Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu – 30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor.
| Xalid Əlimirzəyev | |
|---|---|
| 27 oktyabr 1992 – 1993 | |
| Nazir | Firudin Cəlilov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1932 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 30 yanvar 2016 (83–84 yaşında) |
| Vəfat yeri | |
| Partiya |
|
| Fəaliyyəti | alim |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | filologiya |
Həyatı
Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur.
1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.
1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır.
Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir.
15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir.
"Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.
30 yanvar 2016-cı ildə vəfat etmiş, Qəbələ rayon Qəmərvan kəndində dəfn edilmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xalid əlimirzəyev sözünün mənası, xalid əlimirzəyev haqqında məlumat. xalid əlimirzəyev nədir? xalid əlimirzəyev nə deməkdir?