbərin müqəddəs olmağından danışılır.

Mədhiyyə

Mədhiyyədə hökmdarlar, yüksək rütbəli şəxslər təntənəli üslubda təriflənir.

Fəxriyyə

Bu janrda yazılmış əsərlərdə müəllif öz şairlik qüdrətindən fəxrlə söz açır.

Mərsiyə

Ərəbcə matəm şeiri deməkdir. Qəsidənin klassik ədəbiyyatında geniş yayılmış bu növündə daha çox görkəmli şəxsiyyətlərin - müqəddəslərin, hökmdarların, qəhrəmanların, sənətkarların ölümündən doğan qəm, kədər hisləri əks olunur.

Həmçinin bax

  • Qəzəl
  • Beyt
  • Mətlə
  • Məqtə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəsidə haqqında məlumat. Qəsidə nədir? Qəsidə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toxucu dəzgah

  • Fevral 27, 2026

    Kobus ellipsiprymnus

  • Fevral 27, 2026

    Vulkan sütunu

  • Fevral 27, 2026

    İnfarkt

  • Fevral 27, 2026

    Dünbililər

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst