Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pera Muzeyi (türk. Pera Müzesi) — İstanbul Bəyoğlu bölgəsindəki qalereya (tarixi adı — Pera). Muzey İstiqlal küçəsinin yanında, Taksim meydanının yaxınlığında y

Pera Muzeyi

  • Ana Səhifə
  • Vikipediya
  • Pera Muzeyi

Pera Muzeyi (türk. Pera Müzesi) — İstanbul Bəyoğlu bölgəsindəki qalereya (tarixi adı — Pera). Muzey İstiqlal küçəsinin yanında, Taksim meydanının yaxınlığında yerləşir. Muzey XIX əsr Şərqşünaslığına xüsusi diqqət yetirir.

Pera Muzeyi
türk. Pera Müzesi
Loqonun şəkli
Pera Muzeyinin binasının xarici görünüşü
Pera Muzeyinin binasının xarici görünüşü
Xəritə
Əsası qoyulub 2005
Açılış tarixi 2005
Mövzu incəsənət
Ölkə  Türkiyə
Yerləşir İstanbul
Ünvan Bəyoğlu Taksim meydanı, İstiqlal küçəsi
Ziyarətçi sayı hər il 10000 nəfər
Telefon +90-212-334-99-00
41°01′54″ şm. e. 28°58′30″ ş. u.HGYO

peramuzesi.org.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey "Suna və İnan Kıraç Vəqfi" tərəfindən 2005-ci ildə 1893-cü ildə inşa edilmiş Bristol Hotelinin tarixi binasında qurulmuşdur. 2003–2005-ci illər arasında bina fasadı qorunaraq, içərisini muzey məqsədilə yenidən quran memar Sinan Genim tərəfindən təmir edilmişdir.

Pera Muzeyi binasında daimi kolleksiyadan əlavə müvəqqəti sərgilər fəaliyyət göstərir.

Mündəricat

Tarixi

Pera Muzeyi şəxsi kolleksiya əsasında qurulmuşdur. Muzeyin adı yerlə bağlıdır. Belə ki, o, hazırda yerləşdiyi İstanbulun Bəyoğlu bölgəsinin tarıxı adı "Pera"nı daşıyır. Muzey 2005-ci ildə Suna ve İnan Kıraç Vəqfinin vəsaiti hesabına təşki edilmişdir. Bu vəqfə aid olan üç kolleksiya muzeyin əsas eksponatlarını təşkil edir. "XIX əsr Orentalizm rəsm əsərləri", "Anadolu çəki və ölçü vahidləri", "Kütahya saxsı və bəzək əşyaları" kolleksiyaları Pera Muzeyinin əsas sərgi eksponatlarıdır.

Muzey binası 1893-cü ildə inşa edilmiş Bristol Hotelinin binasında yerləşir. Muzeyi binada yerləşdirmək üçün bina 2003–2005-ci illərdə tarixi görkəmi saxlanılmaqla əsaslı təmir edilmişdir. Nəticədə muzeyin yanında avtomobil saxlamaq üçün parkinq yerləri və ziyarətçilərin rahat gəlib getməsi üçün şərait yaradılmışdır.

Pera Muzeyi təkcə muzey kimmi fəaliyyət göstərmir. O, müxtəlif mədəni tədbirlərin keçirildiyi mərkəzdir. Burada sərgi salonları, Pera təhsil, Pera film, Pera konsert salonları da fəaliyyət göstərir.

Sərgi salonu

Muzeyi bir tərəfdən Vəqf kolleksiyaları ilə yanaşı, müxtəlif sərgilər və muzeologiya fəaliyyətləri ilə Türkiyənin unudulmuş mədəni və bədii dəyərlərinə işıq tutmağa çalışır. Digər tərəfdən təşkil etdiyi qısamüddətli sərgilərdə Jan Dubuffet, Henri Kartier-Bresson, Rembrandt, Niko Pirosmani, Josef Koudelka, Juan Miró, Akira Kurosava, Mark Şaqal, Pablo Pikasso, Fernando Botero, İkuo Hirayama, Frida Kahlo, Dieqo Rivera, Qoya və Giocometti kimi ustad sənətkarların əsərlərini türk sənətsevərlərə təqdim etmişdir.

Onları Türkiyəyə gətirməklə yanaşı, elmi layihə sərgilərinə də ev sahibliyi edir. Bəzi xarici sərgilərlə Vəqfin kolleksiyalarını beynəlxalq səviyyədə tanıtdırır.

Pera Muzeyi hər yay Türkiyədə və dünyada sənət təhsili verən ixtisaslı təşkilatlarla əməkdaşlıq edərək sərgilərini açır və gənc sənətkarlara və sənətkarlara dəstək olur.

Pera təhsil

Pera Muzeyindəki təhsil, uşaqları və gəncləri sənətlə bir araya gətirmək, muzey məlumatlılığı yaratmaq, sənəti əlçatan etmək və tamaşaçılar ilə sərgilənən əsərlər arasında ünsiyyət qurmaq üçün həyata keçirilən işləri əhatə edir.

Pera film

2008-ci ilin oktyabr ayında fəaliyyətə başlayan Pera Muzeyi Film və Video şöbəsi, periyodik proqramlarında Pera Film; Alen Resnais, Erik Rohmer, Federiko Fellini, Roman Polanskidən İnqmar Berqmana qədər geniş seçimlər, eksperimental film-video nümunələri, animasiya, sənədli və qısa film janrları təqdim edir.

Muzeyin kolleksiyası

Orentalizm dövrü rəsmlərinin kolleksiyası

Muzeydə Osmanlı və Avropa rəssamlarının məşhur əsərləri sərgilənir. Bu əsərlər arasında ən məşhuru Osman Hamdi Bəyin 1906-cı ildə çəkdiyi "Tısbağa tərbiyəçisi" rəsmidir.

  • Jan Etyen Liotar "Türk geyimli qadın" (XVIII əsrin ortaları)
    Jan Etyen Liotar "Türk geyimli qadın" (XVIII əsrin ortaları)
  • Antuan de Favre - "Fransız səfiri Osmanlı paltarında" (1766)
    Antuan de Favre - "Fransız səfiri Osmanlı paltarında" (1766)
  • Sultan Əbdülməcid (1850-ci illər) naməlum rəssam
    Sultan Əbdülməcid (1850-ci illər) naməlum rəssam
  • Pyer Deziree Qilme - "Osmanlı sarayının bir xanımı dəf ifa edir" (1875)
    Pyer Deziree Qilme - "Osmanlı sarayının bir xanımı dəf ifa edir" (1875)
  • Fausto Zonaro — "Şəhzadə Əbdüirəhim əfəndi" (1880)
    Fausto Zonaro — "Şəhzadə Əbdüirəhim əfəndi" (1880)
  • Jül Lefevr "Quluqçu" (1880)
    Jül Lefevr "Quluqçu" (1880)
  • Osman Hamdi Bəy "İki musiqiçi qadın" (1880)
    Osman Hamdi Bəy "İki musiqiçi qadın" (1880)
  • Elis Tristam, "Qızıl buynuzda dəniz gəzintisi" (1888)
    Elis Tristam, "Qızıl buynuzda dəniz gəzintisi" (1888)
  • Osman Hamdi Bəy — "Narıncı şlyapada qız" (1904)
    Osman Hamdi Bəy — "Narıncı şlyapada qız" (1904)
  • Osman Hamdi Bəy "Tısbağa tərbiyəçisi" (1906)
    Osman Hamdi Bəy "Tısbağa tərbiyəçisi" (1906)

Anadolu çəki və ölçü vahidləri kolleksiyası

Kolleksiyaya qədim dövrlərdən müasir zamana qədər on mindən çox eksponat daxildir.

Kütahya saxsı və bəzək əşyaları kolleksiyası

Kolleksiyada müxtəlif dövrlərə aid 800-dən çox əşya vardır. XVIII–XX əsrlər xüsusilə yaxşı təmsil olunur.

Ədəbiyyat

  • Pera Museum (ed.). Portraits from the Empire. Pera Museum Publications, 2005. 155 p. ISBN 975 9123 −02–9
  • Pera Museum (ed.). Young Expansion. Pera Museum Publications, 2005. 163 p. ISBN 975 9123 −00–2

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, pera muzeyi sözünün mənası, pera muzeyi haqqında məlumat. pera muzeyi nədir? pera muzeyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Monqollar

  • Fevral 27, 2026

    Suparibağ

  • Mart 06, 2026

    S:Müəllif:Ziya Göyalp

  • Mart 06, 2026

    Bandcamp

  • Mart 01, 2026

    Təbəi-tabiin

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst