Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəmərvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun Qəmərvan kənd inzibati ərazi dairəsində kənd.

Qəmərvan

  • Ana Səhifə
  • Vikipediya
  • Qəmərvan

Qəmərvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun Qəmərvan kənd inzibati ərazi dairəsində kənd.

Qəmərvan
41°03′47″ şm. e. 47°47′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.144 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 1944 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3619
Xəritəni göstər/gizlə
Qəmərvan xəritədə
Qəmərvan
Qəmərvan

Mündəricat

Tarixi

Qəmərvan mərkəzdən 18 km. şimal-qərbdə Bum çayının (Türyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacında salınmış bu kəndin təbiəti kimi insanları da mehriban, gülər üzlü, qonaqsevərdirlər. Bu kəndin tarixi XIX əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və onların müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar. Rayonun digər yerlərindən fərqi odur ki, bu kənd müasir gündə də köçəridir. Qoyunçuluğun artımı olan yerlərdə var-dövlət də çox olur. Kənd camaatı yerli turistlərdən də gəlir götürür. Ecazkar görünüşü olduğundan ilin bütün fəsillərində kəndin qonaqları olur. Yayı kimi qışı da mözücə olan bu diyarı şəhərlilər çox xoşladığından kənd evlərini kirayələyirlər. Kəndin yolu yüksək səviyyədədir. Burada müalicəvi təbii isti su var.

Toponimikası

Qəmərvan oyk., sadə. Bum çayının (Tüıyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacmdadır. Kəndin ərazisi Dağıstandan gəlmiş ləzgi ailələrinin qışlaq yeri olmuşdur. Həmin ərazi üstündə Bum kəndinin əhalisi ilə münaqişəni rus general Komarov ləzgilərin xeyrinə həll etmiş və orada məskunlaşmalarına icazə vermişdir. Bundan sonra ləzgilər kəndi generalın familiyası ilə Qəmərovanxür (Komarov kəndi) adlandır¬mışlar. Sonralar xür (kənd) sözü düşmüşdür. Kəndin məscidindəki kitabədə yazılmışdır ki, Qəməriyyə adlanan bu kənd hicri 1293 (yəni 1876) ildə salınmışdır.

Din

Kənddə Qəmərvan kənd məscidi dini icması fəaliyyət göstərir.

Əhalisi

  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1944 nəfər əhali yaşayır.

Tanınmış şəxsləri

  • Əşrəf Əlimirzəyev (1910–1982) — Sosialist Əməyi Qəhrəmanı (1966).
  • Xalid Əlimirzəyev (1932–2016) — Professor.
  • Ağaşirin Babayev — İkinci Qarabağ müharibəsi şəhidi.

Həmçinin bax

  • Laza

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qəmərvan sözünün mənası, qəmərvan haqqında məlumat. qəmərvan nədir? qəmərvan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    IV Amenhotep

  • Mart 01, 2026

    Hoğa

  • Mart 01, 2026

    Kamurəs Qadınəfəndi

  • Fevral 27, 2026

    .md

  • Fevral 23, 2026

    Üçtaylı qapaq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst