Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dipkarpaz (yun. Ριζοκάρπασο / Rizokarpazo) ― Şimali Kipr Türk Respublikasında, Karpaz yarımadasında yerləşən kiçik şəhər. De jure olaraq Kipr Respublikasının Fl

Dipkarpaz

  • Ana Səhifə
  • Vikipediya
  • Dipkarpaz

Dipkarpaz (yun. Ριζοκάρπασο / Rizokarpazo) ― Şimali Kipr Türk Respublikasında, Karpaz yarımadasında yerləşən kiçik şəhər. De jure olaraq Kipr Respublikasının Flamaqusta rayonunda, de fakto olaraq Şimali Kipr Türk Respublikasının İskələ rayonundadır. Əhalisinin böyük hissəsini türklər təşkil etsə də az sayıda yunan da yaşayır. 2011-ci ilin siyahıalmasına əsasən əhalisi 2.349 nəfərdir.

Şəhər
Dipkarpaz
35°36′04″ şm. e. 34°22′59″ ş. u.HGYO
Ölkə
  •  Şimali Kipr
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 133 m
Əhalisi
Əhalisi
  • 2.626 nəf. (1973)
Xəritəni göstər/gizlə
Dipkarpaz xəritədə
Dipkarpaz
Dipkarpaz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dipkarpazda yunanların tez-tez ziyarət etdikləri Apostopolos Andreas monastırı yerləşir.

Mündəricat

Görməli yerlər

Aqios Filon kilsəsinin xarabalıqları

Finikiyalıların burada yaşadığı dövrdə — IV əsrdə tikilmiş kilsə yerli əhalini xristiyanlaşdıran Müqəddəs Filonun adını daşıyır. Əslində kilsə Roma və Yunan dövründən qalma xarabalıqlar üzərində tikilmişdir.

Apostopolos Andreas monastırı

Hazırda da fəaliyyət göstərən ortodoks monastırıdır. Əsası 15-ci ildə kiçik kilsə şəklində qoyulmuşdur. Monastır xristianlar tərəfindən səyahətçilərin qoruyucusu, küləklərin hakimi hesab edilən və İsa tərəfindən ilk dəfə papalığa çağırılan Müqəddəs Apostopolos Andreasın adını daşıyır.

Digər görməli yerlər

  • Panaqiya Kira kilsəsi
  • Ayr Tria kiləsi
  • Yeniərənköy kilsə xarabalıqları və heykəlləri
  • Kastros Təpəsi məzarı
  • Böyükkonuk yel dəyirmanı
  • Panaqiya Kanakariya kilsəsi
  • Müqəddəs Tria bazilikası
  • Kantara qalası

İqtisadiyyat

XX əsrə qədər şəhər əhalisi ipək istehsalı və ticarətlə məşğul olmuşdur. İkinci əsas sahə tütünçülük idi. Bir neçə il ərzində şəhər Kiprin tütün mərkəzinə çevrilmişdir. 1974-cü ildən tütün istehsalı zəifləmiş və tütün hazırda Türkiyəyə ixrac olunur. Türkiyədə hazırlanan Bafra, Gəlincik və Sipahi siqaret markalarının adları bu şəhərin yaxınlığındaki kəndlərə verilmişdir.

Yerli əhali taxıl və keçibuynuzu istehsalı ilə də məşğuldurlar.

İdman

Şəhərin ən məşhur idman klubu Dipkarpaz İdman Klubudur. 1978-ci ildə yaradılmışdır. Klubun futbol şöbəsi hazırda ŞKTR-nın 3-cü liqasında mübarizə aparır.

Qardaş kiçik şəhərlər

  • Türkiyə Ankara — 1986.
  • Türkiyə Pendik, İstanbul — 1986.
  • Azərbaycan Yasamal, Bakı — 2005.
  • Türkiyə Ardeşən, Rizə.
  • Türkiyə Tatvan, Bitlis.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dipkarpaz haqqında məlumat. Dipkarpaz nədir? Dipkarpaz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nelson sütunu

  • Fevral 27, 2026

    Banqka boğazı

  • Fevral 27, 2026

    Həqiqət (qəzet)

  • Fevral 27, 2026

    Cavad xan

  • Fevral 27, 2026

    Müqəddəs Georgi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst