Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Leyla Ələsgər qızı Məmmədbəyova (17 sentyabr 1909, Bakı – 4 iyul 1989, Bakı) — Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın tə

Leyla Məmmədbəyova

  • Ana Səhifə
  • Vikipediya
  • Leyla Məmmədbəyova

Leyla Ələsgər qızı Məmmədbəyova (17 sentyabr 1909, Bakı – 4 iyul 1989, Bakı) — Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi.

Leyla Məmmədbəyova
Doğum tarixi 17 sentyabr 1909(1909-09-17)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 4 iyul 1989(1989-07-04) (79 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Həyat yoldaşı Bəhram Məmmədbəyov
Milliyyəti azərbaycanlı
Fəaliyyəti pilot, hərbi qulluqçu
Mükafatları "Şərəf nişanı" ordeni — 1936 "Əməkdə fərqlənməyə görə" medalı — 1946 "Qafqazın müdafiəsinə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Leyla Məmmədbəyova əslən Qubadan olsa da, 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub və ilk təhsilini burada alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər.

Karyerası

İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.

Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümümən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi.

Poçt markası (2009).

Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə təqaüdə çıxmışdır.

Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

Şəxsi həyatı

Leyla Məmmədbəyova 1925-ci ildə Nardaran qəsəbəsində dünyaya gəlmiş, Azərbaycanın tanınmış mütəxəssislərindən olan Bəhram Firudin oğlu Məmmədbəyovla ailə həyatı qurmuşdur. 16 yaşında ikən ilk övladı dünyaya gəlib.

Leyla Məmmədbəyovanın böyük oğlu Firudin İkinci dünya müharibəsində, kiçik oğlu Xanlar isə Qarabağda vuruşmuşdur.

Xatirəsi

Qadın təyyarəçiyə bir sıra şeir və kinofilm həsr olunmuş, 1995-ci ildə haqqında sənədli film də çəkilmişdir. 1934-cü ildə çəkilən "İsmət" bədii filmi məhz Leyla xanıma həsr olunmuşdur. Həmçinin, 2025-ci ildə Leyla Məmmədbəyovaya həsr olunmuş "Səma xanımı" adlı qısametrajlı filmin təqdimatı keçirilmişdir.

Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazıdığı "Leyla" şeiri Leyla Məmmədbəyova həsr olunub.

Qazaxıstanın istehsal etdiyi "Leyla" PUA-sı Leyla Məmmədbəyovanın şərəfinə adlandırılıb.

Bakının Bakıxanov qəsəbəsində bir küçə Məmmədbəyovanın adını daşıyır.

Təltifləri

Leyla Məmmədbəyova aviasiyadakı xidmətləri və ictimai fəaliyyətlərinə görə bir sıra mükafatlarla təltif olunmuşdur.

  • "Şərəf nişanı" ordeni — 27 yanvar 1936
  • "Qafqazın müdafiəsinə görə" — 1945
  • "Əməkdə fərqlənməyə görə" medalı — 25 fevral 1946
  • "Əmək rəşadətinə görə" və "Əmək veteranı"
  • "Analıq medalı"

Filmoqrafiya

  • İsmət (film, 1934) — özü (tammetrajlı bədii film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, leyla məmmədbəyova sözünün mənası, leyla məmmədbəyova haqqında məlumat. leyla məmmədbəyova nədir? leyla məmmədbəyova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Qacar İranı

  • Fevral 25, 2026

    Jan-Batist Dükass

  • Fevral 27, 2026

    Gündüz Alp

  • Fevral 27, 2026

    Qulamrza Şərifzadə

  • Fevral 27, 2026

    Kibbutz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst