Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xədicə Sadıq qızı Ağayeva (25 oktyabr 1885, Daşkənd, Türküstan general-qubernatorluğu – 13 dekabr 1958, Bakı) — müəllim, maarifçi, Lenin ordeni laureatı

Xədicə Ağayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Xədicə Ağayeva

Xədicə Sadıq qızı Ağayeva (25 oktyabr 1885, Daşkənd, Türküstan general-qubernatorluğu – 13 dekabr 1958, Bakı) — müəllim, maarifçi, Lenin ordeni laureatı

Xədicə Ağayeva
Xədicə Sadıq qızı Ağayeva
Doğum tarixi 25 oktyabr 1885(1885-10-25)
Doğum yeri
  • Daşkənd, Sırdərya vilayəti, Türküstan general-qubernatorluğu, Rusiya imperiyası
Vəfat tarixi 13 dekabr 1958(1958-12-13) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Həyat yoldaşı
  • Həsən bəy Ağayev
Uşaqları
  • Xurşid Ağayeva,
  • Nəzakət Ağazadə
Fəaliyyəti müəllimə, maarifçi
Mükafatları "Lenin" ordeni

Mündəricat

Həyatı

Xədicə Ağayeva 1885-ci ildə Daşkənddə Ufa türklərindən olan çar ordusunun istefadakı polkovniki Sadıq Əbdürrəhmanovun ailəsində dünyaya gəlmişdir. O bacısı Zeynəblə birlikdə 1902-ci ildə Daşkənd gimnaziyasında təhsil almışdır. Onların ikisi də gimnaziyada əla oxumuş – Zeynəb oranı qızıl, Xədicə isə gümüş medalla bitirmişdir..

Daha sonra ali təhsil almaq məqsədilə bacıların ikisi də imperiyanın paytaxtı Peterburqa gedib. Zeynəb sənədlərini "Nəcib qızlar pansionu"nun tibb fakültəsinə, Xədicə isə o dönəmdə kübar xanımlar üçün ən nüfuzlu məktəb sayılan Nücəba Qızlar İnstitutuna verib. Xədicə müəllimlik, bacısı Zeynəb isə həkimlik üzrə təhsil almışdır.

Xədicə Ağayeva 1904-cü ildə Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (Parlamenti) sədrinin birinci müavini Həsən bəy Ağayevlə ailə həyatı qurmuşdur. Çox keçmədən cütlüyün üç qızı olmuş: Xurşid 1905-ci, Gülrux 1908-ci, sonbeşik Nəzakət isə 1910-cu ildə dünyaya gəlmişdir.

Fəaliyyəti

Xədicə xanım Ağayevanın həyatı və faliyyəti akademik akademik Rafael Hüseynov tərəfindən araşdırılmışdır. Akad. R.Hüseynov yazır:

"Xədicəyə xaçpərəstliyi qəbul edərsə gimnaziyada müəllim yeri təklif edilmişdi. Lakin o, özünü, ailəsini, dini heysiyyətini təhqir olunmuş sayaraq qapını çırpıb çıxmışdı. Və Xədicə günlərin birində bacısından məktub alır ki, bəs Peterburq qəzetlərində elan var, Bakıda Tağıyevin qız məktəbinə müsəlman qızlarından müəllimlər tələb olunur. Xədicə dərhal Hacıya məktub yollayır və tezliklə müsbət cavabla birgə yolpulu da gəlir…".

1901-cı ildə Tağıyevin qız məktəbi açılıb və Xədicə burada işə başlayıb.1902–1906-cı illər ərzində məktəbdə müəllim işləyən Xədicə xanım 1906-cı ildə həyat yoldaşı Həsən bəy Ağayevlə birlikdə Güney Azərbaycana köçərək 1907-ci ilə qədər burada yaşayıb. Daha sonra Bakıya 1909-cu ildə isə Bakıdan Həsən bəyin anadan olduğu Gəncə şəhərinə gələn Xədicə xanım, Gəncədə Əsgər ağa Adıgözəlov (Gorani) tərəfindən açılan qız məktəbinin müdiri vəzifəsində çalışıb.

O, burada Gəncənin ictimai işlərində də fəallıq göstərib. Xədicə Salak 1915-ci ildə Gəncə Müqəddəs Nina Yerli Qadın Xeyriyyə Cəmiyyətinin qurucularından və idarə heyəti üzvlərindən biri olmuşdur.

4 sentyabr 1919-cu ildən o, Bakıdakı Azərbaycan birinci milli qadın gimnaziyasının (keçmiş "Müqəddəs Nina" qız məktəbinin) müfəttişi təyin edilib. Sonrakı illərdə Bakı Darülmüəllimatında (qadın müəllimlər texnikumunda) müəllim kimi çalışıb.

Mükafatları

1946-cı ildə Sovet hökuməti tərəfindən– Bakıdakı 132 saylı məktəbdəki səmərəli işinə və Azərbaycan maarifinə 40 ildən artıq nümunəvi xidmətinə görə Xədicə xanım Ağayevaya Lenin ordeni mükafatı verilmişdir.

Ölümü

Xədicə xanım Ağeyava 1958-ci ilin dekabr ayının 13-də Bakıda vəfat etmişdir.

Həmçinin bax

  • Lenin ordeni ilə təltif olunan azərbaycanlılar
  • Həsən bəy Ağayev
  • Xurşid Ağayeva

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xədicə ağayeva sözünün mənası, xədicə ağayeva haqqında məlumat. xədicə ağayeva nədir? xədicə ağayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Pampass pişiyi

  • Fevral 27, 2026

    Acalypha bipartita

  • Mart 01, 2026

    Avəc

  • Fevral 27, 2026

    Səfəvilər İmperiyası

  • Mart 01, 2026

    Saç əkimi

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst