Anna Qaplan və ya Anna Monahemi - əslən Təbriz yəhudilərindən olan ABŞ siyasətçisi. Anna Qaplan 2018-ci ilin 6 noyabrındakı seçkilərdə VII dairədən qalib gələrək Nyu-York Senatına seçilmişdir.
| Anna Qaplan | |
|---|---|
| |
| 1 yanvar 2019 – 31 dekabr 2022 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | XX əsr |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
Qaplan Təbriz şəhərində anadan olmuşdur. İran İslami İnqilabı zamanı ailəsi təhlükəsizlik üçün ABŞ-yə köçmüşdür. O, Amerika iranlılarından Nyu-Yorkun qanunverici orqanlarına seçilə bilən ilk şəxsdir.
Həyatı
Qaplan Təbriz şəhərində İran yəhudisi olan ailədə anadan olmuşdur. Atası xalça ticarəti ilə məşğul olmuşdur. İran İslam inqilabından sonra Qaplan 13 yaşında olarkən valideynsiz uşaq qaçqın kimi İranı tərk etmiş və Bruklinə köçmüşdür. Sonra Çikaqo şəhərində bir ailə tərəfindən qəbul edilmişdir. Valideynləri İrandan xilas ola bildikdən sonra ABŞ-də ailəsi ilə birləşmiş və Nyu-Yorkda yaşamağa başlamışdır.
Ailəsi
Evlidir. Həyat yoldaşı Darren ilə birlikdə Nyu-Yorkun Great Nek bölgəsində yaşayırlar. İki yeniyetmə qızları vardır.
Təhsili
Yeşiva Universitetinin tərkibində olan Stern Kollecinə qəbul olmuş, daha sonra isə Nyu-Yorkdakı Benjamin Cardozo universitetinə hüquq təhsili almaq üçün qəbul olmuşdur.
Kareyerası
Qaplan siyasi kareyerasına 2011-ci ildə Şimali Hempsted Bölgə Komissiyasının üzvü kimi başlamışdır. Senata seçilənə qədər bu vəzifədə çalışmışdır.
Qaplan 2016-cı ilin 11 yanvarında elan etdi ki, ABŞ Nümayəndələr Palatasına Nyu Yorkun III seçki dairəsindən namizədliyini irəli sürəcəkdir. O, öz namizədliyini istefa verən Stiv israilin yerinə irəli sürmüşdü. Qaplan bu seçkilərdə Tom Suozziyə məğlub olmuşdur..
2018-ci ilin aprel ayının 27-də Demokratlar partiyasının Nassau bölgəsi üzrə rəhbəri Cey Yakobsvə Nyu-Yorkun qubernatoru olan Endryu Kuomo Anna Qaplanın Nyu-York Senatına olan seçkilərdə namizəd olacağını elan etdilər. Müxtəlif orqanlardan və təşkilatlardan dəstək almağı bacaran Anna Qaplan 2018-ci ilin 1 avqustunda keçmiş prezident Barak Obama tərəfindən təstiqlənən ilk namizəd oldu.
2018-ci ilin 6 noyabrında baş tutmuş seçkilərdə o zamankı senator Elaine Flippsi məğlub edən Anna Qaplan ümumi səslərin 55 faizini toplayaraq seçkilərdə qələbə qazanmışdır.
Həmçinin bax
- ABŞ Nümayəndələr Palatası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, anna qaplan sözünün mənası, anna qaplan haqqında məlumat. anna qaplan nədir? anna qaplan nə deməkdir?
