Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tərlan Musayeva (Musayeva Tərlan Həsən qızı; 22 yanvar 1955, Kələntərli, Bərdə rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezident

Tərlan Musayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Tərlan Musayeva

Tərlan Musayeva (Musayeva Tərlan Həsən qızı; 22 yanvar 1955, Kələntərli, Bərdə rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezident təqaüdçüsü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvü.

Tərlan Musayeva
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1955(1955-01-22) (71 yaş)
Doğum yeri
  • Kələntərli, Bərdə rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti siyasətçi, pambıqçı

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
Lenin komsomolu mükafatı XTNS gümüş medalı XTNS bürünc medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyat və fəaliyyəti

22 yanvar 1955-ci ildə Azərbaycan Respublikasının Bərdə rayonu Kələntərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Tərlan Musayeva 1972-ci ildə Mirbəşir (indiki Tərtər) şəhəri 1 saylı orta məktəbini bitirmiş, həmin ildə Bərdə rayonunun 105 saylı kənd texniki peşə məktəbinə daxil olmuşdur. 1973-cü ildə peşə məktəbini sürücü mexanik ixtisası üzrə bitirərək, Bərdə rayonu "Kommunizm" kolxozunda mexanizator kimi əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyətində fərqləndiyinə görə dövlət tərəfindən "Qırmızı əmək bayrağı" ordeni, Xalqlar dostluğu ordenləri ilə təltif edilmiş, həmçinin Azərbaycan SSRİ və SSRİ Lenin komsomolu mükafatlarına layiq görülmüşdür. Eyni zamanda, Xalq nailiyyətləri sərgisinin qızıl, gümüş və bürünc medallarını almışdır. Habelə, Paşa Angelina, Tursnoy Axundova və Sevil Qazıyeva adına mükafatlara və bir neçə fəxri fərmanlara layiq görülmüşdür.

  • 1980-ci ildə kinorejissor Yalçın Əfəndiyev tərəfindən Tərlan Musayeva haqqında sənədli film çəkilmişdir.
  • Tərlan Musayeva 23 yaşında SSRİ Ali Sovetinin (X–XI çağırış) ən gənc deputatı olmuşdur.
  • 1995-ci ildə 56 saylı Bərdə rayon seçki dairəsindən majoritar qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Onun aqrar – islahat komissiyasının üzvi kimi verdiyi təkliflər, eləcə də açıqladığı fikirlər deputatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Milli Məclisdə 30-a yaxın qanunların hazırlanıb müzakirəyə çıxarılmasında böyük əməyi və zəhməti olmuşdur..

Tərlan Musayeva 1981–1991-ci illər ərzində kolxoz idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərmişdir.

1991–1992-ci illərdə Səməd ağa Ağamalıoğlu adına kolxoz idarə heyətinin sədri və Bərdə rayon Xalq deputatları Sovetinin sədri vəzifələrində işləmişdir. O, çalışdığı müddətdə təhsilini qiyabi davam etdirmiş, Ağdam kənd təsərrüfatı texnikumunu, Gəncə Kənd Təsərrüfatı Akademiyasını və Azərbaycan prezidenti yanında Dövlətçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Tərlan Musayeva hal-hazırda prezident təqaüdcüsüdür.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002–2003-cü illərdə Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışmış, hazırda isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvüdür.

Ailəsi

Ailəlidir. 3 övladı, 2 nəvəsi var.

Haqqında

2025-ci ildə 70 illik yubileyi münasibətilə yazıçı Vaqif Osmanlının yazdığı "Ulu öndərin "canlı əsəri" Tərlan" adlı kitabın təqdimatı olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tərlan musayeva sözünün mənası, tərlan musayeva haqqında məlumat. tərlan musayeva nədir? tərlan musayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    İlxı qoruğu

  • Fevral 27, 2026

    Qətl

  • Fevral 27, 2026

    Sianoz

  • Fevral 27, 2026

    Oxalidales

  • Fevral 27, 2026

    Yamal yarımadası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst