Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aşıq Novruz (tam adı:Şairov Novruz Süleyman oğlu) (24 aprel 1929, Daşkənd, Yeni Bəyazid qəzası – 3 noyabr 2000, Yeni Daşkənd, Bərdə rayonu) — aşıq, şair, sazbən

Aşıq Novruz

  • Ana Səhifə
  • Vikipediya
  • Aşıq Novruz

Aşıq Novruz (tam adı:Şairov Novruz Süleyman oğlu) (24 aprel 1929, Daşkənd, Yeni Bəyazid qəzası – 3 noyabr 2000, Yeni Daşkənd, Bərdə rayonu) — aşıq, şair, sazbənd.

Aşıq Novruz
Novruz Süleyman oğlu Şairov
Şəkil Kəlbəcərdə çəkilib.
Şəkil Kəlbəcərdə çəkilib.
Doğum adı Novruz Şairov
Doğum tarixi 24 aprel 1929
Doğum yeri Daşkənd, Basarkeçər, Göyçə mahalı
Vəfat tarixi 3 noyabr 2000 (71 yaşında)
Vəfat yeri Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan
Dəfn yeri Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair, aşıq

Həyatı


Şairov Novruz Süleyman oğlu 24 aprel 1929-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, Daşkəndli məşhur şair Məmmədhüseynin nəticəsidir.

Hələ uşaqlıqdan saza-sözə çox böyük marağı olan Novruzun ustadı böyük qardaşı Aşıq Abbasəli olmuşdur.

Aşıq Novruz ailəsi ilə birlikdə 1941-ci ildə Gədəbəy rayonuna köçmüş və bir müddət burada yaşadıqdan sonra Şəmkirin Dağ Tatarı kəndinə köçmüşdür.

1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları departasiya olunduqdan sonra 1954-cü ildə o da Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür.

1955-ci ildə ailə həyatı quran Aşıq Novruz dörd oğul və dörd qız atası olmuşdur.

1956-cı ildən ömrünün axırına qədər Bərdə rayonunda Mədəniyyət Evinin üzvü olmuşdur.

Aşıq Novruz dəfələrlə radio və teliviziyada çıxışlar etmişdir. Bu gün də onun lent yazılarından Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda saxlanılır. 1985-ci ildə belə çəkilişlərin birində Aşıq Novruz xalq şairi Xəlil Rza Uluturk ilə görüşmüşdür. Aşıq Novruzun saz çalıb-oxuması Xəlil Rzanın könlünü çox oxşadığına görə elə oradaca "Aşıq Novruz" rədifli qoşmanı yazıb ona həsr etmişdir.

Aşıq Novruz 1986-cı ildən 1992-ci ilə qədər Bərdə şəhər 1 saylı "Musiqi Məktəbi"ndə dərs keçmişdir.

Aşıq Novruz uzun müddət saz çalıb oxumuş həm ifaçı aşıq kimi, həm yaradıcı aşıq kimi və həm də sazın düzəldilib-hazırlanmasının mahir sənətkarı kimi də tanınmışdır.

Tədqiqatçı Araz Yaquboğlu Aşıq Novruzun sazbəndliyi haqqında yazır: — Sazın hazırlanmasını Aşıq Novruz əla bacarırdı. O bu sənəti fitri istedadı sayəsində öyrənmişdi. Onun düzəltdiyi sazlar bu gün də Bərdə, Tərtər, Yevlax, Ağcabədi və Gəncədə istifadə olunmaqdadır. Düzəltdiyi sazlara müştərinin istəyinə əsasən xüsusi zövqlə naxışlar da vurardı. O saz və taziyanə (mizrab) üçün materialı özü axtarar, yaxşı material tapardı. Sazı hazırlayarkən çanağı üçün tut ağacından, qolu üçün qoz ağacından, taziyanə üçün isə köhnə gilas ağacının qabığından istifadə edərdi. Novruz kişi sazı kiçik oğlu İnqilabla birlikdə düzəldərdi. Bunda həm də məqsəd onun da bu sənəti öyrənməsi idi. İnqilab da bu sənəti yaxşı mənimsəsə də Novruz kişinin vəfatından sonra demək olar ki, bu sənəti davam etdirmir.


OĞULLARI AŞAĞIDAKILARDIR

ŞAİROV KAMAL

ŞAİROV QABİL

ŞAİROV ŞAKİR

ŞAİROV İNQİLAB


Nəvəsi Şairli Süleyman Qabil oğlunun adı Şairov Novruzun atası Şairov Süleymanın adından gəlir.

Şairov Novruzun nəticəsi Şairli Novruz Ülvi oğlunun adı isə birbaşa Şairov Novruzun adından gəlir.

Aşıq Novruz 3 noyabr 2000-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmiş və kənd qəbiristanlığında dəfn olunmuşdur.

  • Daşkəndli Şair Məmmədhüseynin nəticəsidir
  • Aşıq Abbasəlinin qardaşıdır.
  • Səyyad Şairovun qardaşıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, aşıq novruz sözünün mənası, aşıq novruz haqqında məlumat. aşıq novruz nədir? aşıq novruz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Peer-to-peer

  • Fevral 23, 2026

    Şeh

  • Fevral 27, 2026

    Khmer dili

  • Mart 06, 2026

    İnsan resursları

  • Fevral 27, 2026

    Bölükət mahalı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst