Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlimirzəyev Əşrəf Oruc oğlu (8 fevral 1910, Qəmərvan, Nuxa qəzası – 13 yanvar 1982, Qutqaşen) — Sosialist Əməyi Qəhrəmanı (1966).

Əşrəf Əlimirzəyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əşrəf Əlimirzəyev

Əlimirzəyev Əşrəf Oruc oğlu (8 fevral 1910, Qəmərvan, Nuxa qəzası – 13 yanvar 1982, Qutqaşen) — Sosialist Əməyi Qəhrəmanı (1966).

Əşrəf Əlimirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 8 fevral 1910(1910-02-08)
Doğum yeri
  • Qəmərvan, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 13 yanvar 1982(1982-01-13) (71 yaşında)
Vəfat yeri
  • Qutqaşen, Qutqaşen rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni
XTNS qızıl medalı XTNS qızıl medalı XTNS qızıl medalı XTNS qızıl medalı XTNS gümüş medalı

Həyatı

Əlimirzəyev Əşrəf Oruc oğlu 08 fevral 1910-cu ildə indiki Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, məhz ona görə əmək fəaliyyətinə də çox erkən yaşlarından başlamışdır.

1933–1953-cü illərdə o vaxtkı Qutqaşın rayonunun "Yeni kənd", "Bakı fəhləsi", "Şən həyat" kolxozlarında mühasib, Qəmərvan Kənd Sovetinin sədri, Qutqaşın rayonu heyvandarlıq məhsulları üzrə tədarük müvəkkilinin müavini, 1953–1967-ci illərdə "Bakı fəhləsi", 1967–1976-cı illər "Xanlar" adına kolxozda sədr vəzifəsində çalışmışdır.

1958-ci ildə Heyvandarlıq sahəsində yüksək əmək göstəricilərinə və əmək fəaliyyətindəki nailiyyətlərinə görə Lenin ordeni və 1966-cı ildə Sosialist Əməyi Qəhrəmanı, ikinci Lenin ordeninə layiq görülmüş, 1958-ci ildə Azərbaycan SSRİ Ali Sovetinin (V–VI çağırış) deputatı seçilmişdir.

1966-cı Sov.İKP-nın XXIII və 1969-cu ildə Ümumittifaq kolxozçularının III Qurultayının nümayəndəsi seçilmişdir.

Dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin iştirakçısı olmuş, sərginin 4 qızıl və gümüş medalları ilə təltif edilmişdir. Təhsilə göstərdiyi qayğıya görə Qabaqcıl Maarif xadimi medalına layiq görülmüşdür.

İkinci dünya müharibəsinin iştirakçısı olmuş, qələbə medalı ilə təltif edilmişdir.

Qəmərvan kəndində sədr işlədiyi müddətdə məktəb binası, xəstəxana, klub, mehmanxana, su dəyirmanı, taxta emalı sexi, hamam tikdirmişdir. Kəndin mənzərəli guşəsində tikilmiş "Alimlər evi" yaradıcı elm adamlarının ixtiyarına verilmiş, həmçinin kəndə yol çəkilmiş, bir neçə çayın üzərində körpü qurulmuşdur.

Mirzəbəyli kəndində də öz işinə sadiq qalaraq məktəb binası, xəstəxana, müəllimlər üçün yaşayış evi, hamam tikdirmiş və yol çəkdirmişdir.

Əməyi həmişə yüksək qiymətləndirilmiş, göstərdiyi xidmətlərə görə Dövlətimiz tərəfindən dəfələrlə fəxri fərman, bir çox orden və medallara layiq görülmüşdür.

İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Ə.O.Əlimirzəyev 13 yanvar 1982-ci il tarixdə vəfat etmişdir.

  • Prоfеssоr Xalid Əlimirzəyevin qardaşıdır. Vətən müharibəsinin şəhidi İqbal Babayevin babasıdır (ana xətti ilə).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əşrəf əlimirzəyev sözünün mənası, əşrəf əlimirzəyev haqqında məlumat. əşrəf əlimirzəyev nədir? əşrəf əlimirzəyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Murad Arif

  • Fevral 27, 2026

    Qeybət

  • Mart 01, 2026

    Sfinks

  • Fevral 27, 2026

    Bağanıs Ayrım

  • Fevral 27, 2026

    Teymur Musayev

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst