Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şair Məmmədhüseyn (1800, Daşkənd, İrəvan xanlığı – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair.

Şair Məmmədhüseyn

  • Ana Səhifə
  • Vikipediya
  • Şair Məmmədhüseyn

Şair Məmmədhüseyn (1800, Daşkənd, İrəvan xanlığı – 1880, Daşkənd, Yeni Bəyazid qəzası) — XIX əsrdə yaşamış aşıq, şair.

Şair Məmmədhüseyn
Məmmədhüseyn Həsən oğlu Novruzov
Doğum tarixi 1800(1800)
Doğum yeri
  • Daşkənd, İrəvan xanlığı, Qacar dövləti
Vəfat tarixi 1880(1880) (79–80 yaşında)
Vəfat yeri
  • Daşkənd, Yeni Bəyazid qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat səbəbi İlan vurması
Dəfn yeri
  • Daşkənd
Uşağı 5
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Şair Məmmədhüseyn Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Bərdə rayonunun Yeni Daşkənd kəndində Şair Məmmədhüseynin xatirəsinə ucaldılmış bulaq

Novruzov Məmmədhüseyn Həsən oğlu 1800-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. O, heç bir təhsil almamışdır. Şairin böyük qardaşı Əli Ərdəbildə və İsfahanda 8 il ruhani təhsili almışdır. Məmmədhüseynin atası dülgər olsa da bütün varlığı ilə aşıq sənətinə bağlanmışdır. Elə Məmmədhüseynin də şair olmasında atasının az təsiri olmamışdır.

Məmmədhüseyn bədahətən şeir deməyə qadir bir şair imiş. Daşkənddə yaşayan "Şairlilər" nəsli şairin adı ilə bağlıdır və onun nəsil şəcərəsinin üzvləridir. Şair Məmmədhüseynin Kərbəlayi Məhəmməd, Kərbəlayi Əsəd, Əbülfət, Əli və Xəlil adlı beş oğlu olmuşdur. Böyük sənətkar müqəddəs Kərbəlanı oğlu Məhəmmədlə birgə ziyarət etmişdir. Deyilənə görə ucaboylu, qədd-qamətli, iri gövdəli adam olub. Qalın çatma qaşları ona xüsusi yaraşıq verərmiş. Əkinçiliklə, maldarlıqla məşğul olub.

Şair Məmmədhüseyn 1880-ci ildə qabaqcadan özünə agah olmuş olan ilan çalması nəticəsində doğma Daşkənd kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.

Yaradıcılığı

Onun məşhur "Məhəbbət dastanı"ndan başqa gəraylı, qoşma, təcnis, müxəmməs və divani şeir növündə yazılmış yüzlərlə şeri vardır. Divani şəklində yazdığı şeirləri də çox məşhur olan Məmməd Hüseyn o dövrdə yüksək mənsəb tutanlara həcvlər yazdığı üçün daim təqib edilmişdir. Şair Məmmədhüseynin çoxlu dini şeirləri, mərsiyələri Şirvanda və Muğanda mərsiyəxanalar tərəfindən oxunur. "Xəbər al deyim" qoşması demək olar ki, Azərbaycanın hər yerində hamının dillər əzbəridir. Şeirlərində bəxtindən, sevgilisindən və zəmanəsindən şikayət edən Hüseyn yazdığı dördlüklərdən birində deyir:

İgidin dönməsin əhdi,
Yana çevrilməsin təxdi,
Məmməd Hüseynin bəxdi,
Yatıb, oyanmaz, oyanmaz.

Şair Məmmədhüseyn XIX əsr Göyçə aşıqları və el şairləri içərisində seçilən görkəmli sənətkarlardandır. Haqqında bir çox kitablarda, eləcə də dərsliklərdə şeirləri çap olunmuşdur. Şair haqqında ilk yazılı məlumat F.Qasımzadənin 1956-cı ildə çap olunan "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabında rast gəlinir. Şair haqqında Əhliman Axundovun 1961-ci ildə nəşr olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" adlı kitabında "XIX əsrdə yetişən görkəmli aşıqlar" sərlövhəli məqaləsində də verilmişdir. Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi"(1998) kitabında da şair haqqında geniş məlumat və bir neçə şeirləri çap olunmuşdur (səh.28-37). Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (2006) kitabında şairin şeirləri və həyatı haqqında geniş məlumat verilmişdir (səh.173-301). Şair Məmmədhüseynin seçilmiş şeirlərindən ibarət "Yatıb oyanmaz, oyanmaz" (2005), "Xəbər al deyim" (2006), "Nur çeşməsi" (2018) adlı kitabları çap olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şair Məmmədhüseyn haqqında məlumat. Şair Məmmədhüseyn nədir? Şair Məmmədhüseyn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    II Əbdülməcid

  • Fevral 27, 2026

    Anna Xanım

  • Fevral 27, 2026

    Veb səhifə

  • Fevral 27, 2026

    Struthioniformes

  • Fevral 27, 2026

    İdiot (roman)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst