Suna Kıraç (3 iyun 1941, Türkiyə – 15 sentyabr 2020, İstanbul) — türkiyəli iş xanımı, Koç Holdinqin Direktorlar Şurasının sədr müavini.
| Suna Kıraç | |
|---|---|
| türk. Suna Kıraç | |
| Doğum tarixi | 3 iyun 1941 |
| Doğum yeri | |
| Vəfat tarixi | 15 sentyabr 2020 (79 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | Yan amiotrofik skleroz |
| Atası | Vəhbi Qoç |
| Təhsili | |
| Fəaliyyəti | biznes ledi |
Həyatı
Suna Kıraç Robert Kollecini, daha sonra isə Boğaziçi Universitetinin Bankçılıq və Maliyyə fakültəsini bitirib. 1999-cu ildə idarəetmə və liderlik keyfiyyətlərinə, Koç Holdinqə, iş dünyasına və türk uşaqlarının təhsilinə verdiyi töhfələrinə görə London Biznes Məktəbi tərəfindən "Fəxri Üzvlük" mükafatına layiq görülüb. Yan amiotrofik skleroz xəstəliyi ilə mübarizə aparan və ətrafı ilə yalnız gözləri ilə təmas quran Suna Kıraç, ölkəsinə xidmətini həyat yoldaşı İnan Kıraç ilə birlikdə qurduğu Pera Muzeyi və 1 mart 2007-ci ildə açdıqları İstanbul Tədqiqat İnstitutu ilə davam etdirib. İstanbula dünya səviyyəli auditoriya və mədəniyyət mərkəzləri gətirmək məqsədi ilə işlərini və fəaliyyətini davam etdirən Suna Kıraç, 2006-cı ildə "Həyatımdan uzun ideallarım var" adlı kitabını nəşr etdirdi. Rıdvan Akarın redaktorluğu ilə nəşr olunan kitabdan əldə edilən bütün gəlir isə TEGV-ə (Türkiyə Təhsil Könüllüləri Fondu) bağışlandı. Kitab 100000-dən çox nüsxə satıldı və ilin ən çox satılan kitablarından biri oldu.
2000-ci ildən bəri Yan amiotrofik skleroz xəstəliyindən əziyyət çəkən Suna Kıraç 15 sentyabr 2020-ci ildə İstanbulda 79 yaşında vəfat edib. Dəfn mərasimi 16 sentyabr 2020-ci ildə Mərmərə İlahiyyat məscidində keçirilən Suna Kıraçın nəşi daha sonra Zəncirliquyu qəbiristanlığında torpağa verildi.

Sərvəti
Suna Kıraç Forbes Türkiyənin 2017-ci il "Ən varlı 100 Türk" siyahısında 2 milyard dollarlıq sərvəti ilə 8-ci yerdə qərarlaşıb. Eyni jurnalın 2020-ci il siyahısında o, 1,6 milyard dollarlıq sərvəti ilə 13-cü yerdə qərarlaşıb.
Mükafatları
- 1997-ci ildə Türkiyə Respublikası Nazirlər Şurasının 23 sentyabr 1997-ci il tarixli qərarı ilə Türkiyə Respublikası Prezidenti Süleyman Dəmirəl tərəfindən 27 oktyabr 1997-ci ildə Türkiyədə təhsil, səhiyyə və sosial xidmət sahələrinə verdiyi töhfələrinə görə "Dövlət Fərqlənmə Xidməti medalı" ilə təltif edilmişdir.
- 2009-cu ildə İnan Kıraçla birlikdə Pera Muzeyi və İstanbul Tədqiqat İnstitutuna verdiyi töhfələrinə görə İstanbul Turizm Fəxri mükafatına layiq görülmüşdür.
Sosial tədbirlər
- Vehbi Qoç Fondunun Direktorlar Şurasının üzvü
- Koç Universiteti Himayəçilər Şurasının üzvü
- Koç Özəl Liseyinin İdarə Heyətinin üzvü
- Türkiyə Təhsil Fondunun Himayəçilər Şurasının üzvü
- Robert Kolleci, Himayəçilər Şurasının üzvü
- Türkiyə Təhsil Könüllüləri Fondunun (TEGV) təsisçi üzvü və Himayəçilər Şurasının üzvü
- Türkiyə Ailə Planlaşdırma Fondunun Direktorlar Şurasının üzvü.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, suna kıraç sözünün mənası, suna kıraç haqqında məlumat. suna kıraç nədir? suna kıraç nə deməkdir?