Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1954-cü ildə Bakıda anadan olub. 1971-ci ildə 134 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Dövlət Universitetinə qəbul olunub. 1977-ci ildə orada biofiz

İlqar Abbaszadə

  • Ana Səhifə
  • Vikipediya
  • İlqar Abbaszadə

İlqar Abbaszadə — Professor.

İlqar Abbaszadə
İlqar Hüseyn oğlu Abbaszadə
Doğum tarixi 1954 (71–72 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı ABŞ ABŞ
Atası Hüseyn Abbaszadə
Anası Solmaz Kərimova
Milliyyəti azərbaycanlı

Mündəricat

Həyat və fəaliyyəti

1954-cü ildə Bakıda anadan olub. 1971-ci ildə 134 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Dövlət Universitetinə qəbul olunub. 1977-ci ildə orada biofizika və molekulyar kimya ixtisasına yiyələnib. Vətənə dönərək Bakı Dövlət Universitetinin biologiya fakültəsində biofizika və biokimya fənnlərindən dərs deməyə başlayıb. Eyni zamanda universitetin aspiranturasında təhsilini davam etdirib, biologiya elmləri namizədi alimlik dərəcəsinə sahib olub. ABŞ-yə gələnədək BDU-da müəllim, az sonra baş müəllim vəzifəsində çalışıb.

1991-ci ildə onu İlinois ştatındakı Şimali İlinois Universitetinə dəvət ediblər. 4 ay orada çalışdıqdan sonra, daha bir dəvətlə Şimali Karolina ştatına gəlir və Çapel Hil Universitetinin elmi lobaratoriyasında işə başlayır. Burada o, "Nobel" mükafatı laureatı Sancarla bir yerdə işləyir. Deyir ki:

" " Sancarı özümə qardaş bilirəm. O vaxt vətən üçün çox darıxırdım. O, mənə Amerikada arxa-dayaq oldu. 1993-cü ildə ondan ayrılandan sonra əlaqəni itirdik. 2015-ci ildə "Nobel" mükafatını ona təqdim edəndə, çətinliklə də olsa telefonunu tapdım və zəng edib təbrik etdim. Çox şad oldu, xeyli söhbət etdik" "

İlqar Abbaszadə 1993-cü ildə Miçiqan ştatına gəlir, Ann Arbor şəhərindəki Miçiqan Universitetinin tibb fakültəsində biokimyadan dərs deyir və elmi araşdırmalar aparır. 1994-cü ildə məşhur Standford Universitetinə dəvət alır, 1996-cı ilədək orada tədqiqatlarını davam etdirərək, molekulyar biologiya fənnini tədris edir. Və elmi axtarışlardan ayrılaraq biznes sahəsində fəaliyyətə başlayır. Bu günədək o, bir sıra məşhur biotexnologiya üzrə şirkətlərdə biznesin idarə olunması üzrə müxtəlif vəzifələrdə işləyib. "Genscript — CPBU", "ALLSTAR ADVİSORY, INC", "BECHMAN COULTER", "PROMEGA CORPORATION", "LIFE TECHNOLOGIES", "AGILENT TECHNOLOGIES" şirkətləri bu sıradadır. Arada Çikaqo Universitetində biznesin idarə olunması ixtisası üzrə (MBA) magistr dərəcəsinə yiyələnib. Hazırda Kaliforniya şatatında "Fiji Film İrvine Scientific" şirkətində satış və marketinq deportamentinin rəhbəri vəzifəsində çalışır.

Ailəsi

Ailəlidir, 4 övladı var. Ekiz qızları Nərgiz və Nigar birinci, qızı Lina, oğlu Mikayıl isə ikinci nikahdandılar. Yoldaşı Oksana Abbaszadə məşhur "Paul Mitçell" kosmetika şirkətində kurslar keçib, hazırda özəl biznesi var.

Xalq yazıçısı Hüseyn Abbaszadənin oğludur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇lqar abbaszadə sözünün mənası, i̇lqar abbaszadə haqqında məlumat. i̇lqar abbaszadə nədir? i̇lqar abbaszadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Neodim

  • Mart 01, 2026

    Kit Duqlas

  • Fevral 27, 2026

    Missuri çayı

  • Fevral 27, 2026

    Acacia acanthoclada

  • Mart 06, 2026

    Həbsxanadan qaçış

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst