Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pyer Burdye (fr. Pierre Bourdieu, 1 avqust 1930[…] – 23 yanvar 2002[…], XII arondisman, Fransa) — fransız filosofu, sosioloqu.

Pyer Burdye

  • Ana Səhifə
  • Vikipediya
  • Pyer Burdye

Pyer Burdye (fr. Pierre Bourdieu, 1 avqust 1930[…] – 23 yanvar 2002[…], XII arondisman, Fransa) — fransız filosofu, sosioloqu.

Pyer Burdye
fr. Pierre Bourdieu
Doğum tarixi 1 avqust 1930(1930-08-01)[…]
Vəfat tarixi 23 yanvar 2002(2002-01-23)[…] (71 yaşında)
Vəfat yeri
  • XII arondisman, Fransa
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Əsas maraqları sosiologiya, antropologiya, mədəniyyət sosiologiyası
Təsirlənib Karl Marks, Qotfrid Leybnits, Mişel Fuko, Emil Durkhaym, Maks Veber, Klod Levi-Stross, Moris Merlo Ponti, Lüdviq Vitgenşteyn, Foma Akvinalı, Aristotel, Jan Pol Sartr, Piter Berqer, Tomas Lukman, Onore de Balzak, Qüstav Flober, Marsel Prust
Mükafatları "Göte" medalı — 1988
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ali Normal Məktəbi (1954) bitirmişdir. 1955– 64-cü illərdə Mulen, Paris, Lill təhsil müəssisələrində fəlsəfədən dərs demiş, 1964–2001-ci illərdə Sosial Elmlər Ali Məktəbinin (Paris) professoruru, 1982 –2001-ci illərdə Kollej de Fransın sosiologiya kafedrasının müdiri, 1985–98 illərdə Parisdə Avropa Sosiologiya Mərkəzinin direktoru, 1975-ci ildən "Actes de la recherche en sciences sociales" jurnalının baş redaktoru, 1998-ci il — dən "Liber-Raisons d’agir" nəşriyyatının rəhbəri olmuşdur.

Fəaliyyəti

Burdye əsas sosioloji ziddiyyətin – sosial struktur ilə sosial hərəkət arasındakı uçurumun aradan qaldırılmasının variantını təklif etmişdir. Onun "genetik strukturalizm" konsepsiyası obyektivist (E. Dürkheym, K. Marks və strukturalizm) və subyektivist (M. Veber fenomenologiya və etnometodologiya) metodologiyalarının sintezinə cəhddir: "strukturlaşdırıcı struktur" Burdyeyə görə, habitus obyektiv strukturları, subyektiv intensiyaları (niyyətləri) və hərəkətləri birləşdirir. Sosial məkan, sahə, kapital və habitus B. konsepsiyasının əsas anlayışlarıdır.

B-yə görə, sosial gerçəklik həm obyektiv – müxtəlif növ resursların bölüşdürülməsində obyek — tivləşdirilmiş sosial münasibətlərlə, həm də subyektiv – sosial münasibətlərə əks, fəal təsir göstərən sosial təsəvvürlər və yer dəyişmələrlə (dispozisiyalarla) strukturlaşdırılmışdır. Burdyeyə əsasən, sosial məkan çoxlu nisbətən muxtar yarımməkanlardan – "sahələrdən" ibarət olur. Sahəni oyunun strukturları, yerdəyiş mələri, qaydaları və istinadları müəyyən edir. Hər bir sahə predmetləşmiş forması "kapital" adlanan öz sosial münasibətlər tipi ilə qurulur. Kapital onun özünə müvafiq sosial oyunun başlıca məqsədi və va sitəsi kimi çıxış edən hökmranlıq strukturudur.

Burdye kapitalı üç əsas növə ayırmışdır: iqtisadi, mədəni, sosial. Müxtəlif vaxtlarda onun tədqiqat obyekti təhsil, ədəbiyyat, iqtisadiyyat, bürokratiya sahələri olmuşdur. Burdyenin ideyaları E. Gid densə, sosiologiyada "tənqidi realizm" (ingilis alimləri R. Bhaskar, Marqaret Arçer və b.) və "praktiki dönüş" nəzəriyyə çilərinə [Karin D. Knorr-Setina, T. R. Şatski (ABŞ) və b.], tarixçilərə (R. Darnton, ABŞ; E. Hobsbaum, B. Britaniya; R. Şartye, Fransa) təsir göstərmişdir.

İkinci Dünya müharibəsi sonrasında ən yaradıcı alimlərindən biri olan Pyer Burdye müasir sosiologiyanın əsas nəzəriyyəçilərindən biridir. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pyer burdye sözünün mənası, pyer burdye haqqında məlumat. pyer burdye nədir? pyer burdye nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    BFƏ

  • Fevral 27, 2026

    Oqtay Eloğlu

  • Fevral 27, 2026

    Nitq aktı

  • Fevral 27, 2026

    Ağkilsə (Göyçə)

  • Fevral 24, 2026

    Aşqabad

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst