Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Meğri rayonu (və ya Mehri) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir.

Meğri rayonu

  • Ana Səhifə
  • Vikipediya
  • Meğri rayonu

Meğri rayonu (və ya Mehri) — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon. Mərkəzi Meğri şəhəridir.

Rayon
Meğri rayonu
İnzibati mərkəz Meğri
Tarixi və coğrafiyası
Yaradılıb 09.09.1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi 14 341 (1989) nəfər
Meğri rayonu xəritədə

Mündəricat

Tarixi

Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir. Toponimin türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variantı olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır.

Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir. Mehri mahalı Çar Rusiyası dövründə Yelizavetpol quberniyasına daxil olub.

Meğri adının ermənicə izahının (meğ — ermənicə bal deməkdir. Meğri bal çox olan yer kimi yozulur) heç bir əsası yoxdur. Bu yerin adı qədim mənbələrdə Mehri kimi göstərilir. Mehri toponimi isə Mehranilər sülaləsinin banisi Mehranın adı ilə bağlanılır. Şəhərin Mehran tərəfindən salındığı güman edilir. Digər fikrə görə isə Meğri adı "meğ", "mağ", "muğ" anlamını saxlayıb və bu yerlərdə qədim türk tayfalarının yaşadığına tutarlı dəlildir.

Meğri rayonu Şərqdən Zəngilan rayonu, Qərbdən Ordubad rayonu, Şimaldan Qafan rayonu, Cənubdan isə Güney Azərbaycanla həmsərhəddir. Meğrı rayonu ərazisindən Meğrı çayı axıb Araza tökülür. Qaladaş dağı (h. 2163 m), Cahnovar dağı (h. 3024 m) da rayonun ərazisinə düşür. I Şah Abbasın ölkədə tikdirdiyi 999 karvansaradan biri də Meğri rayonu ərazisinə düşür ki, indi ermənilər bu qədim abidədən restoran kimi istifadə edirlər.

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı, Astazur və s. Rayonun Nüvədi kəndi 1991-ci ildə boşaldılıb.

Həmçinin bax

  • Dərələyəz mahalı
  • Qərbi Azərbaycan

Ədəbiyyat

  • İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponomləri. Bakı, Elm nəşriyyatı, 2002-ci il, 696 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Meğri rayonu haqqında məlumat. Meğri rayonu nədir? Meğri rayonu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ziyalı

  • Fevral 27, 2026

    Kodori çayı

  • Fevral 23, 2026

    23 fevral

  • Fevral 27, 2026

    Orxon abidələri

  • Fevral 27, 2026

    Kargüzarlıq

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst