Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azə

Firuzə Bədirbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Firuzə Bədirbəyli

Firuzə Bədirbəyli (tam adı: Firuzə Xanlar qızı Bədirbəyli; 10 dekabr 1916, Morul, Yelizavetpol qəzası – 16 dekabr 1992, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1971).

Firuzə Bədirbəyli
Firuzə Xanlar qızı Bədirbəyli
Doğum tarixi 10 dekabr 1916
Doğum yeri Morul, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 16 dekabr 1992 (76 yaşında)
Vəfat yeri Gəncə, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Uşağı Zemfira Əliyeva
Fəaliyyəti teatr akrisası
Fəaliyyət illəri 1939–1975
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1971

Mündəricat

Həyatı

Firuzə Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində (hazırda Şəmkir) anadan olmuşdur. Səhnə fəaliyyətinə 1939-cu ildə Şamxor Dövlət Teatrında başlamışdır. 1947-ci ilin sonlarında Kirovabad Dövlət Dram Teatrının truppasına qəbul edilmiş, 1 sentyabr 1975-ci ildə öz ərizəsi ilə teatrdan çıxmışdır.

Aktrisa 16 dekabr 1992-ci ildə Gəncədə vəfat etmişdir.

Xalq artisti Zemfira Əliyevanın anasıdır.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 dekabr 1971

İfa etdiyi əsas rollar

RolTamaşaMüəllif
TükəzHacı QaraMirzə Fətəli Axundov
Ziba xanımLənkəran xanının vəziriMirzə Fətəli Axundov
Mehri xanımBəxtsiz cavanƏbdürrəhim bəy Haqverdiyev
PəriPəri caduƏbdürrəhim bəy Haqverdiyev
TükəzbanÖlülərCəlil Məmmədquluzadə
YasəmənEşq və intiqamSüleyman Sani Axundov
ŞərəbanıYaşarCəfər Cabbarlı
XanımnazAlmazCəfər Cabbarlı
GülnisəSolğun çiçəklərCəfər Cabbarlı
DilbərSevilCəfər Cabbarlı
SusannaAydınCəfər Cabbarlı
ƏzraŞeyx SənanHüseyn Cavid
HumayƏliqulu evlənirSabit Rəhman
Ballı arvadBahar sularıİlyas Əfəndiyev
GülbacıQaçaq NəbiSüleyman Rüstəm
Reyhan xanımKəndçi qızıMirzə İbrahimov
FatmaAnacanYusif Əzimzadə
Pəri xalaQız atasıƏfqan
Darçın xalaKişilərAltay Məmmədov
RozinaUzaq sahillərdəİmran Qasımov və Həsən Seyidbəyli
GülcamalQatır MəmmədZeynal Xəlil
ZeynəbŞikayət qəbul edilmirToktobolat Əbdümöminov
AşuraDağlı qızıRəsul Həmzətov
Varvara KarpovnaHəyətdə qapan it varKita Buaçidze
MarfaÖzgə uşağıVasili Şkvarkin
MinlekayAygül diyarıMustay Kərim
Həcər nənə72-ci kameraOrxan Kamal

Ədəbiyyat

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, firuzə bədirbəyli sözünün mənası, firuzə bədirbəyli haqqında məlumat. firuzə bədirbəyli nədir? firuzə bədirbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Bafeus müharibəsi

  • Fevral 27, 2026

    Mer

  • Mart 06, 2026

    Citrus japonica

  • Mart 04, 2026

    Apatiya (film)

  • Fevral 27, 2026

    Daşqala mağarası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst