Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tobol (qaz. Тобыл) — Qazaxıstan və Rusiya ərazisindən axan bir çay, İrtış şayının sol və ən gursulu qolu. Çayın uzunluğu 1591 km, hövzəsinin sahəsi isə 426.000 

Tobol

  • Ana Səhifə
  • Vikipediya
  • Tobol

Tobol (qaz. Тобыл) — Qazaxıstan və Rusiya ərazisindən axan bir çay, İrtış şayının sol və ən gursulu qolu. Çayın uzunluğu 1591 km, hövzəsinin sahəsi isə 426.000 km²-dir.

Tobol çayı
qaz. Тобыл
Xəritə
Ölkələr
  •  Qazaxıstan
  •  Rusiya
Mənbəyi Turqay yaylası
 • Yüksəkliyi 805 m
Mənsəbi İrtış/Ob çayı/Kara dənizi
 • Yüksəkliyi 35 m
Uzunluğu 1591 km
Su sərfi 805 m³/san
Hövzəsinin sahəsi 426000 km²
Tobol (Ural Federal Dairəsi)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Tobol çayı Ural Federal Dairəsinın fiziki xəritəsində:

51°28′00″ şm. e. 61°00′31″ ş. u.HGYO

67°33′05″ şm. e. 78°33′21″ ş. u.HGYO
DSR?! 14010500212111200000010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Tobol Bozbie çayının Kokpektisay çayı ilə birləşməsindən meydana gəlir. Cənubi Uralsın şərq hissəsi ilə Turqay ovalığının sərhədində formalaşır. Çayın orta və aşağı axını Qərbi Sibir düzənliyində, dolama axara malik geniş bir vadidədir. Tobol hövzəsində ümumi sahəsi 9000 km² olan 20 minə yaxın göl vardır. Sağ sahil soldan yuxarı qalxır, çünki Tobol yer qabığının dərin bir hisssəsi üzərindən axır və Kurgan senkronioriumu və Tobolo-Ubagan yüksəlişi ilə məhdudlaşır.

Hidrologiya

Qidalanmasının əsasını qar suları təşkil edir, yağış suları aşağı axarda üstünülk təşkil edir. Gursululuq yuxarı axarda aprelin birinci yarısından iyunun ortasına qədər, aşağı hissədə avqustun əvvəlinə qədər davam edir. Orta illik suyun sərfiyyatı (ağızdan 898 km məsafədə) 26,2 m³/s, mənsəbdə 805 m³/s-dən (müvafiq olaraq maksimum 348 m³/s və 6350 m³/s) yuxarıdır. Orta bulanıqlıq 260 q/m³, illik çöküntü axını 1600 min tondur. Oktyabrın sonu - noyabr ayının əvvəllərində aşağı axarlarda, noyabrın sonu isə yuxarı hissəsində donur. Aprelin 2-ci yarısından mayın 1-ci yarısına qədər isə donu açılır.

Ekologiya

Çay çox çirklidir. Kostanay bölgəsində bəzi ağır metallara həddindən artıq çirklənmişdir. Çay çirklənmiş su obyektlərinə aid edilmişdir.

İxtiofauna

Tobol çayı balıqlarla zəngindir. Çayın yuxarı və orta axarlarında və onun böyükləri qollarında tutulur: xanı balığı, durna balığı, külmə, Leuciscus idu, Salvelinus, Gobio gobio, Gymnocephalus cernuus, sıf, çapaq, daban balığı, sazan. İzet çayından mənsəbindən Tobolun mənsəbinə kimi balıq ovu həvəskarları özünə cəlb edir. Burada rast gəlinir: Çokə, muksun, nelma, Sibir nərəsi, çir.

Yaşayış məntəqələri

Denisovka, Lisakovsk, Rudnı, Tobolsk, Kurqan, Qostanay və Yalutorovsk.

Təsərrüfat əhəmiyyəti

Tobol mənsəbindən 437 km məsafədə gəmiçilik üçün yararlıdır. Çay axını bir sıra su anbarları tərəfindən tənzimlənir.

Qazaxıstanda çayın üzərində Karatomarskoe və Verxnetobolskoye su anbarları tikilmişdir.

Qolları

Çayın ən böyük qolları: solda - Uy, İset, Tura, Tavda (son ikisi naviqasiya əhəmiyyətlidir); sağda Ubagan. Digər qolları: Zaimka, Suklyomka, Turba, Atalık, Şestakovka, Tap Nerda, İska, Varvarinskaya, Yazevka, Yurqa, Kuliçek, Boqaçka, Dolqaya, Uk, Niyap, Berezovka və s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tobol sözünün mənası, tobol haqqında məlumat. tobol nədir? tobol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Təzəkənd Üngüt

  • Mart 01, 2026

    Dipkarpaz

  • Mart 01, 2026

    Narva-Yıesuu

  • Fevral 27, 2026

    Atlant (mifologiya)

  • Mart 06, 2026

    Köhnə dudman

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst