Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır.

Avəc

  • Ana Səhifə
  • Vikipediya
  • Avəc

Avəc — İranın Qəzvin ostanında şəhər, Avəc şəhristanının inzibati mərkəzi.

Şəhər
Avəc
35°34′44″ şm. e. 49°13′27″ ş. u.HGYO
Ölkə
  •  İran
Ostan Qəzvin ostanı
Şəhristan Avəc şəhristanı
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1,962 m
Əhalisi
Əhalisi 5.142 nəfər
Milli tərkibi Azərbaycan türkləri
Dini tərkibi Şiə müsəlmanlar
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 282
Xəritəni göstər/gizlə
Avəc xəritədə
Avəc
Avəc

Mündəricat

Tarix

Qaraqan türbələri

2002-ci ildə baş verən zəlzələ nəticəsində təxminən Avəcin yarısı yıxılsada, sonradan geniş-miqyaslı yenidən qurma işləri burada aparılmışdır.

Coğrafiya

Avəc Qəzvindən 117 km, Tehrandan isə 273 km uzaqda yerləşir. Ərazisi dağlıq və otluqdur. Avəcə ən yaxın dağ 2.560 metr yüksəkliyi olan Gavurqala dağıdır. Bölgədə Aralıq dənizi iqlimi üstünlük təşkil edir. Orta illik yağıntı miqdarı 316 millimetrdir. Ən sulu ay Noyabr, ortalama 51 mm yağıntı , ən quru ay isə sentyabr, 2 mm yağıntı ilə.

Əhalisi

2016-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,142 nəfər və 1,621 ailədən ibarət idi.

Milli tərkibi

Şəhər monoetnik azərbaycanlı şəhəridir.

Görməli yerlər

Şah Abbas karvansarası

Şəhərin içində yerləşən bu əski karvansara Şah Abbas dönəminə aid dir.

Qaranqılıq şəlaləsi

Qaranqılıq sözü yerli azərbaycan türkcəsində işıqsız deməkdir, niyə ki şəlalənin iki tərəfin hündür qayalar əhatə edərək, gün işığının buraya saçmasına mane olurlar. Şəlalənin qarşısındakı qayalar qartalların yuvasıda sayılır. Qaranqılıq şəlaləsi Məşanə kəndinin Qabaq-quzey dağının ətəyində və qoz ağaclarının çox göyərdiyi bir bölgədə yerləşir.

Şahdərə şəlaləsi

Şahdərə şəlaləsi

Şəhərin yaxınlığında yerləşən bu şəlalə idmançılar və qaya alpinistlərinin ən çox üz tutduğu yerdir. Çünki, şəlalənin mühiti tam qayalıqdır.

Mənsur şəlaləsi

7 metr hündürlüyü olan bu şəlalə Avəcin mənsur kəndində yerləşir.

Asma körpü

Avəcin asma körpüsü

170 metr uzunluğa malik olan bu körpü 2018-ci ildə Şahdərə şəlaləsinin yaxınlığında tikilmişdir. Bu körpü İranın 2-ci ən uzun asma körpüsüdür və yerləşdiyi dərənin dibindən 105 metr hündürlüyü var.

İmamzadə Məhəmməd Tahir türbəsi

Şəhərin içində yerləşir.

İmamzadə Əlaəddin türbəsi

İmamzadə Ələddin Avəc şəhərindən 30 km uzawda eyni adlı kəndin yanındadır. Türbə, ölçüləri təqribən 5.15 x 5.14 metr olan düzbucaqlı kvadrat şəklində bir plana malikdir və bir metr hündürlükdə bir lövhədə yerləşir. Binanın iç tərəfi bəzəksizdir və xarici üzü çərçivə və tağlıdır. Bu tikili, ehtimal ki, Səfəvi dönəminə aiddir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Avəc haqqında məlumat. Avəc nədir? Avəc nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qrup

  • Fevral 27, 2026

    Xakas dilləri

  • Fevral 27, 2026

    Qazaxlar məscidi

  • Fevral 27, 2026

    Kipr Respublikası

  • Fevral 27, 2026

    Vətən müharibəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst