Apataki (fr. Faaite) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Arutua atolundan 19 km cənub-şərqdə, Taitidən 350 km şimal-şərqdə yerləşir.
| Apataki adası | |
|---|---|
| fr. Apataki | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi | 20 km² |
| Əhalisi | 350 nəfər (2012-ci il) |
| Yerləşməsi | |
| 15°27′ c. e. 146°19′ q. u.HGYO | |
| Ölkə | |
| Akvatoriya | |
![]() Apataki adası | |

Coğrafiya
Atollun uzunluğu 36 км, eni — 25 km, quru sahəsi isə 20 km²-dir. Daxilində böyük laqun vardır. Şimal-qərb və cənub-qərbdən laqun okeanla kiçik boğazlarla birləşir.
İnzibati bölgüsü
İnzibati baxımından Arutua kommunasına daxildir.
Əhali
2012-ci il məlumatına görə adada 350 nəfər yaşayır. Niutahi əsas yaşayış məntəqəsidir. Məntəqə adanın qərbində yerləşir.
Tarixi
Ada 21 may 1722-ci ildə holland səyyah Yakob Roqqeveen tərəfindən kəşf edilmişdir. O, adanı Avondstond adlandırır. Adanın digər adı isə Qaqemasterdir. Bu ad rus dənizçisi Leonti Qaqemasterin şərəfinə adlandırılır. 1774-cü ildə adada ingilis səyyah Ceyms Kuk olmuşdur.
İqtisadiyyat
Niutaxi kəndi yaxınlığında uçuş-eniş zolağı yerləşir. Yerli əhalinin əsas məşquliyyəti kənd təsərrüfatı (Kopra istehsalı) və balıqçılıqdır (balıq ovu və mirvari yetişdirmək).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, apataki sözünün mənası, apataki haqqında məlumat. apataki nədir? apataki nə deməkdir?

