Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müxəmməs (ərəb. التخميس‎; azərb. Beşlik‎) – orta əsrlər klassik Şərq, o cümlədən Azərbaycan, habelə aşıq poeziyasında lirik şeir şəkillərindən biri.

Müxəmməs

  • Ana Səhifə
  • Vikipediya
  • Müxəmməs

Müxəmməs (ərəb. التخميس‎; azərb. Beşlik‎) – orta əsrlər klassik Şərq, o cümlədən Azərbaycan, habelə aşıq poeziyasında lirik şeir şəkillərindən biri.

Əsasən birinci bəndin bütün misraları həmqafiyə olur, sonrakı bəndlərin yalnız sonuncu misrası birinci ilə qafiyələnir. Müxəmməs 5 misralı bir neçə (əsasən, 5-6) bənddən ibarət olur. Bəndlərin sayı 10-15-ə də çata bilər. Son bəndin misralarından birində müəllifin təxəllüsü verilir. Klassik poeziyada qafiyə quruluşu belədir: aaaaa, bbbba, cccca, çççça və s. Aşıq şeirində orta müxəmməs, qoşayarpaq müxəmməs, cığalı müxəmməs və s. şəkilləri var. Məşhur türkmən şairi Molla Henesin "Tahir və Zöhrə" dastanında da müxəmməs şəklinə müraciət olunmuşdur.

Müxəmməs ictimai mövzulu olmaqla, çox zaman məhəbbət və gözəlliyi tərənnüm edən şeir formasıdır.

Mündəricat

Quruluşu

1-ci bənd: aaaaa

Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər,
Göftarü bəlağət bu fəsahət sənə, dilbər,
Bu nazü nəzakət, bu təravət sənə, dilbər,
Məxtum olub ol hüsnü lətafət sənə, dilbər,
Naz etmə, gəl üşşaqə, əmanət sənə, dilbər!
( "sənə dilbər" rədif olduğu üçün qafiyə ondan əvvəlki sözün son hecası götürülür.)

2-ci bənd: bbbba

Ey məh, nə əcəbsən, nə qəşəngsən, nə gözəlsən?
Xubluqda bu gün Yusifi-Kən'anə bədəlsən.
Demək nə rəva, Yusifi-sani, sən əzəlsən.
Dur, mən dolanım başına, bir yanıma gəlsən.
Haşa edəməm, bil ki, xəyanət sənə, dilbər!

3-cü bənd: cccca

Öldürdü məni dərdü qəmü möhnəti-hicran,
Qurtarsa bu qəmdən məni gər Xaliqi-sübhan,
Nəzr eyləmişəm, canım edəm vəslinə qurban,
Yoxdur dəxi bir özgə qəmim, ey şəhi-xuban,
Gər yetsə canım sağü səlamət sənə, dilbər!

4-cü bənd: çççça

Avarə gəzərkən mən o divanələr içrə,
Düşdü güzərim bir neçə məstanələr içrə,
Saqi tökərək badəni peymanələr içrə,
Söylədi ləbin vəsfini meyxanələr içrə,
Yetməzmi bu tə'rif, bu şöhrət sənə, dilbər?!

5-ci bənd: dddda

Olmaz bu gözəllikdə, deyim, bir bəni-Adəm,
Heyrandı sənin hüsnünə bu məhvəşi-aləm,
Əhdinə vəfa eylə, qıl iqrarını möhkəm,
Ol səcdəgahım, səcdə qılım hüsnünə hər dəm,
Şayəstədi, əlbəttə, dəyanət sənə, dilbər!

Sonuncu (6-cı) bənd: eeeea

Salma nəzərindən məni, ey vəhşi-qəzalım,
Gündən-günə artır, nə edim, dərdü məlalım,
Rəhm et bana, zülfün kimi aşüftədi halım,
İnsafdımı mən Xan belə bu hal ilə qalım,
Etməzmi görən kimsə məlamət sənə, dilbər?!

Cığalı müxəmməs

Ənənəvi aşıq müxəmməsinin (beşliyin) dördüncü misrası ilə beşinci misrası arasına zəncirləmə tərzində beş hecalı doqquz misra yerləşdirməklə düzəldilir. Həmin beş hecalı doqquz misra (bəzən az da ola bilir) cığa-bəzək hesab edildiyindən bu səpkidə qurulan müxəmməsə “cığalı müxəmməs”lər, bəzi hallarda “cığalı zəncirləmə müxəmməs” adı verilir.

Cığalı qoşayarpaq müxəmməs

Müxəmməsin çoxçeşidli formaları içərisində diqqətçəkici qəliblərdən biri də cığalı qoşayarpaq müxəmməsdir. Bu formanın əsas xüsusiyyəti misra daxilində qafiyələnmənin getməsidir. Ona görə də ustadlar onu “qoşayarpaq müxəmməs” kimi səciyyələndirir.

Duvaqqapma

Toy mərasiminin qapanış hissəsində, eləcə də aşıq və sevgilisinin vüsalı ilə bitən məhəbbət dastanlarının sonunda aşıqların oxuduğu şux ovqatlı müxəmməs. “Duvaqqapma” öz funksional səciyyəsinə görə ozan oğuznaməçiliyindəki “Yum vermə” ilə eyni mahiyyətdədir.

Ədəbiyyat

  • Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı, 1978, səh.119-120.
  • Ədəbiyyat (qəbul imtahanlarına hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait), Bakı, TQDK, 2010. səh. 622

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müxəmməs haqqında məlumat. Müxəmməs nədir? Müxəmməs nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Romantizm epoxası

  • Fevral 27, 2026

    Qaratəpə (Borçalı)

  • Fevral 24, 2026

    Oktyabr inqilabı

  • Mart 01, 2026

    Trilobozoa

  • Fevral 27, 2026

    Armudlu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst