Tanos (ing. Thanos) – Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı. Maykl Fredrix və Cim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur. Məsləhətçinin oğlu, Starfoksun qardaşıdır.
| Tanos | |
|---|---|
| ing. Thanos | |
| |
| Nəşriyyat | Marvel Comics |
| Yayım tarixi | "Iron Man" #55 (fevral 1973) |
| Yaradıcı(lar) | Maykl Fredrix Cim Starlin |
| Xüsusiyyətlər | |
| Əsl adı | Dion |
| Cinsiyyəti | kişi[d] |
| Boyu | 2 m |
| Çəkisi | 450 kq |
| Növü | ölümsüz-deviant hibridi |
| Komiks bioqrafiyası | |
| Üzvlükləri | Qara Orden Sonsuzluq saatı |
| Düşmənləri | Qisasçılar, Qalaktika mühafizəçiləri, Qalaktus, İks-adamlar, Dəmir adam |
| Ləqəbləri | Dəli titan |
| Gücləri | Qeyri-insanı güc, sürət, dözümlülük, uzunömürlülük
|
Personaj ilk dəfə "Qisasçılar" filmində Deymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Coş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür.
Tanos IGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə, Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir.
Yaradılması
Yazıçı-rəssam Cim Starlin Tanos personajını hələ kollecdə psixologiya oxuyarkən fikirləşmişdir. O, personajın görünüşü üçün Cek Körbinin Darksayd personajından ilhamlandığını etiraf etmişdir.
Tanos ilk dəfə 1973-cü ildə "Iron Man" komiksinin 55-ci sayındakı bir hekayədə peyda olmuşdur. Hekayə "Captain Marvel" #25–33 (1973–1974), "Marvel Feature" #12 (noy. 1973), "Daredevil" #107 (yan. 1974) və "Avengers" #125 (iyul 1974) komiksləri boyunca davam etmişdir.
2006-cı ildə personaj "Annihilation: Silver Surfer" #1–4 (iyun – sent. 2006) və "Annihilation" #1–6 (okt. 2006 – mart 2007) komikslərində əhəmiyyətli rol oynamışdır. 2012-ci ildə "Thanos: Son of Titan" adlı miniseriyanın buraxılması planlaşdırılsa da, sonradan ləğv edilmişdir. Personajın keçmişi 2013-cü ildə 5 saydan ibarət "Thanos Rising" miniseriyasında işıqlandırılmışdır. Tanos Conatan Hikman tərəfindən yazılmış "Infinity" miniseriyasında mərkəzi rol oynamışdır. 2014-cü ilin mayında "Thanos Annual" adlı one-shot komiks yayımlanmışdır. Bu komiks yeni qrafik roman trilogiyası üçün giriş rolunu oynamışdır: "Thanos: The Infinity Revelation", "Thanos: The Infinity Relativity" və "Thanos: The Infinity Finale".
Personaj 5 saydan ibarət "The Infinity Gauntlet" miniseriyasında (iyul 2015 – yanvar 2016) vacib rol oynamışdır.
Bioqrafiya
Tanos Saturnun peyki Titanda Ölümsüzlər irqindən olan Məsləhətçinin və Sui-Sanın oğlu kimi anadan olmuşdur. Tanos Deviant irqinin genini daşıyır və onlara oxşayır. Tanos anadan olanda anası onun görünüşündən şoka düşmüş və onu öldürməyə cəhd etmişdir. Məktəb illərində Tanos pasifist idi, ancaq qardaşı Eros (Starfoks) və ev heyvanları ilə oynayırdı. Yeniyetməlik illərində Tanos ölüm və nihilizmin təsirinə düşmüş, sonda isə ölümün bədən tapmış halına — Ölümə aşiq olmuşdur. Daha sonra Tanos öz elmi bilikləri ilə fiziki gücünü artırmışdır. O həmçinin bir çox uşağın atası olmaqla və quldur olmaqla özünə yeni bir həyat yaratmağa cəhd etmişdir. Lakin bunların heç biri ona kifayət etməmişdir.
Ölümü təsirləndirmək üçün Tanos ordu yığır və Titanda öz irqindən milyonlarla fərdi öldürür. Kosmik kubu tapmaq üçün Yerə səyahət edir, onu tapır, lakin Qisasçılar Kosmik kubu məhv edərək Tanosu məğlub edə bilirlər.
Tanos daha sonra Sonsuzluq daşları ilə maraqlanmağa başlayır və Adam Uorlokun Ruh daşını da ələ keçirir. Uorlok Qisasçıları və Kapitan Marveli köməyə çağırır, lakin Uorlok Tanos tərəfindən öldürülür. Tanos qələbəyə yaxın olsa da, Uorlok Ruh daşından azad olub Tanosu daşa döndərir.
Tanos dirilir və Sonsuzluq daşlarını yenidən yığmağa başlayır. Məqsədi Sonsuzluq əlcəyində daşları yığmaq və kainatın yarısını məhv edərək Ölümə sevgisini isbat etməkdir. Lakin o, Adam Uorlok tərəfindən bir neçə dəfə dayandırılır. Sonda Tanos özü Sonsuzluq saatı adlı qrupa qoşulur və Adam Uorloka kömək edir. Bu hadisələr "Sonsuzluq saqası" adı ilə xatırlanır.
Güc və bacarıqlar
Tanos Ölümsüzlər irqindəndir. Ölümsüzlərin güclərini daşısa da, bu güclərini daha da artırmışdır. Tanos qeyri-insanı gücə, sürətə, dözümlülüyə malikdir. Telepatiya, telekinez və maddə manipulyasiyası kimi bacarıqlara da malikdir. Üzbəüz döyüşdə də məharətlidir. Odin və Qalaktusa qarşı asanlıqla döyüşə bilmişdir.
Tanos intellektual cəhətdən digər varlıqlardan üstündür və yüksək elmi bacarıqlara malikdir.
Alternativ versiyaları
- Amalgam Comics — 1996-cı ildəki DC Comics və Marvel krossoveri zamanı peyda olmuşdur. Darksaydla birləşmiş və "Tanossayd" adlanmışdır.
- Earth X — "Earth X" adlı məhdud seriyada peyda olmuşdur. Bu versiyada onun anası skruldur.
- Ultimate Marvel — Bu versiyada Axeronun lideri və İttihamçı Ronanın atasıdır.
- Marvel Zombies 2 — "Marvel Zombies 2" məhdud seriyasında peyda olmuş zombiləşmiş halıdır. Halk tərəfindən öldürülmüşdür.
Digər mediada
Televiziya
- Gümüş sörfçü
- Superqəhrəman heyəti şousu
- Qisasçılar, birləşin
- Qalaktika Mühafizəçiləri
Film

- Deymon Puate 2012-ci il istehsalı "Qisasçılar" filminin mid-kredits səhnəsində Tanosu canlandırmışdır. Tanos Lokinin havadarı kimi göstərilmişdir
- Coş Brolin 2014-cü il istehsalı "Qalaktika Mühafizəçiləri" filmində Tanosu canlandırmışdır. Filmdə Tanos İttihamçı Ronandan istifadə edərək sonsuzluq daşını əldə etməyə çalışır. Filmdə Tanos Qamora və Nebulanın ögey atasıdır.
- Brolin 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" filminin mid-kredist səhnəsində yenidən Tanosu canlandırmışdır. Tanos üzərində heç bir daş olmayan Sonsuzluq əlcəyini geyinir və deyir: "Yaxşı, özüm edərəm onda".
- Brolin "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmində Tanosu canlandırmışdır. Əvvəlki MKK filmlərindən fərqli olaraq Tanos bu filmlərin əsas supercinayətkarı olmuşdur.
Videooyun
- Marvel Super Heroes və Marvel vs. Capcom 2
- Lego Marvel Super Heroes.
- Lego Marvel's Avengers
- Marvel Future Fight.
- Marvel: Contest of Champions
- Marvel Puzzle Quest
- Guardians of the Galaxy: The Telltale Series
- Marvel vs. Capcom: Infinite
Roman
- 2017-ci ildə Stüart Mur tərəfindən "Tanos: Ölüm hökmü" adlı roman yazılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, tanos sözünün mənası, tanos haqqında məlumat. tanos nədir? tanos nə deməkdir?