Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uça İlya Malakiyeviç Caparidze (gürc. უჩა ჯაფარიძე; 4 (17) avqust 1906 və ya 17 avqust 1906 – 6 iyul 1988, Tbilisi) — gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq

Uça Caparidze

  • Ana Səhifə
  • Vikipediya
  • Uça Caparidze

Uça İlya Malakiyeviç Caparidze (gürc. უჩა ჯაფარიძე; 4 (17) avqust 1906 və ya 17 avqust 1906 – 6 iyul 1988, Tbilisi) — gürcü boyakarı və qrafiki, SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1958). SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1981).

Uça Caparidze
gürc. უჩა ჯაფარიძე
Doğum adı Uça İlya Malakiyeviç Caparidze
Doğum tarixi 17 avqust 1906
Doğum yeri Qari, Kutaisi quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 6 iyun 1988 (81 yaşında)
Vəfat yeri Tbilisi, Gürcüstan SSR, SSRİ
Dəfn yeri
  • Saburtalo panteonu[d]
Milliyyəti gürcü
Vətəndaşlığı  Rusiya İmperiyası
SSRİ SSRİ
Gürcüstan Sovet Sosialist Respublikası Gürcüstan SSR
Fəaliyyəti rəssam
Təhsili Tbilisi rəssamlıq studiyası və Rəssamlıq Akademiyası
Stil sosialist realizmi
Tələbələri Georgi Totibadze
Üzvlüyü
  • SSRİ Rəssamlar İttifaqı
Mükafatları "SSRİ xalq rəssamı" fəxri adı — 19631963 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1981 "Stalin" mükafatı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

Uça Caparidze 17 avqust 1906-cı ildə Kutaisi quberniyasının Qari kəndində anadan olub. 1922–1924-cü illərdə Tbilisidə M.Toidzenin Xalq rəssamlıq studiyasında, 1924–1925 və 1928–1931-ci illərdə isə Rəssamlıq Akademiyasında təhsil almışdır. Erkən yaradıcılığa L. Qudiaşvilinin təsiri (rənglərin ifadəliliyi, kompozisiyanın dekorativliyi) olmuşdur. 1932–1936-cı illərdə Moskvada yaşamışdır. Uça Caparidze tarixi tabloların ("1901-ci ildə Tiflisdə 1 may nümayişi", 1939–1941), məişət rəsmlərinin ("Ananın düşüncələri", 1945, "Babanın fəxri" 1954, "Kolxoz bazarı", 1960), portretlərin (bəstəkar Z.P. Paliaşvili, 1940, şair Q.V. Tabidze, 1943, aktrisa V.İ.Ancaparidze, (1956) və b.), mənzərələrin, kitab illüstrasiyalarının (Q.V. Tabidze, İ.Q. Çavçavadze və başqalarının kitablarına) müəllifidir. "Xeyir-dua" (1957) əsərinə görə 1958-ci ildə Ümumdünya sərgisinin gümüş medalını almışdır. 1936-cı ildən Tbilisi Rəssamlıq Akademiyasında dərs demişdir. 1944-cü ildən professor, 1942–1948-ci illərdə direktor olmuşdur. Azərbaycan rəssam kadrlarının hazırlanmasında xidməti olmuşdur. Uça Caparidze 1988-ci ildə Tbilisidə vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, uça caparidze sözünün mənası, uça caparidze haqqında məlumat. uça caparidze nədir? uça caparidze nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    İqor Dyakonov

  • Fevral 27, 2026

    Hocazsuçay

  • Mart 01, 2026

    Radiofizika

  • Mart 01, 2026

    Deyton sazişi

  • Fevral 27, 2026

    Aksay çayı

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst